NƏ ÜÇÜN DÖŞLƏ ƏMIZDIRMƏ BELƏ VACIBDIR?
Hər yerdə və hər yanda döşlə əmizdirmə böyük əhəmiyyətə malik-dir, belə ki o, uşağın tam sağlam olması, yaxşı böyüməsi və inkişafı üçün ən yaxşı şərait yaradır. Öz keyfiyyətinə görə ana südü uşağa veri-lən bütün məhsullardan üstündür. O, sanki sifarişlə ayrılıqda hər bir uşaq üçün hesablanmış qida maddələrinin və infeksiyaya qarşı faktor-larının ideal münasibətlərini özündə cəmləyib.
Döşlə əmizdirilən uşaq nə vaxtsa mə'lum olan qidalardan onun üçün ən qidalandırıcı, yüksək qiymətli və uşağın orqanizmi üçün ən uyğun olan maddələri alır. Milyoner ailəsindən olub süd qarışıqlan ilə sün'i qidalanan uşaq kasıb ailəsindən olub ana südü ilə qidalanan uşağa nis-bətən qidalılığı aşağı keyfiyyətli rasionu qəbul edir.
UŞAQ SÜD QARIŞIQLARI KEYFIYYƏTINƏ GÖRƏ ANA SÜDÜ ILƏ EYNIDIRMI?
Kompaniyalar gəlir əldə etmək məqsədi İlə uşaq süd qarışıqları və şüşə qablardan istifadə etməklə süni qidalanmanı təbliğ edirlər. Lakin sÜni qidalandırma hətta stabil şəraitdə sağlamlıqla əlaqədər problemlər yarada bilər. Fövqəladə vəziyyət zamanı risk daha böyükdür.
NƏ ÜÇÜN UŞAQ SÜD QARIŞIQLARI KEYFIYYƏTCƏ PISDIRLƏR?
Uşaq süd qarışıqları təkmilləşdirilmiş və elmi əsaslandırılmış üsullarla hazırlanmasına baxmayaraq, ana südü ilə müqayisə edilə bilməz. Onlarda infeksiyaya qarşı faktorlar yoxdur. Əgər, hər hansı istehsalçı firma süni yolla döş südünü əldə etməyə nail olacaqdırsa, o, hər bir uşaq üçün tam uyğun ola bilməz, çünki ana südü hər bir uşağın orqanizminin tələbatına uyğun olaraq dəyişir. Ağız südü ilk peyvənd kimi təsir göstərərək uşağı antitellərin və vitaminlərin yüksək dozası ilə təmin edir. Ağız südü uşağın bədənindən ilk tünd rəngli nəcisin (mekoniy) xaric edilməsinə kömək edir. Ağız südündən yetişmiş südə keçid uşağın tələbatına uyğundur. Bununla yanaşı döş südünün tərkibi əmizdirmə zamanı və uşağın yaşına görə dəyişir.
HƏR BIR QADIII DÖŞLƏ ƏMIZDIRMƏK QABILIYYƏTINƏ MALIKDIRMI?
Qadınların əksəriyyəti bu qabiliyyətə malikdirlər, lakin təəssüf ki, bu məsələyə düzgün yanaşılmır və döşlə əmizdirmə lazımınca alınmır. İndiki yüzillikdə döşlə əmizdirmə vərdişləri itirilmişdir. Tibbi dərsliklərə və tibb İşçilərinin hazırlanması proqramlarına səhv fikirlər daxil olmuşdur. Doğuşdan sonra ana ilə uşağın ayrı olması, qrafik üzrə əmizdirmə, ilk altı ayda əlavə süni süd və başqa mayenin şüşə qablarda rezin əmziklə verilməsi təcrübələri əmizdirmənin düzgün aparılma-masına, nəticədə ananın südünün azalmasına gətirə bilər.
Aşağıda göstərilən adət və hərəkətlərə görə döşlə əmizdirmə müvəjfəqiyyətsizliklə nəticələnə bilər
* Ana və uşağın biri-birindən ayrı olması.
* İlk əmizdirmənin gec aparılması.
* Əmizdirmə sayının azaldılması.
* Döşlə əmizdirmədən əvvəl və sonra döş giləsinin yuyulması.
* Qrafik üzrə əmizdırmə.
* Uşağın doymadan döşdən ayrılması.
* İlk əmizdirməyə qədər uşağa başqa mayelərin verilməsi.
* Uşağa əlavə südün sün'i əmziklə verilməsi.
* Döşlə əmizdirmələr arası uşağa suyun, şərbətin, qlyukoza ya
saxarozanın sulu məhlullarının və müxtəlif "çayların" verilməsi.
* Uşaq süd qarışıqları nümunələrinin pulsuz paylanması.
* Anaların döşlə əmizdirmənin tərəfdarlarından ayrılması.
*Döş güəsinə halqanın qoyulması, əmziklərdən və yalançı
əmzikdən istifadə edilməsi.
* Doğuş zamanı sedativ preparatların iişlədilməsi.
DÖŞLƏ ƏMIZDIRMƏ BELƏ MÜHÜM OLDUĞU HALDA, NƏ ÜÇÜN MÜTƏXƏSSISLƏR BÜTÜN BUNLARI BIZƏ DEMIRLƏR?
Döşlə əmizdirmənin vacibliyinin anlaşılması sürətlə artır. Hətta yüksək ixtisaslı tibb işçiləri arasında bəziləri analara necə kömək etməyi bilmirlər. Bu onların günahı deyil: illər boyunca kök salmış tibbi təcrübə döşlə əmizdirmənin adət və vərdişlərini pozmuşdur. İndi münasibət və vərdişlər dəyişir. Həm varlı həm də kasıb ölkələrdə qabaqcıl səhiyyə təşkilatları xəstəxana qaydalarında reformaları təşviq edir və döşlə əmizdirmənin cəmiyyət tərəfindən dəstəklənməsini gücləndirirlər. Tibb işçilərinin hazırlanması təkmilləşdirilir. ÜST və YUNİSEF birgə "Uşaqlara xeyirxaş xəstəxana" təşəbbüsü kimi qlobal təşəbbüslər "Müvəffəqiyyətli döşlə əmizdirməyə aparan on addım”ın qəbul edilməsinə imkan yaradır. Bu addımlar analara kömək edən, südəmər uşaqlara ana südü ilə qidalanmağa və əvvəldən xoşbəxt olmağa kömək edən iş üsullarının dəqiq öyrənilməsinə əsaslanır. ÜST və YUNİSEF bütün tibb işçilərini öz müalicə müəssisələrində "on addım" ları həyata keçirməyə çağırır.
Müvaffəqiyyətli döşlə əmizdirməyə aşağıdıkı tədbir və üsullar kömək edə bilər.
* Doğuşdan dərhal sonra uşağı əmizdirmək.
* Ananın və uşağın cismani təması.
* Uşağın döşə düzgün qoyulması və döşün düzgün verilməsi.
* Uşağı tələbatına uyğun olaraq əmizdirmək.
* Uşağa döşü istədiyi zaman buraxmağa icazə verilməsi.
* Uşağın yalmz döşlə əmizdirilməsi.
* Anaya qarşı xeyirxah münasibət və onun döşlə əmizdirmək
arzusunu dəstəkləməklə onun özünə olan inamını artırmaq.
* Mənəvİ yardım edən insanlarla anaların ünsiyyətdə olması.
* Əmziklərdən istifadə etməkdən imtina.
* Döş giləsinə krem və məlhəmlərin sürtülməsindən imtina.
* Döş giləsinin sabunla yuyulmasından imtina edib, yalnız adi gündəlik vanna və duş qəbulu zamanı yumaq.
Fövqəladə vəziyyət şəraitində üsul və münasibətlərin dəyişməsini biz gözləyə bilmərik. Su və yanacaq təchizatı pozulduqda döşlə əmizdirmə insan həyatını xilas edə bilər. Döşlə əmizdirmə hətta çətin şəraitdə yeni doğulmuş və körpə uşaqların yaxşı qidalanmasını və tam sağlamlığını tə'min etməyə imkan yaradır. Bundan əfavə qadınların sağlamlığını müdafiə edir.