Dedi bir əhli-elmə bir zalim –
Key olan şər sirrinə alim!
Mənim üçün buyur ibadətdən,
Hansı əfzəldi cümlə taətdən?1
Dedi: - Ey padşahi-zülmşitab,2
Sənə əfzəldi hər bir işdən xab,
Ta yatan vəqt, ey fələkkirdar,
Görməyə xəlq bir nəfər azar.
Padşalərdə ədl əhsəndir,
Fitnənin yatmağı mühəssəndir.
--------------------------------------------------------------------------------
1Taət – itaət, ibadət.
2Zülmşitab – zülm etməyə tələsən.