Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Qocaliqdan Şikayət

Qocaliqdan Şikayət

Əfsus  qocaldım, ağacım  düşdü əlimdən,
                        Səd heyf cəvanlıq!
Zəf eylədi aciz məni, qaldım əməlimdən,
                        nə  ziyanlıq!
Saldıqca cəvanlıqda keşən  günləri yadə
                        Dərdim  olur on qat!
Ya rəb, yetərəm  bir  də mi  dünyadə muradə?
                        Heyhat  və heyhat!
Saqqal  ağarıb, bel  bükülüb, dinmə filani!
                        Ovqatım olub təlx;
Övrət də  yaxır  saqqalıma gündə hənani,
                        “ Rişi ki, bərəng əlx...”
Yad olsun  o günlər  ki, muradımca gəzərdim,
                        Sazəndə Oruğnan;
Min acizü bicarələrin başın  əzərdim
                        Sillə, yumuruğnan.
Bu  sayədə  hər  ləhzə  edib  səyü təlaşi,
                        Sərvət qazanardım;
Təhsil eləyib qol  gücünə əmri – məasi,
                        Dövlət qazanardım;
Əzalər  isə  süst  olub  imdi  qocalıqdan,
                        Bir dadrəsim  yox;
Görməzmisən  əhvalımı, düşdüm  ucalıqdan,
                        Fəryadrəsim yox;
                        Heç yerdə  səsim yox,
                        Kəskim nəfəsim yox,
                        Fikrimdi cəvənlıq,
                        Başqa həvəsim yox!..

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Yerdəkilərin göyə şikayəti
Bir zaman tutdu zülm dünyanı,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 152   
article Cəvankən fəqrdən etme şikayət
Cəvankən fəqrdən etme...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 119   
article Atasından şikayət
Çox ağırdır xasiyyəti...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 177