Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.
Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?
Cəmadə fəxr isə şayani-ümməhat deyil.
Həqiqi validenin ən şərəfli bir bəzəyi
Ədəbli, uslu çocuqdur, təcəmmulat deyil.
O madərin ki, yox övladə hüsni-tərbiyəsi,
Səzayi-məkrəməti-nami-validat deyil.
Həyata layiq olan ziynət - elm gövhəridir
Ki, boylə bir dirilik qabili-məmat deyil.