Ey müsibətzədə dindaşlarım, etdikcə nəzər,
Görürəm mən sizi bir başqa müsibətdə bu gün!
Aman allah, bu nə halət, bu nə tufanı-bəla,
Tapıram sizləri bir vərtəyi-heyrətdə bu gün!
Əsəba, bir yeni aftəmi yetib, ya nə üçün
Bulunursuz belə bir halı-fəlakətdə bu gün?!
Baxışırsız nə səbəbdən belə heyran-heyran,
Nigəransız niyə bu beyti-ibadətdə bu gün?
Nəzəri-heyrətiniz məcidü gəh minbərdir,
Axtarırsız kimi mehrabi-imamətdə bu gün?!
Əsəfa, sineyi-mehrab də çak etmədimi
Görübən boylə yara sineyi-ümmətdə bu gün?
Siz deyilsiz fəqət ol alimi-paki arayan,
Açıb ağuşunu kürsiyyi-xitabət də bu gün!
Bax, nasıl məscidə bir hüzn qonur, guya kim
Tapmayır yarını bir boylə cəmaət də bu gün!
Çəkilib göylərə zikr etdiyi təhlili dəxi,
Döşənib torpağa səccadəyi-taət də bu gün!
Hardasan, ey pədəri-mənəviyi-əhli-vətən?
Vətən övladı yanır atəşi-firqətdə bu gün!
Əbədi hicrinə tabavəri-qəm bulmaz idik,
Etməsəydi xələfin cilvə niyabətdə bu gün!
Mustəfa hörməti-zişəninə ya rəbbi-məcid,
Ruhunu eylə duağu bizə cənnətdə bu gün!
Müttəhid olmada tövfiqini qıl ümmətdə bəxş,
Hissi-milliyyət oyandır dili-millətdə bu gün!
Yaşat aləmdə məhəbbətlə, üxüvətlə bizi,
Necə kim, ömr ediriz eyni-üxüvvətdə bu gün!
Onun övladına, ixvaninə ver əcri-cəzil,
Sabir et xiyşu təbarın bu müsibətdə bu gün!