Hatifdən gəlen bir nida deyir ki:
Görəsən Məmdəlinin yapdığı əfalı nədir?
Bu səyahet1dən onun qayeyei-amalı nədir?
Zilli-Sultan ilə, aya, nə üçundur bu görüş?
Nailbüssəltənəyə ya deyək halı nədir?
Vyana teleqraflari deyir ki:
Qardaş oğlu, əmidir Məmdəli, Zilli-Sultan,
Sənə nə ta biləsən bunların əqvalı nədir?
Şübhələnmə, yox onun gizlicə bir başqa işi,
O gedir ta görə Avropanın əhvalı nədir.
“Naye-Fraye-Press” qazetəsi deyir ki:
Bizə pak doğru xəbərlər yetişir Irandan,
Yazıyorlar ki, işin surəti, əşkalı nədir?
Istəyir Məmdəli hürriyyətə bir zərbə vura,
Yoxsa Avropada bica onun əşğalı nədir?
Berlin mətbuat1i ciddən inandırır ki:
Bizcə, Rusiyyə bilir Məmdəlinin məqsədini
Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?
Yenə Iranə onu şah edəcəklər deyəsən,
Gər bu şah olsa yazıq millətin əhvalı nədir?
Rusiya mətbuatı deyir ki:
O özü gəzməyə çoxdan bəri müştaq idi,
Ona lazım deyil Iran nədir, əmsalı nədir!
O, siyasi işə hərgiz də qarışmaz, çünki
Özü çox yaxşı bilir ki, bu işin dalı nədir…
Məclis ol vəqt ona bir çet də məvacib verməz
O zaman Məmdəlinin söyləyəcək qalı nədir?
Nailbüssəltənə ilə bu səfərdə ancaq
Görüşüb söyləşəcək: keyfi nədir, halı nədir!
Gələcək məsədətiçin danışıb Itanın -
Ona yol göstərəcək surəti-ikmalı nədir!
Məşhur professor Vamberi deyir ki:
Oylə aşiqləri var Məmdəlinin Iranda -
Canını fədyə verər, mülki nədir, malı nədir!
Nailbüsseltənəyə - əksinə tənzimatın -
Məmdəli hər nə desə yap, onun ehmalı nədir?
Biz də deyiriz ki:
Görəsən boylə ağrıdan yatan iranlıların
Üstə saldıqları yorğanların əsqalı nədir?
Daşmıdır, kütləmidir, ahənu fuladmıdır?
Yox, ölüm yorğanıdır, bunlara əmsalı nədir!
Hatif deyir ki:
Bəs Şəmaxidə məktəbi-nisvan
Açacaqdır, buna güman çox idi…
Mudir əfəndi deyir ki:
Bəli, onda muəllimə qızımın
Bakudə çünki məktəbi yox idi!