Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1908 .: Daş qəlbli insanları neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!

Daş qəlbli insanları neylərdin, ilahi?!


Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların goz yaşı dərya olacaqmış, -
Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

Iş rəncbərin, guz öküzün, yer özününkü, -
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş butun aləmdə cəhalət, -
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımiz iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış, -
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətləre heyran oluram həp!..


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!
Səradən bir dəli şeytan...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 106   
article Hərb ilahi qarşısında
Ey odlu şəhpərilə...

(Səs verilməyib)  10-10-2007    Baxılıb: 75