Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Analar bəzəyi

Analar bəzəyi

Gər olsa niasdə elmü irfan,
Övladə edər o yolda iman.

Əksi olaraq bu müddəanın,
Olmaz isə elmi bir ananın -

Övladə çatar haman cəhalət,
Nə əql olur onda, nə fərasət.

Bitərbiyəliklə tifli-məsum
Axırda olur səfilu məşum;

Carıdır çünki işbu halət,
Həmcinsinə eyləyər sirayət.

Gözlənsə gərək hüquqi-nisvan,
Ta kamil ola vüsuqi-nisvan.

Elm ilə olur hüsuli-izzət,
Elm ilə olur nüfuzi-millət.

Elmə çağırır bütün əvamı
“El-elmü fərizətun” kəlamı.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Analar bəzəyi - 2
Bəzək, bəzək ki,...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 113   
article Analar və qadınlar üçün tövsiyələr
Həmiləlik zamanı...

  10-4-2007    Baxılıb: 429