Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1906 .: Uşaqlara

Uşaqlara

 Ey  millətin  ümmidi, dilü, uşaqlar!
             Validlərinin  sevgili  cananı, uşaqlar!

Madərləriniz etdi sizə  mehrü  məhəbbət,
Ağuşi- şəfəqqətdə sizi bəslədi rahət,
Validləriniz xərcinizə etdi  kəfalət,
Əlminnətü- lillh. Sizə yar oldu səadət, 
             Olduz hərəniz bir  evun  oğlanı,  uşaqlar!
             Asudə gəzin indi bu  dünyanı, uşaqlar!
Siz sərv kimi  sərgəş olub biylə boy atdız,
İllik biçə tək banlıyaraq xəlqi oyatdız,
Şad oldu ğədər,  madəriniz- bu boya  şatdız,
Bısdir sizə gəhvareyi- naz içrə ki,  yatdız,
             İndi buraxın balışı, yorğanı, uşaqlar!
             Həm tərk eləyin xaneyi- viranı, uşaqlar!
Vəqt oldu  çıxıb kuçədə cövlan edəsiz siz,
Hərçayı gəzib, hər yeri seyran edəsiz siz,
Cəngü  cədəlü  qarətü talan edəsiz siz,
Hər cildə gilib, aləmi vian edəsiz siz,
             Gündə atasız bur neçə  patranı, uşaqlar!
             Ta öyrnəsiz şibeyi- dəvanı, uşaqlar!
Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,
Evdə  gərək əvvəlcə ki,  qoççaq olasız siz,
Həm validə, həm validəyə  ağ  olasız siz,
Dincəlməyələr ta nə  qədər sağ olasız siz,
             Hər  gün  döyəsiz  madəri-  nalanı, uşaqlar!
             Ta uf  deməyə qalmaya imkanı, uşaqlar!
Hər  istədiyin olmasa hasil pədərindən,
Vur, yıx, cala, ta qorxuya  düşsün zərərindən,
Söy  ağzına cürətlə,  çəkinmə hünərindən,
Biçarə xilas olmaq üçün şurü  şərindən,
             Çıxsın canı, satsın qabı- qazanı, uşaqlar!
             Neylər dəxi ol sərvətü samanı,  uşaqlar!
Bəsdir ki, oğul sahibi düşgün pədər oldu,
Xeyr oldu əcəb aqıbəti, bəxtəvər oldu,
Göz nuri hesab eylədiyi dərdi-sər oldu,
Zəhmətlə əmək  verdiyi cümlə  hədər  oldu;
             Nə ölmədi ta  kim, qutara  canı, uşaqlar!
             Nə  tapmadı öz  dərdinə  dərmanı, uşaqlar!.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Südəmər uşaqlara çay və su lazımdırmı?
Döş südü, eləcə...

  10-21-2007    Baxılıb: 165