Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Təbabət

Təbabət

- Sərmayeyi-irfanı nasıl kəsb edər insan?
- Təhsili-ülum ilə olur rütbeyi-irfan!
- Elm isə olur hanki məkandan bizə vasil?
- Məktəbdə kitab ilə olur səylə hasil!
- Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?
- Ol mətbəədən aləmə bəxş etdi fəvayid!
- Kəşf oldu kimin sayeyi-səyində bu sənət?
- Göstərdi Hutenburq bu sənətdə məharət!
- Kafi olub icrası üçün sərvəti-barı?
- Məfluk olub icarəyə varınca bu şiarı!
- Yetdi necə bəs mövqei-ikmalə bu sənət?
- Etdi iki sərvətli zəvat ilə şərakət!
- Şirkətlə məgər boyləcə müşkül olur asan?
- Şirkətdədir icrayi-əməl, nəfi-firavan!
- Etsək nə olur biz də belə şirkətə iqdam?
- Sus, söylə bizə təfriqeyi, ta edək əncam!..


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?