Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Elm, tədris və Kariyera .: Elmlər .: Botanika .: ÇİÇƏKLİ BİTKİLƏRLƏ ÜMUMI TANIŞLIQ

ÇİÇƏKLİ BİTKİLƏRLƏ ÜMUMI TANIŞLIQ

BIOLOGIYA CANLILAR HAQQINDA ELMDIR. TƏBIƏTDƏ, XALQ TƏSƏRRÜFATINDA VƏ INSAN HƏYATINDA BITKILƏRIN ƏHƏMIYYƏTI
Siz biologiya elminin əsaslarını öyrənməyə baslayırsınız. Biologiya yunanca "bios"- həyat, "loqos" - elm deməkdir. Biologiya - Yer üzərində yaşayan canlılar haqqında elmdir. Planetimizdə yaşayan canlılar olduqca müxtəlifdir. Gözlə görünməyən ən xırda orqanizmlərdən başlamis bütün bitkilər, heyvanlar və insan calılara aiddir. Bütün canlı orqanizmlər bitkilərə, heyvanlara və onlar arasında keçid təşkil edən göbələklər, baKteriyalar və digər canlılar qrupuna bölünur. Heyvanlarla bitkilər arasında keçid təşkil edən canlılarda həm heyvanlara, həm də bitkilərə xas olan əlamətlər olur.
Bitkilər haqqında olan elm - botanika, biologiya elminin bir bölməsidir. Bu elmin adı yunanca "botane" sözündən götürülmüşdür KI, bu da "göyərti", "ot", "bitki" deməkdir.
Təbiət canlılardan və cansizlardan ibarətdir. Bitki və heyvanlar, həmçinin bakteriyalar, göbələklər və viruslar birlikdə canlı təbiəti təşkil edir. Son məlumatlara görə bütün canlılar 4 aləmə — bakteriyalar, göbələklər, bitkilər və heyvanlar aləminə ayrılır.
Onların oxşar cəhətləri çoxdur. Elə sadə quruluşlu orqanizmlər vardır ki, onlar şərti olaraq ya bitki, ya da heyvanlar qrupuna aid edilir. Bitki və heyvanların quruluşundaki, eləcə də həyat fəaliyyətindəki oxşarlığı onların mənşəyinin ümumi olması ilə izah etmək olar.
.BitKilər çox müxtəlifdir. Onlar Yer Kürəsinin hər yerində, hətta susuz səhralarda, bataqlıqlarda, dəniz və okeanlarda, göllərdə, çaylarda geniş yayılmısdır. İlin isti fəsillərində Arktika və Antarktikada da bitkilərə təsadüf etmak olar.Azərbaycanın düzən rayonlarından başlamış hündür dağ zonalarına qədər bütün ərazisi müxtəlif növlü bitkilərlə zəngindir. Boyük və kiçik Qafqaz dağlarının yamaclarında palıd, cökə, qarağac, vələs, fıstıq və başqa qiymətli ağac növlərindən ibarət meşəlıklər yerləşır. Respublıkamızın cənubundakı Talış meşələri dəmirağac, qaraçöhrə, Azat ağacı, şabalıdyarpaq palıd kimi nadir ağaclarla zəngindir. Düzənlikləri, dağ ətəklərini taxıl zəmiləri , meyvə bağları, pambıq tarlaları əhatə edir   (1) Abşeron yarımadaasında zeytun, üzüm, əncir, zəfəran, badam kimi qiymətli bitkilər becərilir. Insanlar bağlarda, tarlalarda külli mıqdarda mədəni bitkilər yetişdirirlər. Bitkilərin əksəriyyəti yaşıl rəngdədir, lakin yaşıl olmayan bitkilərə də təsadüf edilir. Belə bitkilərə misal olaraq ağac köklərində parazitlik edən ağac sümürgənini göstərmək olər    (2).   Onun yarpaqları şəklini dəyişərək qırmızımtıl rəngdə olan pulcuqlara çevrilmişdir. Adətən, fındıq, qarağac və söyüd ağaclarının köklərində parazitlik edir.
Təbiətdə yaşıl bitkilərin əhəmiyyəti çox böyükdür. Bitkilərin yaşıl yarpaqlarında gedən fotosintez prosesi zamanı, bütün canlıların tənəffüsü üçün zəruri olan Oksigen xarıc olunur, havadakı karbon qazı isə udulur. Heyvanların əksəriyyəti bitkilərlə qidalanır. Ətlə qıdalanan yırtıcı heyvanların həyatı da bitkilərdən asılıdır, çünki onlar bitkiyeyən heyvanlarla qidalanır. Deməli, əksər canlıların, həmçinininsanın da qidasının ILK mənbəyi yaşıl bitkilərdir.
İnsanların qidasında taxıllar fısiləsindən olan dənli bitkilərdən buğda, çovdar, qarğıdalı və çəltik əsas yer tutur. Bu bitkilər qədim zamanlardan bəri insanlar tərəfindən becərilir. Tərəvəz bitkilərindən kartof, pomidor, kələm, yerkökü və s.-nin insan qidasında böyiik əhəmiyyəti var. İnsanlar çoxlu miqdarda meyvə və giləmeyvə (alma, armud, gilas, gavalı, üzüm) sortları yetişdirnişlər. Paltar hazırlamaq, yağ almaq və digər məqsədlər üçün insanlar texniki bitki sortlarından istifadə edirlər. Belə bitkilərə pambıq, kətan, giinəbaxan, zeytun və s. aiddir. Ağac bitkilərinin oduncağından tikinti materialı kimi istifadə edilir, kağız, süni ipək hazırlanır.
İnsanlar bitkilərin müxtəlif hissələrindən: toxumu, meyvəsi, kökü, yarpağı və gövdəsindən istifadə edirlər. Bəzilərini isə gözəl çiçəklərinə görə becərirlər.
Bitkilərdən təbabətdə müxtəlif xəstəliklərin mualicəsi üçün də geniş istifadə edilir. Bağayarpağı, çaytikanı, dəvədabanı, çobanyastığı, yemişan, əvəlik, gülxətmi, itburnu dərman bitkiləridir. Hazirda dərmanların 40%-a qədəri bitkilərdən hazırlanır. Bitkilərdən insan orqanizmi üçün zəruri olan çoxlu vitaminlər alınır.
Bitkilərin dəyərli qida və xammal olması ilə yanaşı, onlar həyatımızı bəzəyir, bizə hətta sevinc gətirir. İnsanların təsərrüfat fəaliyyəti canlı təbiətə elə giiclii təsir göstərir ki , bunun da nəticəsində canlı orqanizmlərin bir gox novu yerüzündən yox olur, bəzi növlərin isə yox olmaq təhlükəsi yaranır. Buna görə də xüsusi "Qırmızı Kitab" yaradılmışdır ki, burada belə bitki və heyvanlar haqqında məlumatlar yazılır. Belə bitkiləri, heyvanları qorumaq və artırmaq bizim ümumi borcumuzdur. Bunun üçün də biz onların həyatını və hansı şəraitdə çoxalmasını öyrənməliyik. 
ÇIÇƏKLI BITKILƏRIN ORQANLARI. BITKILƏRIN MIIXTƏLIFLIYI
Ömründa bir dəfə də olsa çiçək açan bitkilərə çiçəkli bitkilər deyilir. Kök, gövdö, yarpaq, çiçək, toxum və meyvələr çiçəkli bitkiilərin orqanlarıdır   ( 3 ) . Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə organ deyilir. Adətən, orqan bir deyil, bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ancaq biri əsas funksiya hesab olunur. Kök və yarpaq, əsasən, qidalanma orqanlarıdır. Kök qida maddələrini və suyu torpaqdan, yarpaqlar isə lazım olan maddələri ha-vadan alır. Bitkinin gövdə və budaqları yarpaqları havada
saxlayır. Bundan əlavə gövdə ilə qida maddələri hərəkət edir.
Üzərində yarpaq və tumurcuq olan govdəyə zoğ deyilir. Gövdələrin üzərində çiçəklər inkişaf edir, onlardan isə içərisində toxumlar olan meyvələr yetişir.
Çiçəkli bitkilərin eyni orqanları xarici görünüşcə miixtəlif ola bilər. Soğan və sarımsağın kökləri nazik saplara oxşayır. Zəncirotu, paxla və cəfərinin kökləri isə şaxələnən uzun mil formasındadır. Buğdanın, qarğıdalının gövdələri dik yuxarı qalxır. Yemişin, qarpızın, xiyarın, boranının gövdələri yerə sarılır. Bağayarpağının, dəmirovotunun gövdələri qısa olur. Kaktusun gövdəsi isə çox maraqlıdır.
 Onun üzərində yarpaqlar əvəzinə tikanlar olur, ozü isə yaşıl rəngli ətli silindrə və ya kürəyə oxşayır. Bu bitkilərin gövdəsində su ehtiyatı olur. Gövdələrin quruluşuna görə bitkilər üç qrupa boliiniir. Birinci qrupa ağaclar, ikinci qrupa kollar, üçüncü qrupa isə ot bitkitəri daxildir.
>>>Ağacların gövdələri hündür və odunlaşmış olur, Gövdə budaqlanaraq çətir əmələ gətirir. Çinar, qoz, fıstıq, vələs, palıd, armud kimi bitkilərdə gövdə inkişaf etmis oduncağa malikdir.
>>>Kollar ağaclardan fərqli olaraq alçaqdır və qısa gövdəyə malikdir. Onların nisbətən nazik gövdələri torpaq səthinə yaxın hissədən budaqlanır. Ağac və kollar uzunömürlü bitkilərdir. Elə ağaclar vardır ki, onların ömrii min ildən artıqdır. Nar, fındıq, qarağat, çaytikanı, zirinc, böyürtkən kol bitkiləridir.
>>>Otlar ağac və kollardan alçaqdır, onların gövdəsi tam odunlaşmır, yaşıl və ətlidir. Otların ömrii nisbətən qısadır. Otlar birillik, ikiillik və çoxillik olur. Birillik ot bitkiləri toxumları yetişdikdən sonra quruyur, tələf olur, çoxillik isə bir neçə il çiçəkləyib toxumverir. Dəmirovotu, yonca, taxıl, zəfəran, bənövşə, boymadərən, qara gəndalaş və s. ot bitkiləridir.
Yarpaq bitkilərin həyatında fotosintez, tənəffiis və transpirasiya (buxarlanma) üçiin əsas orqandır. Onun rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməklə əlaqədar yarpağın forması dayişilə bilər. Zoğ və yarpaqlar tumurcuqlardan inkişaf edir. Yarpaqlar töküldükdə onların qoltuğunda yerləşən tumurcuqları aydın görmək olar. Həmin tumurcuqlardan təkrar olaraq yarpaqlar və zoğlar əmələ gəlir. Həm gövdə uzərində yerləşmələrinə, həm də formalarına görə tumurcuqlar miixtəlif olur.
Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da miixtəlifdir.Çiçək -şəklini dəyişmiş zoğdur, o, tumurcuqdan əmələ gəlir. Çiçəyin yerində bir və bir neça toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır.
Müxtəlif bitki çiçəklərinin qu-ruluşunda müayyən oxşarlıq da vardır. Çiçəyin quruluşunu nəzərdən keçirək   ( 4 ).  Çiçək , çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir.
Saplağın genişlənmişhissəsində - çiçək yatağında isə çicəyin digər hissələri əmələ gəlir.
Çiçəkdə ləçəklərdən ibarət parlaq rəngli tac diqqəti cəlb edir. Tacdan aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasacıq və ya çiçək yatağı yerləşir. Tac və kasacıq cicək yanlığını təşkil edir. Çicək yanlığı çicəyin daxili hissələrini zədələnməkdən qoruyur və tozlayıcı həşəratları özünə cəlb edir.
Çiçəyin əsas hissələri dişicik və erkəkcikdir. Erkəkcik nazik erkəkcik sapından və tozluqdan ibarətdir. Tozluğun içərisində tozcuqlar əmələ gəlir. Dişicik
genişlənmiş hissədən -- yumurtalıqdan, ensiz siituncuqdan və dişicik ağızcıgından ibarətdir. Yumurtalıqdan meyvə əmələ gəlir. Bəzi bitkilərdə; alma, armud, heyva və s. meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edir. Bitkilərin çox az hissəsində çiçəklər tək-tək yerləşir
  ( 5 ).   Çobananyastığı, albalı, gilas, günəbaxan, inciçiçəyi və bir çox bitkilərdə çiçəklər qruplara toplanaraq çiçək qruplarını təşkil edir.  ( 6 )
Erkən yazdan başlayaraq payızın axırlarına qədər meşələrdə, tarlalarda, bağlarda və parklarda bitkilər çiçək açır. Fındıq və dəvədabanı bitkiləri hələ qar əriməmis çiçəkləyir.
 
MEYVƏLƏR, TOXUMLAR VƏ ONLARIN YAYILMAĞA UYĞUNLAŞMASI   
Meyvə və toxum çiçəkli bitkilərin çoxalma orqanıdır.
Meyvı yumurtalıqdan əmələ gəlir. Yumurtalığın içərisində yerləşmiş yumurtacıq isı mayalanmadan sonra toxuma çevrilir. Yumurtalığın böyiiyüb meyvəyə çevrilmiş divarları meyvəyanlığı adlanır. Meyvənin içərisində toxum yerləşir.
Meyvələr şirəli və quru olur ( 7 ) , ( 8 ). Şirəli meyvələrdə toxumu əhatə edən meyvəyanlığı şirəli, lətli hissədən ibarətdir. Yetişmiş əriyi, gavalını, şaftalını sıxdıqda ondan şirə axır. Şirəli meyvələrdə, lətli hissə meyvənin qabığı ilə toxumu arasında yerlaşir.
Şirəli meyvələr miixtəlif olur. Üzəri nazik qabıqla örtülmüş və içərisində çoxlu toxumları olan pomidor, qarağat, üziim, feyxoa meyvələri giləmeyvə adlanır.
Meyvə ləti nazik qabıqla örtiilmüş, bərk çəyirdəyin Içərisində bir toxumu olan meyvələrə çəyirdəkli meyvətər deyilir. Şaftalı, gavalı, ərik, zeytun, göyəm, albalı və zoğalın meyvələri çəyirdəkli meyvədir.
Yetişmiş quru meyvələrdə şirəli lət olmur. Onlar noxud, paxla kimi açılan, palıd qozası və meşə fındığının meyvələri kimi açılmayan quru meyvələrdir. Buğda, qarğıdalı dənələrində meyvəyanlığı toxumla bitişikdir, bir-birindən ayrılmır, onlar dənmeyvə adlanır.
Quru meyvələrdən paxlameyvələr daha geniş yayılmışdır. Paxlameyvələr içərisində toxumlar olan qınşəkilli iki taycıqdan ibarətdir, Akasiya, lobya, noxud, üçyarpaq yoncanın meyvələri paxlameyvədir.
>>>Buynuzmeyvələr paxlameyvələrə oxşayır. Onlardan fərqli olaraq buynuzmeyvələrdə toxumlar qının taycıqlarında deyil, onların arasında uzanan nazik arakəsmənin üzərində yerləşir.Xardal, kələm, vəzəri, quşəppəyi və ağ turpun meyvələri buynuzmeyvədir.
Pambıq, xaş-xaş, lalə, bənövşə, tütiin bitkilərinin meyvələri qutucuqmeyvədir. Toxum qutucuğunun içində yetişir və qutucuq acıldıqda tökiilür.
>>>Toxumcameyvələrdə meyvəyanlığı dəricik formasında olur və toxumla birləşmir. Buna misal olaraq günəbaxan və qanqalın meyvələrini göstərmək olar.Çiçəkli bitkilər, əsasən, toxumla coxalır. Meyvə və toxumlar küləklə heyvan və insan vasitəsilə, su ilə uzaq məsafələrə yayılır. İtxiyarının, dəmirağacının yetişmiş meyvələri partlayaraq toxumları ətrafa tullayır   ( 9 ) .
Paxlameyvə və buynuzmeyvəlardə toxumlar yetişdikdən sonra isti giinlərdə qınlar çatlayır, toxumlar ətrafa səpələnir. Xaşxaş, lalə qutucuqlarında toxumlar xiisusi məsamələrdən ətrafa səpələnir.
Bir sıra bitkilərin toxumları kiilək vasitəsilə yayılır. Qovağın, zancirotunun tükcüklü toxumları küləklə uzaq məsafələrə aparılır  .(  9  ).
Ağcaqayının, cökənin, göyriişiin qanadcıqlı meyvələri töküldükdə külək vasitəsilə kanara aparılaraq yayılır. Küləklə qoparılıb diyirlənən və "süpürüm" adlanan çöl bitkisinin gövdəsi dibindənbudaqlanaraq kiirə səkli alır. Payızın əvvəlində onun toxumları yetişir, bitki quruyur. Kiilək bitkini kökünə yaxın yerindən biitöv qoparıb diyirləndirir. Bitkilər diyirləndikcə toxumlarını dağıdır. Yalnız suda bitən bitkilərin meyvələri deyil, su kənarında bitən qızılağac və başqa bitkilərin toxumları da suyun axını ilə uzaqlara aparilır.Bəzi bitkilərin yetişmiş toxumlarının üzərində qarmaqvarı -çıxıntılar olur. Heyvanlar belə bitkilərin yanından keçdikdə toxumlar onların yununa və insanların paltarına yapışıb basqa yerlərə aparrılır. Bu bitkilərə dəvədabanı, atpıtrağı, pişikdili (üçbarmaq) kimi bitkilərin meyvələri misal ola bilər. Bəzi bitkilərin toxumları yiik kisələrinə və tayalara yapışıb, avtomobil, vaqon və təyyarələrin kiinc-bucaqlarında qalır, yük boşaldıqda torpağa diisüb ciicərir.Meşələrdə , çöllərdə yetişmiş şirəli meyvələri quşlar və heyvanlar yeyir. Məsələn , qaratoyuq moruğun , cır albalının , quşarmudunun , ayı zoğalın yetişmiş meyvələrini yeyir. Həmin meyvələrin şirəli ləti onların mədəsində həzm olur, bərk qabıqlı toxumlar isə həzm olunmur və peyinlə birlikdə xaric olunur.Yazda əlverişli şərait olduqda bu toxumlar düşdükləri yerdə cücərir. Beləliklə , quşlar bir yerdən başqa yerə uçduqda həmin toxumları da özləri ilə apararaq yayır.
Forma və ölçüsünə görə bitkilərin toxumu müxtəlifdir.Məsələn , səhləb bitkisinin toxumları girdə , çox xırda və toz kimi olur. Sizə yaxşı məlum olan xaş-xaş , yonca və digər bitkilərin də toxumları çox kiçikdir. Paxla , palıd , fındıq toxumları nisbətən iridir. Lakin ən böyük toxum seyşel palmasnın toxumudur.Onların uzunluğu 50 sm, çəkisi isə 10-kq-dan çox olur.


Məlumatlar http://botanika.iatp.az saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ümumi məlumat (Giriş)
Bu kitabça, əgər siz...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 365   
article İqtisadi inkişafın tərəddüdlüyü: iqtisadi tsiklin mahiyyəti və ümumi cəhətləri
Müəllif: Piriyev Səbuhi...

  9-30-2007    Baxılıb: 210