Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Tərbiyə

Tərbiyə

Ümmətim rəhnüması tərbiyədir,
Millətin pişvası tərbiyədir.

Tərbiyətlə keçir ümuri-cəhan
Hər işin ibtidası tərbiyədir.

Valideynin, təbii, övlada
Nəzəri-etinası tərbiyədir.

Çünki övlad nəmeti-həqdir,
Şükri-həqqin ədası tərbiyədir.

Necə kim, bir ədibi-mumtazın,
Dərsi-hikmətədası tərbiyədir.

Cahılın də zavallı övlada
Şiveyi-narəvası tərbiyədir;

Öyrədir tiflə sui-əxlaqı,
Qaliba, müddəası tərbiyədir.

Tərbiyət elmsiz deyil məqbul
Ki, onun müqtəzası tərbiyədir.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?