Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: AND OLSUN

AND OLSUN

Şairləri qanadında bəsləyən

İnsanların həyatını süsləyən

İncə ruhlu mələklərə and olsun!

 

Boynundakı dalğa-dalğa tellərə,

Qaşlarının altındakı sellərə,

Qəlbindəki istəklərə and olsun!

 

Gül üzündə yeni-yeni açılmış,

Xoş iyisi ürəyimə saçılmış

Qoxladığım çiçəklərə and olsun!

 

Qumruların yatağını oxşayan,

Pişik kimi ayağını oxşayan

Salxım-salxım küləklərə and olsun!

 

Buludlardan ildırımlar çaxdıran,

Göy üzündə çırağbanlar yaxdıran

Ala gözlü şimşəklərə and olsun!

 

Həp səninlə görüşməkdir diləyim,

Uğurunda gecə-gündüz çəkdiyim

Zəhmətlərə, əməklərə and olsun!

 

Gəncliyimə qanad verən, ruh verən,

Hər dəqiqə ayrı cilvə göstərən

Əlirişməz diləklərə and olsun!

 

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Arıq çalı1şır ki, millət azad olsun
Arıq çalı1şır ki,...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 119   
article Millət necə tarac olur olsun, nə işim var?!
Millət  necə tarac olur olsun,...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 160