Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1908 .: Barakallah

Barakallah

Sən beləsənmiş, balam, ay barakallah səne!
Fisq imiş əmrin taman, ay barakallah səne!

Doğru imiş, şairin olmaz imiş məzhəbi,
Kafir olurmuş bütün mirzələrin eğləbi,
Ləğvu əbəs mətləbi, ləhvü ləəb məşrəbi,
Şuğlü qəzet, teleqram, ay barakallah səne!

Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mömin olub, bir üzük barmağın taxsana!
Ta ki, desin xasü am: ay barakallah səne!

Yox xəbərin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə gözündən sənin,
Doğrusu, mən ürkmüşəm bəzi sözündən sənin…
Vermərəm artıq salam, ay barakallah səne!

Heyf qapanmış sənin dideyi-həqbinlərin,
Mənzilinə yığmısan partretin cinlərin,
Gözlərinə çapmayır yoxsa bu bidinləri -
Surəti hər sübhü şam, ay barakallah səne!

Əqlin azıb, ay yazıq, boşlamısan karını,
Cümlə dəyişdirmisən kürkünü, paltarını,
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,
“Filükə filül-həram”, ay barakallah səne!
Ağzına olsun qadam, ay barakallah səne!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?