|
Bir dəfə məclisdə Nuşirəvan Büzürgmehrdən sual elədi ki, ey həkimi-rövşənrəy, dünyada nə şey yaxşıdır? Həkim dedi ki, ölmək. Yenə sual elədi ki, dəxi nə yaxşıdır? Dedi ki, övrət. Üçüncü dəfə sual elədi ki, dəxi nə yaxşıdır? Dedi ki, ehtiyac. Nuşirəvan qəzəbnak oldu. Dedi ki, nə səbəbə, həkimi-danişmənd? Dedi ki, ey padşah, əgər mövt olmasaydı, validi-macidin vəfat etməz idi, sənin kimi ədalətli olan padşah sahibi-ixtiyar olmazdı. Və əgər övrət olmasaydı, sənin kimi soltani-sahibvüqar və mədələtşüur dünyaya gəlməzdi. Və əgər ehtiyac olmasaydı, bizim kimi həkimlər sənə kimi xidmət etməzlərdi. Bəs mövt, övrət, ehtiyac - hər üçü neməti-üzmadır. Nuşirəvana həkimin bəyanatı nəhayət xoş gəldi və ənam əta qıldı.
|
|
Məqalə
|
860
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|