Şanlı gördükcə məni sanki edir qövr fələk,
Min kələk cidə edir başıma filfövr fələk.
Namurad olmağım oldisə muradı oldum,
Şimdi bilməm nə murad ilə edir dövr fələk?
Asiman oldumu surax iki gün güldü üzüm,
Ki, mükafat olaraq bunca edir cövr fələk?!
Artıq oynatma məni səni dəxi, ey eşqi-cünün,
Mən özüm oynayıram çalsa da hər tövr fələk!
Şimdilik rəqsdəyiz, ta görəlik kim yıxılır:
Mənü dil, eşqü həvəs, hutü həməl, sövri-fələk?