Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Südəmər uşaqlar .: Əmizdirmə zamanı südün tərkibi dəyişir. Bunu aydınlaşdırmaq olmazmı?

Əmizdirmə zamanı südün tərkibi dəyişir. Bunu aydınlaşdırmaq olmazmı?

DÖŞLƏ ƏMIZDIRMƏNIN IKINCI PRINSIPI: TƏLƏBAT VƏ TƏKLIF SISTEMI
Uşağın döşü əmməsi sizin baş beyininizə ona nə qədər süd !azım olması haqda xəbər verir. Uşaq nə qədər çox acarsa, o qədər çox əmər. Buna cavab olaraq, sizin baş beyininizə döşünüzdə daha çox süd əmələ gəlməsi üçün hormonların daha çox miqdarda ifrazını stimulə edir ki, bu da südün ifrazmı artırır. Bu tələbat və təklif sistemi üzrə işləyən sistemdir. Əgər sizin uşağınız sizdən aynhbsa və ya siz onu çox erkən döşdən ayırırsmızsa, ya da o döşə pis qoyulmuşdursa, onda o özünə lazımi miqdarda südün əməiə gəlməsini stimulə edə bilməz. Əgər sizin uşağınızın mə'dəsi başqa bir maye ilə doludursa, o döşü o qədər qüvvətü əmə bilməz. Əgər sizin uşağınıza əmzik verilərsə, bu uşağın sizin döşünüzü lazımi qədər stimulə etməyinə mane olacaq.
Əgər südünüz döşünüzdən xaric olmursa, sizin orqanizminizdə sü-dün əmələ gəlməsi azalır. Uşaq döş əmmirsə, onda südün əmələ gəlmə sistemi sönür. Buna görə də siz özünüz başa düşürsünüz ki, döşlə əmizdirmənin həcmini azaltsanız və döşü süddən azad etməsəniz, "tək-lif" azalar. Bir çox qadınlar güman edirlər ki, onların orqanizmi lazım olan qədər süd əmələ gətirə bilməz və bə'zi tibb işçiləri bilmədiklərinə görə onlara bunu deyirlər. Əslində isə, qadınların bədəni elə qurulubdur ki, onlar uşağına lazım olandan qat-qat çox süd əmələ gətirə bilər. Qa-dınların bədən quruluşu onlara əkizləri əmizdirməyə imkan verir və buna görə uşağın tələblərinə cavab olaraq bir uşaq üçün süd əmələ gətirmək çətin deyil. Südü əmməklə uşaq südün əmələ gəlmə sistem-İnə sanki südün ifrazınını artırmağı əmr edir və bu əmr sonrakı günlərdə yerinə yetirilir. Əgər uşağa döş südü ilə yanaşı başqa hər hansı bir qida verilərsə, uşağın anasının beyninə göndərdiyi dəqiq və aydın mə'lumat pozuiur. zəifləyir. 
SIZ ƏVVƏLCƏ DEDINIZ KI, ƏMIZDIRMƏ ZAMANI SÜDÜN TƏRKIBI DƏYIŞIR. BUNU AYDINLAŞDIRMAQ OLMAZMI?
 Uşaqlar onlara nə lazım olduğunu bilirlər. Böyüklərin əksəriyyətində olduğu kimi, uşaqlar əvvəlcə susuzluğu yatırdır, sonra isə ağır qidanıqəbul edirlər. Əmizdirmənin əvvəlində ifraz olunan ilkin süd çox duru, yağı az və tərkibində laktoza (süd şəkəri) daha çox olur. Əmizdirmənin sonunda isə süd daha yağlı olur (axırıncı süd payı adlanır). Əgər uşaq, özü istədiyindən tez bir döşdən ayrılıb ikinci döşə qoyularsa, o zaman uşaq hər dəfə ilkin südün payını alar. Belə tənzimlənməmiş qidalanma uşağı qane etməz və onda narahatlıq hissi doğurar, qarnında köpə və sancıya səbəb olar.
Həmişə uşağın özünə əmməni başa çatdırmağa imkan verin 
MƏN ELƏ FIKIRLƏŞIRDIM KI, UŞAĞI HƏR IKI DÖŞLƏ ƏMIZDIRMƏK LAZIMDIR?
Belə bir ciddi qayda yoxdur. Sizə və sizin uşağınıza necə xeyirlidirsə elə edin. Uşağa ikinci döşünüzü verin və imtina etdikdə narahat olmayın. Bə'zi uşaqlar ikinci döşü əmməyə cəhd göstərir, bə'ziləri isə yox. Bə'zi uşaqlar bir əmizdirmə zamanı bir döşü, o biri dəfə isə hər iki döşü götürmək istəyirlər. Bə'zi uşaqlar inkişaf edib böyüdükcə öz adətlərini dəyişirlər. Sizin uşağınız tələbatından asılı olaraq öz iştahı istiqamətləndirir. Uşağın nə vaxt və necə istədiyi zaman əmizdirilməsi -"uşağın tələbatına uyğun əmizdirmə" (və ya "uşaqla idarə olunan əmizdirmə") adlanır. Uşağın tələbatına uyğun əmizdirilməsi onu tam olaraq qane edir və o az ağlayır və yaxşı böyüyür.
Uşaqlar onlara nə lazım olduğunu özləri hamıdan yaxşı bilirlər, ona görə də imkan verin onlar sizi istiqamətləndirsin. 
SIZ ƏVVƏLLƏR DEYIRDINIZ KI, ÖZÜNƏ INAM ÇOX VACIBDIR, ANCAQ BU INAM HAMIDA YOXDUR. BIZ NƏ EDƏ BILƏRIK?
                          Döşlə əmizdirmənin üçüncü prinsipi - inam
Yaşlı adamların, kasıb və əməkdən əziyyət çəkmiş qadınların öz uşaqlarını döşlə asanlıqla əmizdirmələri yadlarında olar. Özləri bunu dərk etmədən bu qadınlar döşlə əmizdirmənin əsas prinsiplərini bilirdilər və onlarda şüdün olacağına əvvəlcədən əmin idilər. Başqa müasir qadınlarda olduğu kimi, sizdə də uşağı döşlə əmizdirməyə qadir olduğu-nuza inam olmaya bilər. Ola bilsin ki, sizin ananızdakı problemlərə tibb müəssisələrində düzgün olmayan əmizdirmə üsullarının tətbiqi səbəb olmuşdur. Bəlkə də ola bilsin ki, siz öz uşağını yalnız döşlə əmizdirən ana görməmisiniz və ona görə də bu işin öhdəsindən gəlmək sizə çətin gəlir. Bu kitabçadan, siz bir sıra xeyirli faktlar götürə bilərsiniz, lakin yenə də sizin ürəyinizdə şübhə qalacaq. Əgər siz öz ərinizdən, qohum-larınızdan, rəfiqələrinizdən və ya sizə yaxın olan bir adamdan kömək istəsəniz, siz ilk günlərdə, döşlə əmizdirməni qaydaya salmaqla özünüzə və uşağınıza kömək etmiş olarsınız. Onlardan siz bütün bu kitabçanı, xüsusi ilə sizin üçün lazımlı olan bölmələrini oxumaqlarını xahiş edin. Sizin köməkçiniz idmançıya kömək edən məşqçiyə bənzəyir. Lakin məşqçidən fərqli olaraq, o sərt yox, həmişə yumşaq və mülayim olmalıdır. Keçmişdə gənc analara uşağı əmizdirməyə qohum-ları kömək edərdi. Çətin vaxtlarda kimliyindən asılı olmayaraq biz bir-birimizə kömək etməliyik.
Döş əmizdirən analar bir-birinə dayaq ola bilərlər. Əgər siz başqa bir anaya kömək edirsinizsə, yadda saxlayın ki, mülayimlik düzgün və dəqiq mə'lumat kimi vacibdir. Onun döşlə əmizdirmə qabiliyyətinə malik olmasına sizin inamınız həyati vacib əhəmiyyət kəsb edir. Heç vaxt onu mühakimə etməyin, şəfqətlə ona qulaq asın və öz məsləhətlərinizlə onu yormayın. 
PROBLEMIN MƏZMUNUNA AID OLAN AZACIQ MƏLUMAT UZUN MÜHAZIRƏDƏN DAHA XEYIRLIDIR.
Yuxanda verilən mə'lumat çoxuşaqlt doğuşlara da aiddir, Əkiz-lər iki dəfə artıq stimul yaradır. Əgər onlar döşə düzgün qoyularsa, siz lazım olan qədərsüdəmələ gətirə bilərsiniz. Analar3 və 4əkiz-ləri əmizdirirlər, Bir neçə əkizləri olan analara əlavə yükün öhdəsindən gəlmək üçün çoxlu kömək lazımdır.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Diabetdə qidanın tərkibi.
Müalicəvi dietalarda qida...

  10-2-2007    Baxılıb: 190   
article Büdcə gəlirlərinin tərkibi,quruluşu və nizamlaşdırma metodları
Müəllif: Şahin MuxtarovBazar...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 234   
article Döşlə əmizdirmə ilə bağlı problemlər

  10-21-2007    Baxılıb: 364