Zahılıq dövrü cift düşəndən sonra başlayır və 8 həftə davam edir. Bu müddət ərzində qadının or-qanizmində ciddi dəyişikliklər baş verir. Bu dəyi-şikliklər daxili cinsiyyət orqanlarının, çanaqdibi əzələlərin, qarın divarının əks-inkişafından ibarətdir.
Bu proseslər zahılıq dövrünün gedişini xarakte-rizə edir və zahı qadının sanitar-gigiyenik rejimini müəyyənləşdirir.
Ən əvvəl, əks-inkişafa uşaqlıq başlayır. Doğuşdan sonra bu, çəkisi 1000 q-a yaxın olan içiboş bir əzələ orqanıdır. Uşaqlığın yuxarı sərhədi köbəkdən 2—3 sm aşağıdır. Uşaqlığın daxili səthi (boşluğun daxili divarı) geniş yaraya oxşayır. Doğumun ilk saatlarından uşaqlıq kiçilməyə başlayır. Birinci həftənin axırına o, 2 dəfə azalır, 6—7 həftədən sonra isə hamiləliyə qədər olan ölçüsünə gəlir, Uşaqlığın çəkisi 50—70 q, uzunluğu isə6—7 sm olur. Zahılıq dövrü ərzində uşaqlıq 15—20 dəfə azalır, Uşaqlıq boşluğunun yaralı səthi zahılıq dövrünün sonunadək yeni selikli qişa ilə örtülür. Tədricən uşaqlıq boynu öz formasına qayıdaraq bağlanır, doğuşdan 2 həftə sonra boyun kanslı ensiz dəliyə oxşayır.
Doğuşdan sonra 2—3 həftə ərzində hər bir qadın-da uşaqlıq yolundan ifrazat gəlir, əvvəl qanlı və gur xarakter daşıyır, 4—5-ci günlər ifrazatın rəngi daha açıq olur, 3-cü həftənin sonunda şəffaf seliyə oxşayır. İfrazatın miqdarı və onun xarakteri uşaqlığın əks-inkişafının tempindən asılıdır.. Əgər uşaqlıq yaxşı yığılırsa, onda ifrazat da çox gəlir.
Ana uşağa döş verəndə uşaqlıq daha tez yığılır. Uşaq əmizdirən qadınlarda uşaqlığın əks-inkişafı uşaq əmizdirməyən qadınlara nisbətən daha tez gedir. İfrazat gələn müddət ərzində qadın gigiyenik kəmər geyməli və gün ərzində çirkləndikçə əskini dəyişməlidir.
Çanaqdibi və qarındivarı əzələləri hamiləlik və doğum zamanı bərk dartılır. Doğuşdan sonrakı dövr-də bu qrup əzələlərin normal tonusu bərpa olunur. Aralıq əzələlərin yaxşı yığılması üçün sağlam zahı qadın tez, yəni doğuşdan 2 gün sonra durmalıdır. 2—3 gündən sonra zahı qadına durmağa, öz çarpayısını, şkafını yığışdırmağa, yuyunmağa icazə verilir. Zahı qadın tez durduqda, fəal olduqda çanaqdibi əzələlərin tonusu tez bərpa olunur, siyimə və bağırsaqların boşalması tez normaya düşür. Lakin aralıq və qarındivarı əzələləri hələ yığılmamışkən zahı qadın böyük fiziki gərginlikdən, ağır yükdən çəkinməlidir.
Doğuşdan sonra bəzən zahı qadının siyimə təkanı olmur, bunun üzündən sidik kisəsində çoxlu sidik yı-ğılıb qalır, dolu sidik kisəsi isə uşaqlıqdan ifrazatın gəlməsinə və onun yığılmasına mane olur. Hər bir zahı qadın gündə 2—5 dəfə siyiməlidir. Əgər siyimə çətinlik törədirsə, onda həkimə muraciət etmək lazımdır. Bundan başqa, hər dəfə uşağı əmizdirmə-mişdən əvvəl siyimək məsləhət görülür.
Doğumdan 3—4 gün sonra qadın böyük bayıra çıxır. 'Sonradan hər gün bağırsaqların boşalmasına fikir vermək lazımdır, çünki bu da uşaqlığın əks-inkişafına kömək edir.
Süd vəziləri doğuşdan 3—4 gün sonra bərkiyir. Bu vaxtadək süd vəzilərindən ağuz deyilən maddə gəlir. 4-cü gündən sonra süd ifrazı artır və əsl süd gəlməyə başlayır. Doğuşdan 3—4 gün sonra maye az içmək tövsiyə olunur, bu, süd vəzilərinin çox bərkiməsinin qarşısını alır.
Hər dəfə uşaq əmizdirməzdən əvvəl zahı qadın özünü və yatağını səliqəyə salmalıdır. Tumboçkanın üstündə uşağı əmizdirmək və süd sağmaq üçün lazım gələn şeylərdən başqa heç nə olmamalıdır. Zahı qadın saçlarını ləçəyin altına yığır, tənziflə ağzını və burnunu bağlayır. Sonra əllərini sabunla yuyur və uşaq qoyulacaq yerə əski salır. Uşağa döşü vermə-mişdən əvvəl məməni dezinfeksiyaedici məhlulla is-ladılmış pambıq, ya da tənziflə silir və döşü sıxıb bir neçə damcı süd axıdır. Süd axdıqdan sonra məməətrafı dairə yumşalır və uşaq məməni daha asan götürür. Hər bir sağlam qadın uşağı özü əmizdir-məyə çalışmalıdır, ona görə ki, ana südü ilə uşaq boy atmaq və inkişaf etmək üçün lazım olan hər şey alır. Bundan başqa uşaq ana südü ilə həyatının ilk aylarında onu bir çox yoluxucu xəstəliklərdən qoruyacaq xüsusi maddələr əxz edir.
Məlumatlar http://gelecek-analara.iatp.az saytından.