Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Əqvalı-hikmətdən müqtəbis bir mənzum

Əqvalı-hikmətdən müqtəbis bir mənzum

Könül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,
Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.

Həkimi-kamil olmaqçın deyildir çox bilik lazım,
Fəqət iqnai-nəfsə müqtədir olmaz kifayətdir.

Zəlalət əhli hər şey kəc anlar, kəc də hökm eylər,
O kəs kim, doğru yolu fəhm edər - əhli-fəzilətdir.

Olur aləmdə şəxsin himməti miqdarı-fikrincə,
Nə himmət gözlənir ondan ki, əfkarı qəbahətdir?

Pədərlə madərin nəşindən əsla təlxkam olma,
Səni təkdiru təzir etsə də, bir dadlı şərbətdir.

Doğuşda ayrılırkən müxtəlif surətlərə insan,
Məmatında onu yeksan qılan xaki-nədamətdir.

Cənabı-həq o bəhri-bigiranı-mərhəmətdir kim,
Ona mülhəq olan insan şərəfyabı-səadətdir.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Hikmət
İki aqil kəs eyləməz...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 80