Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Ruhum!..

Ruhum!..

Ruhum, ey şahbazi-ülviyyət,
Himmətimtək fəzadə pərvaz et!
Uç!Uç! Övci-səmadə pərvaz et!
       Təngnayi-bədəndə var xiffət.

Şiyani-bədəndə etmə qərar,
Yanma sən də mənim kimi narə!
Bulamazsan məlalimə çarə!
       Sıxılırsan, lətifsən, zinhar!

Boşla bu cismi, cism mən deyiləm;
Sana müşkül olursa hicranım -
Mən sənin, sən mənim dilü canım,
       Mən sənin kəndinəm, bədən deyiləm!

Hara getsən səninlə mən də varam,
Şu bədəndə fəqət əsirsiz, zar,
Ölməyimlə sevinməsin eğyar, -
       Aləm olduqca mən dəxi duraram!

Bir səfa bulmadıq bu aləmdə,
Başqa bir aləmə varıb gedəlim;
Bir ovuc xaki xakə tərk edəlim
       Mədfəni-şumi-ali aləmdə!

Mən gedərsəm, var olsun amalım!
Yaşasın-şəhriayi-hürriyyət!
Yaşasın-şəhriayi-hürriyyət!
       Mən gedərsəm, var olsun amalım!..


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Yıldırımlar yağsa göydən, titrəməz ruhum mənim
Yıldırımlar yağsa...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 108   
article Ruhum, canim, Şərifzadə!
Bu gün bir həftədir...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 109