Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Südəmər uşaqlar .: Döş südü dərmana bərabərdir?

Döş südü dərmana bərabərdir?

DEMƏK DÖŞ SÜDÜ DƏRMANA BƏRABƏRDIR?
Bəli və bununla yanaşı o uzun illər boyu sağlamlığı qoruyur. Döşlə əmizdirmə uşağın diabet ilə xəstələnmə riskini azaldır. Yalnız döşlə əmizdirmə astma və ekzema kimi allergik xəstəliklərin inkişafını dayandınr. Müayinələr göstərir ki, daima döşlə əmizdirilən uşaqlarda zehni inkişaf daha yaxşı olur, xüsusən yarımçıq doğulmuş uşaqlarda. Döşlə əmizdirilən uşaqlarla peyvəndlər daha yaxşı nəticə verir.
Müayinələr guman etməyə İmkan yaradır ki, döşlə əmizdirmə gələcəkdə uşaqlarda dişlərin düzgün formalaşmasına kömək edir görmə zəifliyinin, uşaq xərçənginin bə'zi formalarının, yüksək qan təzyi-qinin və daha böyük yaşlarda ürəyin işemik xəstəliyinin ətnələ gəlmə riskini azaldır.
Bir neçə müayinələr göstərir ki, nə qədər uzun müddət qadın uşağını döşlə əmizdirərsə, o qədər o qadında yumurtalıqların xərçəngi və klimaks qabağı döş xərçənginin və bunlarla yanaşı osteoporozun (sümüklərin xəstəliyi) və qocalıqda bud sümüyünün sınıqlarının əmələ gəlmə riskini azaldır. Diabetdən əziyyət çəkən qadınlar, uşağı döşlə əmizdirdikdə, insulinin daha az miqdarma ehtiyac duyurlar.
                          Döşlə əmizdirmə
mə'də-bağırsaq xəstəliklərindən,
respirator sisteminin yoluxucu xəstəliklərindən,
sidik yollarının infeksiyasından,
qulağın infeksiyasından (orta qulağın iltihabı),
şəkərli diabetdən
astma və stertoroz tənəffüsdən qoruyur. 
  
İNSANLAR DEYIR KI, STRESS DÖŞ SÜDÜNÜN ƏMƏLƏ GƏLMƏSINI DAYANDIRIR, BƏS ONDA BELƏ ÇƏTIN, ÇOXLU STRESLƏRLƏ ZƏNGIN OLDUĞU ZAMANDA BIZ NECƏ DÖŞLƏ ƏMIZDIRMƏ BARƏSINDƏ DANIŞA BILƏRIK?
O cəmiyyətlərdə ki, qadınlar heç vaxt döşlə əmizdirmə qabiliyyət-lərindən şübhə etməyiblər, analar əsrlər boyu aclıq və müharibələr zamanı öz uşaqlarını döşlə əmizdirib, onların həyatlarını xilas ediblər. Sün'i qidalandırma geniş yayılmış və döşlə əmizdirməyə az inam mövcud olan cəmiyyətlərdə isə analar fövqəl'adə vəziyyət zamanı öz uşaqlarını döşlə daha az əmizdirirlər. Yardım göstərən humanitar cəmiyyətlərin işçiləri uşaq süd qarışıqları və şüşə qabları payladıqları zaman anlamırdılar ki, onlar qadınların özünə olan inamını məhv edir, uşaqlara analarının südünün əmələ gəlməsini təşviq etməyə mane olur və xəstəliklərin əmələ gəlmə riskini artırırlar.
Əgər siz qadın orqanizminin necə fəaliyyət göstərdiyini başa düşürsünüzsə, stresslərə baxmayaraq siz özünüzə və başqalarına çətinliklərə üstün gəlməyə kömək edə bilərsiniz. Stress südü döşdən axmağa məcbur edən hormona (oksitosin) müvəqqəti olaraq tə'sir göstərə bilər. Bu refleksin belə müvəqqəti olaraq dayandırılması çətin anlarda südün döşdən axmasının qarşısını alan bioloji nöqteyi nəzərdən xeyirli mexanizmdir.
Stress həmişə bizim həyatımızın bir hissəsi olub və əgər o döşlə əmizdirməni pozmağa qadir olardısa, onda insan nəsli heç vaxt inkişaf edə bilməzdi. İbtidai ananın uşağı ilə birgə vəhşi heyvandan qaçdığı zaman südün axmasının kəsilməsi ananın xeyrinə idi. Lakin o sığınacağa çatdıqda və uşağı döşə qoyduğu zaman süd yenidən axmağa başlayırdı.
Qorxunun əlamətləri bizə məlumdur: ağız boşluğunun quruması, ürək döyünməsinin artması, ayaqlarda soyuma və əsmə. Hətta qorxu səbəbi qaldıqda bu hisslər bir neçə müddətdən sonra kütləşir. Oksitosin refleksi ilə həmin hadisə baş verir: siz güclü sarsıntı keçirdikdə südün axması qısa bır müddətdə kəsilə bilər, lakin sarsıntının səbəbi qalsa da, əgər uşaq uzun müddətə döşdə saxlansa südün axması yenidən başlanır. Südün əmələ gəlmə sistemi artıq dərəcədə davamlıdır. Oksitosinin refleksi qıcıqlara qarşı həssasdır: o müvəqqəti olaraq kəsilə və tez bir
zamanda bərpa oluna bilər. Stresslərin çoxluğu zamanı bizim hamımıza ruhi sakitlik lazımdır. Bir adamdan kürəyinizi yüngüicə massaj etməyi xahiş edin. Bu, uşağınızın maneəsiz döşün əmməsi, oksitosin refiek-sinə döş südünüzün yenidən axmasının bərpasına kömək göstərə biiər.
Bədən təması ilə müşayiət olunan döşlə əmizdirmə sizə daha çox yaxınlığı hiss etməyə kömək edir. Bu sizin uşağı özünü təhlükəsizlikdə hiss etməyə kömək edər və stress şəraitinin törətdiyi psixo-emosional travmanı məhdudlaşdırar. Döşlə əmizdirmə ilə bağlı hormonlar qadını stress şəraitində özünü daha sakit hiss etməyə kömək edir.
Bu kitsabçanı tibb işçilərinə və ya sizə kömək etməyə çalışan hər hansı bir adama göstərin. Dostları və ailə üzvlərinin, humanitar yardım cəmiyyətləri əməkdaşlannın, tibb işçilərinin yadlannda qalmalı olanlar-dan ən başlıcası odur ki, döş südünün yenidən əmələ gəlməsinə və bununla da uşağın sağlamlığı və həyatmı qorumasına təsəlünin və sakitləşmənin bir neçə dəqiqəsi səbəb ola bilər. Şüşə qabların və sün'i süd qarışıqlannın paylanması xəstəliyə və ölümə gətirə bilər. 
ÖZ ÇƏKILƏRININ ÇOXUNU ITİRMIŞ QADINLAR BARƏSINDƏ NƏ DEMƏK OLAR? ONLARDA LAKTASIYA BAŞ VERƏ BILƏRLƏRMI?
Arıqlıq və çəkinin itirilməsi südün miqdanna nadir hallarda tə'sir göstərir. İnsanm laktasiyası ofduqca "elastiki" bir prosesdir. Qadınlann əksəriyyəti hamüəlik zamanı. uşaq doğulduqdan sonra süd hasil etmək üçün enerji mənbəyi olan piy qatını artırırlar. Eləcə də hamiləlik zamanı öz çəkilərini artırmayan qadmlar öz uşaqları üçün yaxşı keyfiyyətli və lazımi olan miqdarda süd hasil edirlər. Ən başiıcası, uşağın döşü əngəl-siz əmməsidir. Hətta 1945-ci ildə Hollandiyada və 80-cı illərdə Afrikada aclıq zamanı qadınlar öz uşaqlarını döşlə əmizdirməyə davam edirdilər vəonların uşaqları böyüyürdü. Lakin ağır achq zamanı laktasiya kəsilir. Fövqəl'adə aclıq zamanı hamı özünə yemək tapmağa çalışır və əlbəttə siz də özünüzə iazımi qədər yemək tapmalısınız. Ancaq körpə üçün bir qida ehtiyatı barəsində siz narahat olmalısınız:- o da döş südüdür.
BIZƏ DOŞLƏ ƏMIZDIRMƏ UÇUN XUSUSI BIR QIDA LAZIMDIRMI?
Sizə öz enerji və sağlamlığmizi saxlamaq üçün tələb olunan qədər ida lazımdır. Sizin döş südü əmələ gətirməyiniz o vaxta qədər saxlanı-ıcaqdır ki, siz öz döşünüzü uşağınıza maneəsiz və tamlıqla əmməyə ;azə verəcəksiniz. Kartoçka sistemi ilə ərzaq verilən şəraitdə, yaşlı haü içərisində hamilə və döşlə əmizdirən qadınlara üstünlük verilməli-İr. Döş südünü hasil etmək üçün bədənin özünə lazım olan kaloridən 3xminən 500 kaloriyə qədər artıq enerji lazımdır, bu da artıq iki parça örək və ya artıq pay kartof ya da hər hansı bir mövcud olan qida eməkdir. Körpəli qadının bədənində qida maddələrinin mənimsənil-ləsi xeyli yüksəkdir. Siz ac ola bilərsiniz, ancaq döş südünü hasil tmək üçün sizə xüsusi qida lazım oldüğü barədə narahat Imamalısınız. Bütün dünyada qida rasionu fərqlənir. Ət əvəz olunmaz ida deyil. Heç vaxt ət yeməyən veqetarian qadınlar və heç vaxt süd ;məyən qadınlar öz uşaqlarını müvəffəqiyyətlə döşlə əmizdirirlər və öz ağlamlığını saxlayırlar. İmkanınız varsa, tərkibində cürbəcür tərəvəz lan yeməkləri yeyin. Əksər ölkələrdə yod çatışmamazlığı mövcud Iduğuna görə çalışın yod qatılmış duz tapın. Döşlə əmizdirmə zamanı ər hansı bir ərzaqdan çəkinmək məcburi deyü. Fövqəl'adə vəziyyət amanı bacardığınız qədər yeyin. Artıq miqdarda maye qəbul etməyə htiyac yoxdur. Sadəcə istədiyiniz zaman maye qəbul edin. 
QANI AZ OLAN QADINLAR NƏ ETMƏLI?
DÖŞLƏ ƏMIZDIRMƏ ONLARI SONUNCU QÜVVƏLƏRINDƏN
MƏHRUM ETMIRMI? 
Xeyir. Qanı az olan qadınlar döşlə əmizdirə bilər, ancaq onların öz əhhəti üçün müalicə olunmaları xeyirü olar.Gida zamanı çay içmək əmirin mənimsənilməsini azaldır və buna görə çalışın çayı yeməkdən ci saat sonra içəsiniz. Düzünü desək döşlə əmizdirmə qadını qan zhğından qoruyur, çünki o menstrual siklinin başlanmasını gecikdirir. 3an dövranından döş südünə cüzi miqdarda keçən dəmirin miqdan, nenstruasiya zamanı itirilən dəmirin miqdarından azdır.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?