Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1907 .: Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!

Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!

Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!
Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!

Qanan kim, qandıran kim nəşri-irfan eyləyən kimdir?
Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?

Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,
Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar!?

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,
Nə yerdə qalmısız bəylər, ağlar, xanlar, insanlar!?

Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!

Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,
Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!

Bəşərsiz, siz qan tökmək təbiidir, cibillidir,
Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!

Deyilmi heyf dillərdən qubari-cəhl məhv olsun?
Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar?

Dəmadəm nəfsi-əmmarə deməkdə “uqtulul-ixvan”,
Neçin salım qala başlar, bədənlər, canlar, insanlar?

Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,
Səradır cismlər, həm nəfslər, şeytanlar, insanlar!..


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Daş qəlbli insanları neylərdin, ilahi?!
Daş qəlbli insanları...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 165