Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Südəmər uşaqlar .: Ümumi məlumat (Giriş)

Ümumi məlumat (Giriş)

Bu kitabça, əgər siz anasınızsa, yaxud yaxın vaxtlarda ana ola-caqsınızsa və ya rəfiqələrinizdən, yaxud qohumlanırızdan kimə isə uşağı döşlə əmizdirməyə kömək etmək istəyirsinizsə sizə yardım etmək məqsədi ilə nəzərdə tutulmuşdur. Bu broşuru oxuduqdan sonra, xahiş edirik, onu uşağı əmizdirmək üçün köməyə ehtiyacı olan rəfiqənizə ötürəsiniz.
Kitabdakı bu fikir 1994-cü ildə, Avropada sonuncu Bosniya və Herseqovina müharibəsi zamanı meydana gəlmişdir. O zaman aydın oldu ki, əksər analar uşaqlarını şüşə qablardan yedirtdikləri üçün qadınlar döşlə əmizdirmək haqqında biliklərini unutmuşlar.
Bu kitabça əvvəldən fövqəl'adə vəziyyət şəraitinə düşmüş analar üçün nəzərdə tutulmasına baxmayaraq, biz ÜST-da ümidvarıq və əminik ki, düşdükləri şəraitdən asılı olmayaraq bütün analara yararlı ola bilər.
Bu kitabın hazırlanması zamanı, bütün dünyadan döşlə əmizdirmə sahəsində olan ekspertlər öz şərhlərini təqdim etməklə onun yaran-masında böyük əmək sərf etmişlər. ÜST, bu kitabçanın, bugünki gündə analar üçün ən yaxşı vəsait olması üçün var qüvvəsi ilə çalışanlara böyük minnətdarlığını bildirir.
                                                                                                                                       Dr. Ayleen Robertson
                                                                                              Ərzaq təhlükəsizliyi və südəmər uşaqların
                                                                                                                   əmizdirməsi, qidalanma siyasəti
                                                                                                                     sahəsində regional məsləhətçi.


Fövqəladə vəziyyətlər bir-birinə bənzəmir. Bu. daşqın ya zəlzələ kimi fəlakətlər ola bilər. Bu, bombardımana ya hərbi əməliyyata gətirən siyasi təşvişlər ola bilər. Bu, sənaye müəssisələrində qəza, su təchizatı sistemində çirklənmər elektrik şəbəkəsinin sıradan çıxması, avtomobil və ya dəmir yol qəzası, eləcə başqa bir faciə ola bilər. Bütün bu fövqəladə şəraitlərinin ümumi amilləri ondan ibarətdir ki, o zaman gündəlik həyatın gedişatı pozulur və əsas təchizat xidmətləri öz son həddində fəaliyyət göstərməyə başlayır ya da ümümiyyətlə dağılır. İnsanlar öz yaşayış yerlərini tərk etməyə məcbur olurlar. Ərzaq, su və enerji qıtlığı yarana bilər, əmək haqqının verilməsi dayandırıla bilər və pulların qiyməti tez bir zamanda dəyişə bilər. Bütün bu çətinliklərin ağırlığından və müddətindən asılı olmayaraq, uşaqlarının sağlamlığı valideyinlərin əsas qayğısı olaraq qalır. Bu kitabça sizə, fövqəladə vəziyyətlər zamanı uşaqlarınızı qidalandırmağa kömək etmək məqsədi İlə yazılmışdır.
                 *  Özünüzün və uşaqlarınızın səhhətinin qorunub saxlanılmasının ən
                 yaxşı tərzi döşlə əmizdirmədir.
                 * Birinci altı ay ərzində sizin uşağınız üçün ən vacib olan yalnız və
                 yalnız sizin döş südünüzdür.
                 * Bir neçə ay əvvəl döşlə əmizdirməni kəsməyinizə baxmayaraq,
                 onu yenidən bərpa edə bilərsiniz.
                 * Təxminən altı ayhğından uşağa bərk yeməklər verməyə başlayın,
                 lakin bir yaşına qədər hətta ondan sonra da döşlə əmizdirmə vacib
                 olaraq qalır.
                 * Bu kitabça çətin vaxtlarda südəmər uşaqların qidalandırılması
                 barədə tez-tez ortaya çıxan suallara cavab verir. O, sizə uşağınızı heç
                 bir təhlükə qarşısına qoymadan qidalandırmağa və döş!ə əmizdirməyi
                 kəsmişsinizsə onu bərpa etməyə kömək edəcək.
Bu kitabça əsasən müasir mə'lumatlar verir. FövqəPadə vəziyyət zamanı belə mə'lumatların böyük əhəmiyyəti vardır, çünki çətin vaxtlar-da körpələrin və kiçik yaşlı uşaqların həyatma başqa faktorlar da tə'sir göstərə bilər. Döşlə əmizdirmə onları bir çox təhlükələrdən qoruyur. Mümkün qədər sün'i qidalanmadan istifadə etməməli, əgər bu mümkün deyilsə, o zaman ondan böyük ehtiyatla istifadə etməli.
Heç kim fövqəl'adə və çətin vəziyyətə düşmək istəmir. Əgər belə vəziyyətlər baş verərsə, o zaman bir çox adamalar özlərində oniar düşündüklərindən də çox qüvvə və ixtiraçılıq qabiliyyətləri olduğunu başa düşürlər. Nə vaxtsa lazımi miqdarda südü olmadığını fikirləşən bir çox qadınlar fövqəl'adə vəziyyət zamanı uşaqlarını döşlə çox yaxşi əmizdirmişlər. Onlar öz uşaqlarının sağlamlığı və yaşamaları üçün etdiklərnəqürurduyurlar. Əgərbu kitabçasizə belə qadınlardan olmağa kömək edibsə, rica edirik öz bilik və təcrübələrinizi başqa qadınlara çatdınn. Bəli, fövqəl'adə vəziyyət qurtardıqda döşlə əmizdirməni əvvəl-ki qaydada saxlamaq vaciblik kəsb edir. Adi vaxtlarda hər yerdə südəmər uşaqların qidalandırılması standart üsul olarsa, o zaman biz fövqəl'adə vəziyyətin bizim uşaqların sağlamlıqı və həyatı üçün təh-lükəli olmayacağına daha inamlı olarıq.
Bu kitabçadakı mə'lumatlar döşlə əmizdirmə sahəsində olan beynəlxalq ekspertlər, o cümlədən alimlər, tibb işçiləri və əmizdirən analara dayaq qruppları tərəfindən verilib.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article ÇİÇƏKLİ BİTKİLƏRLƏ ÜMUMI TANIŞLIQ
BIOLOGIYA CANLILAR HAQQINDA ELMDIR....

  10-21-2007    Baxılıb: 246   
article İqtisadi inkişafın tərəddüdlüyü: iqtisadi tsiklin mahiyyəti və ümumi cəhətləri
Müəllif: Piriyev Səbuhi...

  9-30-2007    Baxılıb: 159   
article AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT
 Şimaldan - Baş Qafqaz...

  10-1-2007    Baxılıb: 432