Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1908 .: Cavan

Cavan

Eyvanımız ucadır,
Nökərlərim xocadır,
Niyə məndə durmusan?
Mənim hara qocadır?!

Qabaq dişim tökülüb,
Azılarım sökülüb,
Mənə qoca deməzlər,
Bir az belim bükülüb!

Sözün məni yaralar,
Ürəyimi paralar,
Saqqalım ağardısa,
Həna qoysam qaralar!

Isticə lavaşım var,
Hər gecəyə aşım var,
Demə, dədəm yerdəsən,
Ancaq əlli yaşim var!

Getmə, getmə, a dilbər!
Məni etmə mükəddər,
Özümü yüz cavana
Eyləmərəm bərabər!..

Getmə, getmə, amandır!
Ürəyim dolu qandır,
Zahirdə qocaldımsa,
Könlüm hələ cavandır!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?