Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Bənzətmə

Bənzətmə

Sovdayı-məvəddətdən
Xali görünür başlar;

Biganə bilir yeksər
Qardaşları qardaşlar.

Gözlər dəxi qan saçsın,
Bitsin saçılan yaşlar;

Ağlar bizə torpaqlar,
Dağlar, dərələr, daşlar…

Zinhar, edəlim xidmət
Insanlığa, yoldaşlar!

Qeyrət, a vətəndaşlar!
Himmət, a vətəndaşlar!...


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?