Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Təbii yolla doğuş

Təbii yolla doğuş

Mən sizə Diana Valester Foltenin təbii yolla necə sağlam körpə dünyaya gətirdiyindən danışmaq istəyirəm. O hamilə olan zaman nə edib və onun uşağı Erik çiy qida ilə qidalanaraqnecə sağlam olub.
Oxuyun bunu və gələcəkdə sizdə belə edin!
“Mən 1966-cı ilin iyun ayında hamilə idim. Mənim 33 yaşım var idi. Mən ilk uşağımı dünyaya gətirməli idim. Tətilə bir ay qalmışdır, mən məktəbdəki dərslərdən , imtahanlardan artıq yorulmuşdum. Bir gün tərəvəz salatları , hansıları ki , mən çox sevirdim , onlar mənim üçün çox tamsız oldu. Mən başqa bir dietaya keçdim.
DİETA:
Hamiləliyin I , II , III-cü ayları mən heç bir şey yeyə bilmirdim, ancaq bir gündə 3 dəfə xırda meşə fındığı ( qoz) və qreypfrut yeyirdim.
Hamiləliyin IV , V, VI-cı qreypfrutdan başqa meyvələri: gavalı , armudlar, almalar və giləmeyvələr yeyirdim, hansılar ki , kimyəvi kübrəsiz yetişdirilmişdir.Biz eşitdik ki, moruğun yarpaqlarının çayı bal ilə hamiləlik vaxtı çox xeyirlidir. Onun üçün biz moruğun yarpaqlarını yığdıq və qurutduq.
Bütün qış mən hər gün yarpaqların şirəsini ( cövhər) bal ilə içirdim və içinə kökün şirəsini əlavə etməklə. Məndə sidik yubanması olanda mən həmin vaxt tez ananas yeyirdim. Səhhətim o dərəcədə yaxşı idi ki, mən hamiləliyimin VI-cı ayına kimi həkim yanına getmədim. Qohumlarım , dostlarım bütün hamı başladı narahat olmağa ki, nə üçün mən həkimə getmək istəmirəm və mən həkimə getdim. Həkim çox təəcübləndi uşağın möhkəm döyünməsinə və mənim artıq çəkim olmamasına və məndə toksikoz olmamadığına. Həkim təbii doğuş və natural qida qəbul etməyi ilə razılaşanları dəstəkləyirdi.Mən gündəlik gəzintiyə çıxırdım, lazım olan tapşırıqları yerinə yetirirdim və ev işlərini görürdüm.Martın 1-də güclü ( qulaq batıran ) qışqırıqla Erik dünyaya gəldi. Onun saçları qara , uzun və qıvrım idi. Bu çox böyük marağa səbəb oldu, çünki bizim indiki zamanda uşaq doğulanda onun saçları seyrək və ya uşaq keçəl doğulur. Onun dərisinin rəngi həkimləri və tibb bacılarını çox təəcübləndirdi.
Mən Eriki döşümlə yedirtməyə imkanım var idi yəni vəziyyətim yaxşı idi. Birinci dəfə süd zəif gəlirdi, sonra isə yağlı və çöx miqdarda gəlməyə başladı və hər dəfə artırdı. Onun keyfiyyəti həddindən artıq əla idi, hətta normadan artıq. Belə vəziyyətdə həmişə südün rəngi göyümtül və sulu olur.Həkimlər narahat olurdular ki, mən lazımi qədər ( miqdarda ) zülal almıram , ona görədə onlar məni eynən hər 3 saatdan bir məni məcbur edirdilər pasterizə edilmiş ( süddə , konservlərdə və s. ) mikrobların inkişafının qarşısını almaq üçün onları müəyyən dərəcəyə qədər qızdırmaqla zərərsizləşdirmək üsulu)süd içməyi.
Ancaq onlar nə verirdilər mən içmirdim tasa axıdırdım.Mənim yoldaşım və bacım hər gün mənə 1 litr təzə kök şirəsi və bir balaca torba təzə sındırılmış , təmizlənmiş qoz ( fındıq ) yeməyə əlavə etmək üçün gətiriredilər. Qurumeyvələr hansıları ki , mən qəbul edirdim həkimlər məsləhət görmürdülər, deyirdilər ki , uşaqda ishal olur. Mən onlarla razılaşmırdım. 10 il mən quru meyvələr yeyirdim. Ancaq bütün 9 ay Erik mənim bətnimdə yaxşıca inkişaf edirdi. Evdə həmişə olduğu kimi mən yenə çox miqdarda qurumeyvələr qəbul etməyə davam elədim, pis nəticə vermirdi. Demək olar ki, mən qəbul etdiyim bitkili qidanın 60 faizini meyvələr təşkil edirdi. Qəflətən mən qorxdum , çünki Erikin doğulandan bir neçə gün sonra bağırsağının fəaliyyəti dayandı. Bircə beşinci gün mənim oğlumun birinci normal kiçik qarnı işlədi qəbəliksiz və ishalsız. Nə üçün bu gec baş verirdi , mənə elə gəldi ki, bu normal deyil. Hər dəfə imalə etdikcə mən narahat olurdum.Mən bir kitab tapdım , südəmər uşaqların qidalanması haqqında və biz bütün suallarımıza cavab tapdıq. Orada yazılmışdır ki, hərdən qidanın hamısı körpələr tərəfindən tamamilə həzm olunur , onun üçün də bağırsağın bir həftə ərzində işləməməsi adi haldır. Nadir halda baş verən Erikin qarnının işləməsi döş ilə qidalanana kimi davam etdi.Erik altı aylıq olanda ona kök şirəsi verməyə başladılar. Ən birinci “möhkəm qida”ibarət idi xırdalanmış bananlardan və kiçik miqdarda avokadodan , hansını ki, Erikə verdilər doqquz aylıq olanda. Sonra onun qarnı müntəzəm işləməyə başladı. Bir yaşına kimi Erikə ana südündən başqa banan , avokado və birdə kök şirəsi verirdilər. Sonra biz ona tədricən yumşaldılmış ( isladılmış ) və sürtülmüş ələkdən keçirdilmiş tər gavalılar və əriklər verdik. Bir neçə vaxtdan sonra başladıq onu mövsümlə ( fəsillərlə ) bitən tər meyvələr verməyə. Sonra biz gördük ki, Erik özü özünə qida seçir.Hərdən o bir neçə gün dalbadal alma yeyirdi. Sonra o avokado və s. Yeməyə başladı. İki yaş yarımına kimi Erikə südlərdən ancaq ana südü verirdim, yəni başqa süd yox.İndi o kök şirəsi içir,qozlu süd və meyvələr yeyir. Erik heç vaxt şişmiş olmurdu. Heç vaxt onda selik ifraz olmurdu və onun böyük qarnı və şişmiş dəmirləri yox idi.Tanışlarımın çoxu uşaqlarını kaşa ilə və pasterizə olunmuş südlə butulkadan qidalandırırdılar, onların yaşlarında onların orqanizmi kraxmalı həzm edə bilmədiyinə görə,onlar tez-tez soyuqlayırdılar, qrip olurdular, ağciyərin soyuqlaması, alergiya və s.Bizim oğlumuz heç vaxt xəstələnmirdivə bütün xəstəliklərdən uzaq idi , çünki biz adi üsulla yəni təbiətin bütün qanunlarına riayət edirdik. İndi Erikin üç yaşı var. Onun qidası bunlardan ibarətdir: qurudulmuş meyvələrdən , çiy tərəvəzlərdən və onların şirəsindən, qozlardan və toxumlardan və baldan.O fiziki və əqli çox yaxşı inkişaf edib, enerjili və hər şeyi öyrənmək istəyirdi.
Buna görədə mən öz böyük təşəkkürümü Doktor Uokera bildirirəm.

”Bitki tərəvəzlərinin şirəsinin müalicəvi əhəmiyyəti” M . V. Uoker. 1991.
( bu kitab rus dilindən azərbaycan dilinə Bayramova Ülviyyə İsa qızı tərəfindən tərcümə edilmişdir.)


Məlumatlar http://gelecek-analara.iatp.az saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?