Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Südəmər uşaqlar .: Döşlə əmizdirmə hamilə olmaqdan qoruyur?

Döşlə əmizdirmə hamilə olmaqdan qoruyur?

KIM ISƏ MƏNƏ DEYIB KI, DÖŞLƏ ƏMIZDIRMƏ HAMILƏ OLMAQDAN QORUYUR, BƏLKƏ BU FIKIR DÜZ DEYIL?
Yalnız döşlə əmizdirməklə, siz hamilə olmaq riskini azalda bilərsiniz. Birinci altı ay ərzində, nə qədər ki sizdə menstruasiya başlamayıb və siz uşağınızı gecə-gündüz tam döşlə əmizdirirsinizsə, siz hamilə olmaqdan qorunmuş olursunuz. Bu mayalanmaya qarşı müasir vasitələrə bərabərdir. Gələcək bölmədən ("Döşlə əmizdirmə necə baş verir") sizə mə'lum olacaq ki, sizin uşağınızın ağızı sizin döşünüzə stimulə edici tə'sir göstərir və bu da sizin mayalanma qabiliyyətinizi müəyyən edən hormonlara müvafiq əks tə'sir edir. Əgər sizin uşağınız şüşə qabdan, hətta sizin sağılmış südünüzü alarsa və ya ona əmzik verilərsə: bu zaman döşlə əmizdirmənin mayalanmaya qarşı tə'siri zəyifləyəcək. Sizin uşağınızın 6 ayı tamam olduqdan sonra hamiləlikdən qorunmanın bu üsuluna ümid etmək olmaz.
Döşlə əmizdirmə qadınların sağlamlığını aşağıdakılardan qoruyur:

Qan azlığı
Erkən döş xərçəngi
Yumurtalıqlarm xərçəngi
Sümük xəstəlikləri və qocalıq
Birinci altı ay ərzində hamiləlik riskini azaldır
Şəkərli diabetdən əziyyət çəkən qadınlara az insulin təfəb olunur.
 
 
DÖŞLƏ ƏNIIZDIRMƏ NECƏ BAŞ VERIR?
Siz və sizin uşağınız burada əsas rol oynamalıdır.
Hər bir uşaq doğmuş qadında əvvəlcə ağız, sonra isə əsas süd əmələ gəlir. Ana uşağı doğduqdan və son düşdükdən dərhal sonra, sağlam və ya xəstə olduğundan, artıq və ya əskik çəkiyə malik olduğundan, doğuşun gedişinin normal olub olmamasından, doğuş prosesinə kömək edilməsindən, ya da kesar əməliyyatı edilməsindən asılı olmayaraq südün əmələ gəlməsi baş verir. Dgş südü o zaman əmələ gəlməz kL uşaqlıqda ciftin xırda bir hissəsi qalsın, ya da doğuş zamanı güclü qanaxma olsun (hər iki hadisə nadir hallarda olur). 
DÖŞLƏRI KIÇIK OLAN VƏ DÖŞ GILƏLƏRI YASTI OLAN QADIN HAQQINDA NƏ DEMƏK OLAR?
Hər bir qadının döşü əmizdirməyə uyğunlaşdınlmışdır. O böyük, kiçik və ya yastı ola bilər. Areola (döş giləsi ətrafında nisbətən tünd rəngli sahə) böyük ya da kiçik, tünd ya da açıq, qabarıq ya da görün-məz ola bilər. Giiə uzun, qısa ya da yastı ola bilər. Döş giləsi batmış olan qadınlar, əgər onlara kömək və dayaq olarsa döşlə əmizdirə bilər-lər. Bütün bu hallarda çalışmaq lazımdır ki. uşaq yalnız döş giləsini deyil, döşün areola hissəsini ağzına alsın. Ananın öz uşağını döşlə əmizdirməyə qadir olması inamı zəruridir. Bu inamı yaratmağa və ya pozmağa ailə, dostlar və tibb işçiləri qadirdirlər.
SIZ DEDINIZ KI, UŞAĞIN DA ROLU ƏSASDIR, AXI O NƏ EDƏ BİIƏR?
Uşağa çox vacib rol mənsubdur. Doğuşdan dərhal sonra sağlam uşaqda 02 anasının qarnı Ü2ərində iməkləyib döşü tapmaq və bumu ilə döşə dirənib giləni yalamaq qüvvəsi və bacarığı olur. Vaxt gələcək, 0 ağzını açacaq və əmməyə başlayacaq. Əgər uşağa heç kim mane olmursa və uşaq ananın yanındadırsa, hər dəfə aclıq hiss etdikdə, 0 döşü axtaracaq və əməcəkdir. Bədən təması döşlə tam əmizdirməni tə'min edən hormonlann əmələ gəlməsini stimulə edir. Əgər sizin uşaq sağlamdırsa, onu sizdən ayırmaq lazım deyil ("On add!m"a bax). Siz uşağınız ilə birlikdə dincələ bilərsiniz. Uşağınızı qollarınız arasında saxlayarkən adi tibbi müşahidələri aparmaq olar. 
NƏ ÜÇÜN UŞAĞIN ƏMMƏSI BELƏ VACIBDIR?
Əmmə südün əmələ gəlməsini stimulə edir. Nə qədər erkən və tez-tez uşaq döşə qoyularsa, döşlə əmizdirmə bir o qədər tez başlanır. Hərdən dərhal doğuşdan sonra qadınlar bu prosesə nəzarət edə bilmir-lər. Əgər siz döşlə əmizdirməni kəsmişdinizsə, hətta sizin uşağınız sizin yanmızda olmamasına baxmayaraq, əgər sizə doğuş zamanı az da olsa kömək göstərilibsə və sizdə inam hissi varsa, sizin uşağınız südün əmələ gəlməsini stimulə edə bilər. Qadmlar himayəyə götürmüş uşaqlara sadəcə döşü əmməyə izn verməklə qidalandırırdılar.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Döşlə əmizdirmə ilə bağlı problemlər

  10-21-2007    Baxılıb: 285   
article Nə üçün döşlə əmizdirmə belə vacibdir?
NƏ ÜÇÜN...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 118   
article Əmizdirmə zamanı südün tərkibi dəyişir. Bunu aydınlaşdırmaq olmazmı?
DÖŞLƏ ƏMIZDIRMƏNIN...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 301