Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Südəmər uşaqlar .: Uşaq südün əmələ gəlməsini necə stimulə edir?

Uşaq südün əmələ gəlməsini necə stimulə edir?

UŞAQ SÜDÜN ƏMƏLƏ GƏLMƏSINI NECƏ STIMULƏ EDIR?
Aclığın əlamətləri uşaq ağlamağa başlamazdan çox-çox əvvəl əmələ gəlir: o başını çevirir, ağzını geniş açır, dilini çıxarır və tüpürcək ifraz edir. Siz uşağın yanında olanda bu əlamətləri öyrənə bilərsiniz. Buna görə də siz, uşaq ağlamazdan əvvəl ona döşünüzü verə bilərsiniz. Əgər uşağı əmizdirmədən əvvəl həyəcanlandırmasamz, o döşü əmməyə yaxşı başlayar.
Hər bir uşaq anadangəlmə reflekslərə malikdir, onlar ona döşü əmməkdə kömək edirlər. Yəqin ki, siz hiss etmişsiniz ki, uşaq aşağıdaki hərəkətləri edir:
1) O, instinktiv olaraq başını o tərəf bu tərəfə çevirərək ananın döşünü axtarır
.2) Ana uşağa döşünü yaxınlaşdırır və uşağı bədəninə yaxın tutur. Gilənin uşağın dodağına toxunması onu ağzını geniş açmağa və "ağız dolusu" döşdən yapışmağa məcbur edir (şəkil 2). O, areolanın (gilənin ətrafında olan tünd rəngli hissəni) xeyli hissəsini ağzına alır. Onun dili aşağı sallanaraq döşün altına keçir. Onun alt dodağı çevirilmiş, alt çənəsi isə döşə dirənir. Gilənin ucu uşağın damağının arxa hissəsinə dəyir. Bu vəziyyət onu "sorma" və "sıxma" hərəkətlərini icra etməyə imkan yaradır 3) Əmmə hərəkətləri dalğanı xatırladır, Dil və alt çənə gilənin ətrafında olan tünd rəngli yeri (areolant) sıxır. Uşağın dilinin hərəkəti zamanı döşün uşağın ağzına dolan hissəsi damağa sıxılır. Belə hərəkət döşün sıxılmasına və südün çıxarrtmasına kömək edir. Uşaq döşü əmən zaman areolada olan sinir uclarının qıcıqlanması nəticəsində ananın baş beyninə xəbər nəql olur, bu da öz növbəsində qan vasitəsi ilə döşə keçən, döş südünün əmələ gəlməsini və ixracını tə'min edən hipofizin iki hormonunun ifrazına səbəb olur. Birinci hormon (prolaktin) döşdə südün əmələ gəlməsini tə'min edir. İkinci hormon (oksitosin) isə bu südün ixracına səbəb olur (şəkil 3).
Uşaq fasiləsiz olaraq əmir. Əvvəlcə o, tez-tez, südün axmasına səbəb olan, bir neçə əmmə hərəkətini edir. Sonra o, hərdən bir daya-naraq, dərin və ritmik əmməyə keçir. Uşaq dayandıqda, bə'zən analar səhv olaraq, onu uşağın doymasının əlaməti kimi başa düşür və uşağı döşdən ayırırlar. Bu isə əslində südün axması və əmizdirmənin yaxşı getməsi deməkdir. Həmişə uşağa əmməni özü istədiyi zaman qurtar-mağa imkan verin. Əlbəttə, bə'zi hallarda əmməni kəsmək lazım olur. Çeçələ barmağınızı uşağın ağzına salıb uşağı yavaşca döşdən elə ayırın ki, uşaq döşü dartıb giləyə zədə yetirməsin. 4) Südün döşdən ixracına biz oksitosin və ya süd vermə refleksi adiandırırıq. O zaman bə'zi qadınlar döşündə arabir sancma hissiəh keçirirlər. 5) İndi siz görürsünüz ki, gilənin forması əhəmiyyət kəsb etmir. Ən əsası, uşağın tək gilədən yox, "ağız dolusu" döşdən yapışmağıdır. Bu uşağa hormon ifraz etmə sinirləri qıcıqlandırmağa və areolanın altındakı "sinuslarda" (boşluqlarda) yığılan südün sıxıb çıxarılmasına imkan yaradır. Əgər uşaq "döşə yaxşı qoyulubsa", o, əmmə prosesini yaxşı icra edə bilər.

Döşlə əmizdirmənin sevincini yaradan üç prinsıp:
1) Döşlə əmizdirmənin sizə ağn yetirməməsinə fikir verin. Bu
uşağın döşə düzgün qoyulması pn'nsipidir.
2) Qoyun sizin uşağınız nə vaxt və istədiyi qədərəmsin. Bu tələ-
bat və təklif prinsipidir.
3) Bilin ki, siz öz uşğmıza laztm olan qədər süd verə bilərsiniz.
Bu özünə inam prinsipidir. 
DÖŞLƏ ƏMIZDIRMƏNIN BIRINCI PRINSIPI: DÖŞƏ DÜZGÜN QOYULMA.
  Bu birincİ, "döşə düzgün qoyulma" prinsipinİ dərk etməklə də, biz döşlə əmizdirməyə müvəffəqiyyətlə başlamağa kömək edə bilərik və bununla, geniş yayılmış çətinliklərin qarşısını alaraq, döşlə əmizdir-mənin sonrakı müvəffəqiyyətli gedişatına nail ola bilərik. 
NIYƏ DÖŞƏ QOYULMA UŞAQDA TƏBII OLARAQ HƏMIŞƏ ALINMIR?
Uşağın düzgün vəziyyəti döşə düzgün qoyulmasına gətirir.
Siz artıq uşağın necə əmizdirüdiyini bilirsiniz - sizin giləniz uşağın dodağına toxunması onu ağzını geniş açıb ağız dolusu döşdən yapışmağa məcbur edir. 
NƏ ÜÇÜN UŞAQDA BU HƏMIŞƏ DÜZGÜN ALINMIR?
Bunun əsas səbəbi - ananın uşağı döşə düzgün qoymaq üçün onu düzgün vəziyyətdə  saxlamamasıdır. Məsələn, ana uşağı lap yüksək və ya yan vəziyyətdə saxladığı üçün uşaq öz ağzını lazım olan istiqamət-də apara bilməz. Ən çox bu ilk dəfə döşlə əmizdirən və ya birinci uşağını şüşə qabdan yedizdirən analarda baş verir. Bununla yanaşı bütün uşaqlar bir-birindən fərqlənir və hətta təcrübəli analara yeni uşağı əmizdirmək üçün kömək lazım ola bilər. Düzgün vəziyyətin əsas qay-daları bunlardır:
Sizə rahat olan yerdə oturun və ya uzanın
1) Uşağın bədəni və başı bir düz xətt üzrə yerləşdirilməfidir. Siz
uşağı yan tərəfdən, vertikal və ya qoltuğunuzun altında tutduğunuza baxmayaraq, uşağın üzü sizin bədəniniz tərəfə yönəldilməlidir. Uşaq döşü əmən zaman əgər əli üzünə tərəf olarsa və ya başını yan tərəfə tutarsa, rahat əmib uda bilməz. Özünüz başınızı yan tərəfə əyərək su içsəniz, onda bunun nə qədər çətin olduğunu hiss edərsiniz. 2) Uşağın üzü döşünüzə tərəf, burnu isə döş giləsi səviyyəsində tutulmalıdır. Bu vəziyyət uşağa areolanın yuxarı hissəsini yox, daha çox aşağı hissəsini ağzına almağa imkan yaradır. Döş giləsinin uşağın dodağına toxunması uşağın ağzını geniş açmağa məcbur edir (şəkil 4a, 4b və 4v).3) Uşağınızı bədəninizə yaxın tutun ki, uşaq döşü yaxşı götürə bilsin. Döşü uşağa yox, uşağı döşə yaxınlaşdırın. Qabağa əyilməyin, yoxsa beliniz ağrıyar.
4) Əgər sizin uşaq yeni doğulmuşdursa, onun tək başını və çiynini
yox. bütün bədənini saxlaym. Bu uşağa sizə daha yaxın olmaqla yanaşı, başı və boynu ilə sərbəst hərəkət etməyə imkan verir.
5) Əgər siz hiss edirsiniz ki, döşünüzü saxlamaq lazımdır, onda siz
onun alt hissəsindən sərbəst əlinizlə tutun. Öz barmaqlarınızı qayçı kimi
(döşünüzü "siqaret" kimi) saxlamayın, çünki buna görə siz döşünüzü uşağın ağzmdan çıxarıb, döşə düzgün qoyma vəziyyətindən çıxara
bilərsiniz. Belə geniş yayılmış döş saxlama üsulu, guya ki, əmmə zamanı uşağın nəfəs almasının çətinləşməməsi kimi səhv fikirdən irəli gəlir. Əslində isə təbiət uşağın burun dəlikiərini burnunun yan tərəfində yaradaraq, əmmə zamanı ona asanlıqla nəfəs almağa şərait yaradıb. Hərdən elə görünür ki, uşağın sifəti döşə basılıb və uşaq boğulur.
Ancaq bu təhlükəli deyil. Əgər uşaq başını asanlıqla tərpədirsə, onda
özü uyğunlaşıb nəfəs alacaq. 
ƏGƏR SIZ UŞAĞINIZI YALNIZ DÖŞLƏ ƏMIZDIRIRSINIZSƏ, SIZIN UŞAQ SAĞLAM VƏ NORMAL INKIŞAF EDIRSƏ, ONDA SIZ TUTDUĞUNUZ VƏZIYYƏTDƏN ASILI OIMAYARAQ ƏMIZDIRMƏNI DÜZGÜN APANRIRSINIZ
Hərdən uşaq sıx bələndiyi və paltar ona mane oldıığu üçün uşağı bədənə yaxın tutmaq mümkün olmur.
Belə hallarda uşağın bələyini açmaq lazımdır ki. əmizdirmə asan olsun. Soyuq olanda uşağınızı özünüzlə birlikdə bükün. Sizin bədəninizin istisi uşağınızı isindirəcək. Uşaqlarm sıx bələnməsi onlara boynunu uzadıb döşə düzgün qoyulmasına mane olur. Sıx bələnən uşaqlar respirator xəstəliklərə tez-tez tutulur. Əl və ayaqların sərbəst olması qan dövranını gücləndirərək bədəni qızdırır və uşağın fiziki inkişafına müsbət tə'sir göstərir. Uşağı isti, lakin boş bələyin. Sərbəst geyindirilmiş paltarın qatları daha çox hava saxlayır və sizin uşağımzı daha çox isindirir.
                               Sıx bələmə döşlə əmizdirməni çətinləşdirir. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Şanlı gördükcə məni sanki edir qövr fələk
Şanlı gördükcə...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 81