Müəllif: Eyvazov Tamerlan
Dünya təsərrüfatının müasir inkişaf mərhələsində ölkələrin iqtisadi artım templərinin sür’ətlənməsində birbaşa xarici investisiyaların rolu danılmazdır. Aydındır ki, birbaşa xarici investisiyalar ayrı-ayrı ölkələr üçün xarici dövlət borcu yaratmır və əksinə olaraq onun örtülməsi üçün əlavə vəsait mənbələri yaradır, istehsal və elmi-texniki kooperasiya vasitəsilə milli iqtisadiyyatların beynəlxalq təsərrüfata aktiv inteqrasiyasına münbit şərait yaradır. Ölkələrarasında birbaşa xarici investisiyaların həyata keçirilməsi nəticəsində müasir dünya iqtisadiyyatında transmilliləşmə prosesini meydana çıxaran iri transmilli şirkətlər – TMK-lar yaradılır.
Kurs işini kompüterinizə yükləmək üçün yanda sağ tərəfdə göstərilən "Əlavələr" başlığı altında verilmiş keçiddən istifadə edin.
Məlumatlar: www.firststeps.az saytından