Əvvələn, ona görə ki, burada hamilə qadını müayinə edirlər, ikincisi hamiləliyin vaxtını təyin edirlər, üçüncüsü, ağırlaşmaların qarşısını almaq üçün müxtəlif tədbirlər görürlər, dördüncüsü, hamilə qadını doğuşa hazırlayırlar.
Bu vəzifələri yerinə yetirən həkim çalışır ki, hamilə qadın vaxtında və sağlam uşaq doğsun. Deməli, həm hamilə qadının , həm də həkimin niyyəti eynidir, odur ki, onların hərəkətləri də bir-birinə uyğun qurulmalıdır.
Əgər qadın müntəzəm olaraq məsləhətxanaya gedirsə və həkimin bütün göstərişlərinə əməl edirsə, onun hamiləliyi də normal keçir. Hətta birinci dəfə hamilə olan qadın da hami.ləliyini özü təyin edə bilir. Hamiləliyin ən əsas əlaməti aybaşının olmamasıdır. Aybaşının gecikməsi və uşaqlığın böyüklüyü ilə həkim nəinki hamiləliyin müddəti, həmçinin onun inkişafının düzgünlüyü haqda muhakimə yürüdür. Hər bir qadın son aybaşının başlanması tarixini düzgün bilməlidir: bunun üçün qadınlar aybaşı başlanan günü təqvimdə qeyd etməlidirlər,
İşləyən bütün qadınlar doğuşa təxminən 8 həftə qalmış məzuniyyət alırlar. Tam gəzdirilmiş uşağın çəkisi çox tərəddüd etdiyindən (2500-dən 5000 q və daha çox), uşaqlığın böyüklüyü də hamiləliyin eyni dövrün də müxtəlif olur. Bundan başqa, uşaqlığın ölçüsü dölətrafı mayenin miqdarından (normada bu, 500-dən 2000 ,ml-dir), uşaqlıqda böyüyən dölün kütləsindənasılıdır. Demәli, uşaqlığın ölçüsü ilә һәkim һamilәliyin vә gözlәnilәn doğuşun vaxtını düzgün tәyin edә bilməz. һamilәliyin vaxtını müәyyәnlәşdirәrkәn dölün sәһһәtinә tәsir edә biləcәk sәһvlәrin qarşısını almaq üçün һәkim qadında son aybaşının nә vaxt olduğunu dәqiq bilməli vә aybaşıdan dәrһal sonra onu müayinә etmәlidir.
Son zamanlar uşaqlar çox vaxt böyuk doğulur, ona görә dә һamilәliyin ikinci yarısında uşağının ölçüsü һamilәliyin vaxtı ilә uyğun gәlmir, uşaqlıq daһa böyük olur. Әgәr һamilә qadın ilk dәfә qadın . mәslәһәtxanasına gec müraciәt edirsә, һәm dә axı-rıncı aybaşının vaxtını düzgün göstәrә bilmirsә, onda һәkim dә doğuş gününü düzgün һesablaya bilmir. Hamilәliyin Əsl vaxtı ilә uşaqlığın böyüklüyü ara-sındakı uyğunsuzluğu müәyyәnlәşdirmәk üçüN qadın axırıncı aybaşının vaxtını düzgün demәli vә һamilәliyin ilk aylarından müntәzəm olaraq muayinə edilmәlidir.
Һamiləlik baş verdikdә aybaşının olmamasından başqa, qadının ağzının tәmi dә dәyişir, ürәyi bulanır, qusur, (әləlxüsus sәһәrlәr), süd vәzilәri böyüyür, onlardan ağuz gәlmәyә başlayır. Lakin bütün bu әla-mәtlәr һamilәlik olmadan başqa bir xәstәlik zamanı da ola bilәr. Qadının һamilәmi, ya xəstәmi olduğunu ancaq һәkim tәyin edə bilәr. Qadın һamilә olduğunu tez, ya gec müәyyәn etsә dә, һamilәliyin düzgün gedişi barәdә o һeç bir şey deyә bilmәz.
Әvvәllәrdә dediyimiz kimi, gәlәcәk uşağın sağ-lamlığı üçün һamilәliyin ilk һәftәlәrindә rüşeymin salamat inkişafı böyük rol oynayır.
һamilәlik müәyyәn edilən kimi, qadının sidiyini, qanını, qurd yumurtalarının olub-olmamasını bilmәk üçün nәcisini tәdqiq edir, rezus-mәnsubiyyәtini öyrә-nirlәr, һamilә qadını terapevt, diş һәkimi, lazım gәldikdә isә digәr һәkimlәr dә müayinә edirlәr. Bu ilk tәdqiğatın nəticәlәri әsasında һәkimdә һamilә . qadının sağlamlığı һaqda müәyyәn tәsәvvür yaranır, sonrakı müntәzәm müşaһidәlәr isә onun orqanizmnndә gedәn dәyişikliklәrә nәzarәt yetirmәyә imkan verir.
İlk günlәrdәn һamilәlik qadının bütün orqanizmi uçün artıq vә ciddi yükdür. Әn çox yük dә ürәk və böy-rәklәrә düşür. Cavan qadının sağlam orqanizmi bu yükün öһdәsindən asanlıqla gәlir, lakin һər һansı daһa da ağırlaşması tәһlükәsi törәdir. Çox vaxt bu anadangәlmә, ya sonradan qazanılmış ürәk qüsurunda, ağciyərlәrin ciddi zәdəlәnmәlәrindә, qaraciyәr, böyrək xәstәliklәrindә olur. Belә qadınlar, ançaq xәstәxanada ciddi müayinәdәn sonra һamilәliyi saxlaya bilәrlәr. Әgәr һamilәliyi saxlamaq mümkün deyilsə ondar ilk 3 ayda azad olmaq lazımdır. Bundan gec azad olmaq çox çәtindir vә dölü belə һallarda, adәtәn keser kәsiyi ilә (dölü çıxartmaq üçün qarın vә uşaqlıq divarını kәsmәk lazım gәlir) çıxarırlar. 3 aydan böyük һamilәlikdәn azad olmağı qadınlar çox pis keçirirlәr.
Әgәr xәstә qadına һamilәliyn saxlamağa icazә ve rilibsə, onda o, bütün dәrmanları, һәtta һamilәlikdən әvvәl qәbul etdiyi dәrmanları da һәkimә köstәrmәlidir. Өz-özünü müalicәyә qәti yol vermәk olmaz.
Hamilәliyin dövrü artdıqça və xüsusәn onun ikinci yarısında dölün intensiv artması ilə әlaqәdar qadının bütün orqan və sistemlәrinә düşәn yük (әsasən 20—24-cü һәftәlәrindən sonra) çoxalır. Bu dövr ərzindә qadının çәkisi 10—11 kq artır, bu da bütün һamilәlik dövrü әrzində eyni bәrabәrdə olmur, İlk 3 ay әrzindә qadının iştaһası küsdüyü, ürәyi bulandığı, qusduğu üçün onun çәkisi һәtta azalır, sonra isə һәr dәfә qadının çәkisi 200—300 q artır. Bu, әsasən dölün çәkisinin, ciftin, dölәtrafı mayenin artması sayәsindә baş verir; bundan başqa, әvvәllәrdə dedi yimiz kimi, uşaqlıq, süd vәzilәri vә nәһayәt, qadının özünün dә çәkisi 3—4 kq artır. Dәrialtı piy texumaları vә dövran edәn qanın miqdarı әһәmiyyətli dәrәcәdә çoxalır. һamilәlik dovrü әrzindә qadının qanı tәdricən 20% artır.
Bu dediklәrimizdən savayı, butun һamilә qadınla-rın orqanizmindә su yığılmasına meyillik yaranır ki, bu da bәdənin çәkisinin artmasına, bəzәn isә ayaqların şişməsinә sәbəb olur. Belə һallarda әn çox һamilәliyin sonuncu 1,5—2 aylarında müşaһidә olunur. һәr dәfә qadın mәslәһәtxanasına gәlәndә һamilә qadını çәkirlәr, ona görә də ona һәmişә eyni paltarda gәlmәk mәslәһәt görülür.
Çәkinin çox artmasına vә һәtta cüzi şişlәrin әmәlә gәlmәsinә һәkim böyük әһәmiyyәt verir, ona görә ki, bu, һamilәliyin ağırlaşmasının, yәni gecikmiş toksikozun ilk әlamәti ola bilәr. Toksikoz zamanı qadının orqanizmində və ciftdә bu vә ya digər dәrә-cәdә dәyişiklik baş verir, bu da dölün oksigen aclığına gәtirib çıxarır. Toksikozun yüngül formaları qadının sәһһәtinә һeç bir xәləl gәtirmәyә bilәr, lakin onları da müalicә etmәk lazımdır. Әgәr һamilә qadın һәkimin tövsiyәlәrinә әmәl etmirsә, toksikoz artmağa başlayır, bu da sonra onun vәziyyәtini ağırlaşdırır, Belə xəstәlәri uzun müddәt xәstәxanada müalicә etmәk lazım gәlir.
Gecikmiş toksikozu olan qadınların һamilәliyinin gedişini müşaһidә edәrkәn görmüşlәr ki, belә qadınların dölü doğuş prosesşini pis keçirir vә onlarda çox vaxt ağırlaşmalar olur. Toksikozun erkәn dövrlәrindә aşkar vә müalicә edilmәsi onun sonrakı inkişafının qarşısını alır.
Respublikamızda yaradılmış doğuşa kömәk, göstә-rәn qadın mәslәһәtxanaları vә feldşer-mama punkt-larının geniş şәbәkәlәri һamilәliyin kedişini müşaһidә edәrәk gecikmiş toksikozun ən ağır forması olan eklampsiyanı, demәk olar ki, tam aradan qaldırmağa imkan vermişdir. Eklampsiya şüurun itmәsi vә qıc olmalarla keçәn ağır xәstәlikdir.
Hamilәliyin ikinci ciddi ağırlaşması—vaxtından әvvәl doğuşdur. Normal inkişaf zamanı rüşeymin orqan və sistemlərinin formalaşması bәtndaxili dölün 6-cı ayının sonunda qurtardığına baxmayaraq, dölün orqanları һәlә uzun müddәt müstәqil vә tamdә-yәrli fәaliyyәt göstәrә bilmir. Vaxtından әvvәl doğuş tәһlükәsi yarandıqda mәsləһәtxananın Һəkimi müalicə olunmaq üçün һamilә qadını xәstәxanaya göndәrir.
Vaxtından әvvәl doğulan uşağa qulluq etmәk üçun xüsusi şәrait vә texniki avadanlıqlar lazımdır ki. bunlar da һәr bir doğum evindә olmur.
һamilә qadınların çoxu soruşur ki, kəndә, bağa, istiraһәtә gedә bilәrlәrmi? Bunu һәr bir һamilә qadın öz saһә һәkimi ilә һәll etmәlidir. Hamilәlik normal keçdikdә qadının şәһәrdәn çıxmasını qadağan etmәyә Һeç bir әsas yoxdur. Lakin tәzə yerә gәlәn kimi һamilә qadın mәslәһәtxananın yerıni öyrәnmәli və orada qeydiyyatda durmalı, müntәzәm ora getmәlidir Doğuşa az qaldıqda isә һamilә qadın yaxınlıqdakı doğum evinin yerini, ora gedәn nәqliyyatı, tәcili yar dım maşınını һarada vә necә çağırmaq mümkün oldu-ğunu öyrәnmәlidir.
Çәkisi 1000 q-dan az (27—28 һәftәlik) olan uşaq-lar nadir hallarda sağ qalırlar. Belә uşağları ye dizdirmәk çox çәtindir, axı, onlar һәlə uda bilmirlәr
Belә uşaqları burnundan mәdәyә salınmış zond la yedirdirlәr. Yarımçıq doğulmuş uşaqlar istini saxlaya bilmirlәr, onlara tez soyuq dәyir və xostәlә-nirlәr, bununla әlaqәdar belә uşaqları xüsusi kame ralarda—güvәzdә saxlayırlar. Burada һavanın nәm-liyi vә temperaturu һәmişә eyni olur, lazımi qədәr oksigen verilir. Sağ qalmış yarımcıq uşaqlar birinci il öz yaşıdlarından һәm fiziki, һəm dә zehni cәһәtdәn geri qalırlar.
Camaat arasında belә bir yanlış fikir gәzir ki guya 7 aylıq uşaqlar 8 aylığa nisbәtәn yaşmağa daһa çox qabildir. Bu yalandır VƏ һeç bir dәlillә tәsdiq olunmamışdır. Dölün orğanlarının ana orqanizmindən kәnarda müstәqil fәaliyyət göstәrmәk qabiliyyәti ya da onun yetişkәnliyi dölün ana bәtnindә inkişafı dövründәn bilavasitә asılıdır, һamilәlik dövru nә qәdәr uzun çәkәrsә, uşaq da yaşamağa bir o qodәr qabil olur. Buradan belә bir sual meydana çıxa bilәr: bәs niyә onda һamilәlik 42—43 һәftә olanda qadın mәslə һәtxanasının vә doğum evinin һәkimlәri әl-ayağa dü-şür vә qadını suni doğdurmağa һazırlayırlar? һә-kimlərin tәlaşı әbәs deyildir. Hamilәlik 42 һәftәdәn çox çәkdikdә döl üçün bәtndaxili ölüm tәһlükәsi yaranır. Bu, onunla әlaqәdardır ki, artıq «yetişmiş» ya da vaxtını ötmüş uşağın orqan vә toxumları daһa anadan ciftә gәlәn oksigenin miqdarı ilә kifayət-lәnmir, Vaxtı ötmüş һamilәlik zamanı uşağın һәyatını qorumaq üçün bir yol vardır ki, o da qadının tezliklә azad olmasına kömәk etmәkdir.
һamilәliyin ikinci yarısında һəkim mәslәһәt-xanaya gәlmiş һamilə qadının çәkisini, arterial
tәzyiqini, uşaqlığın ölçüsünü öyrәnmәkdәn savayı, dölün uşaqlıqdakı vәziyyәtini dә müәyyәn edir və onun ürәyinә qulaq asır. Dölün ürәyi çox tez—bәtndaxili inkişafın 2-ci ayında işlәyәmә başlayır, ancaq ona qulaq asmaq 21—22-ci һәftәdә mümkün olur. Ürәyin tonlarının sәsi, onların tezliyi vә aһәngdarlığı sa-yәsindә һәkim dölün vәziyyәtini müәyyәn edir.
Bәtndaxili inkişafın 28-ci һәftәsinәdək döl uşaqlıq daxilində öz vәziyyәtini asan dәyişir, çünki onun һәcminin 2—3 һissәsini maye tutur. Doğuma qәdәr qalan 12 һәftә әrzindә dölun çәkisi 3,5—4 dәfә artır. Dölün belә sürәtlә artması nәticәsindә onun һәrәkәti azalır. Hamilәliyin 34—35 һәftәliyindә dölün tut-duğu vәziyyәt çox vaxt doğuma qәdәr qalır. Qadınların çoxunda döl düz vәziyyətdә, yәni başıaşağı olur. Dö-lün vәziyyәtinin düz olmaması, yәni eninә, ya da çәpi-nә yerlәşmәsi doğuş vaxtı çәtinlik törәdә bilәr. Buna görә dә belə vәziyyәti vaxtında düzәltmәk lazımdır. Qadın mәslәһәtxanalarının һәkimlәri dölün vәziyyztinә çox fikir verir vә lazım gəldikdə onu düzәltmәk üçün tәdbir görürlәr. Әgәr һamilәliyin sonuna kimi dölün vәziyyәti düzgün deyilsə, onda doğuşa 2—3 һәftә qalmış һәmin qadını doğum evinin doğuşaqәdәr şöbәsinә göndәrirlәr.
Hәr bir qadın һamiləliyin sonunda sәbirsizliklә doğuşu gözlәyir vә onun normal,, tez vә ağrısız keç-mәsini arzulayır. Gәləcәk uşağın sәһһәti vә sağlamlığı doğuşun gedişindәn asılı olur. Doğuş aktı döl üçun bir növ sınaqdır. Bәtndaxili inkişaf dövründә o nә qәdәr az «әziyyәt çәkmişsə» sınağı da bir o qәdәr yüngül keçirir.
Doğuşa һazırlaşan bəzi qadınlar, әlәlxüsus ilk dә doğanlar, çox ğorxurlar. Bu, ondan irәli gәlir ki, ilҝ dәfә doğan qadınlar doğuşun nə olduğunu vә bu vaxt özunü necә aparmaq qaydasını bilmirlәr. Bundan başqa, әһali arasında belә bir yanlış fikir gәzir ki, guya qadın doğanda bәrk ağrılar keçirir. Qadınların çoxu doğarkәn, ümumiyyәtlә, ağrı һiss etmir, bir də ki, indi ağrını aradan qaldıran çoxlu dәrmanlar vardır.
Akademik İ. P. Pavlov sübut etmişdir ki, ağrı , һissi adamı әn cüzi ağrıya qarşı da һәssas edir. Ha mıya məlumdur ki, adam paltar tikәrkәn barmağa batan iynәnin ağrısını qan götürәrkən barmağa batırılan iynәnin ağrısından yüngül keçirir. Hamilə qadın doğuşa һazırlaşan dövrdә qadın mәslәһәtxanasının һәkimi onunla ağrı һissini azltmaq üçün xüsusi mәşğәlә keçmәlidir.
Doğuşa һazırlığın psixi-profilaktik mәşğәləsi zamanı һamilә qadınlar uşaqlığın quruluşu, һamilәlik dövru әrzindә onda baş verәn dәyişikliklər dölün bәtndaxili inkişafı һaqda әtraflı mәlumat alır. Eyni zamanda һamilә qadın doğuş zamanı özünü aparmaq qaydası ilә vә һәmçinin ona və uşağa kömək göstәrәcәk xüsusi üsullarla tanış olur. Mәşğәlәlərdә aldığı biliklәr һamilә qadına öz һisslәrini başa düşmәyə vә doğuşda fәal olmağa kömәk edir..
Qadınların çoxunda doğum uşaqlığın əzələlərinin nadir, lakin müntәzәm olaraq yığılması ilә başlanır. Xalq arasında buna sancılar deyilir. Bunu qadın qarının ağrı vermәdәn gәrkinlәşmәsi vә yığılması kimi һiss edir. Getdikcә uşaqlığın yığılması daһa tez-tez, daһa güclü vә uzunçәkәn olur ki, bu da qarının aşağısında vә beldә ağrılarla müşayiət edir. Әgәr sancılar ilk dәfә doğan qadında һәr 5-7 dәqiqәdən bir olursa, onu tezliklә doğum evinә çat dırmaq lazımdır.
Uşağlığın tez-tez vә bərk yığılması nәticәsində uşaqlıq boynu açılır. Sancılar lap bәrk olanda döl -әtrafı maye xaric olur. Çox vaxt bundan sonra qadın gücənmәk istәyir vә uşaq doğulur. Lakin bəzәn maye ilk sancılarda vә һәtta sancılardan əvvәl dә xaric olur. Belә һallarda һamilә qadın sancıların baş lanmasını gözlәmәdən tezliklә doğum evinә getməli dir.
Bәzәn maye doğum gözlәnilәn vaxtdan bir neçә gün ya bir һәftә әvvəl xaric olur. «Quru doğuş» adlan belә vәziyyәt qadın vә döl üçün qorxuludur, ona görə ki, belə vәziyyәtdә infeksiya çox tez inkişaf edə bilәr. Maye xaric olduqdan sonra qadın һәkimin daimi nәzarәti altında olmalıdır.
İlk dәfә doğan qadınlarda doğum 16—18 saat çə kir. Tәkrar doğuşlar, bir qayda olaraq, az çәkir. Uşaqlıq һәr dәfә yığıldıqda uşaqlıq divarı damarları daralır, mәnfәzi kiçilir. Nәticәdә sancılar zamanı ciftә gәlәn qan azalır. Doğuş vaxtı döl oksigen aclığı çәkmәsin deyә, qadın dәrindәn vә aһәng dar nәfәs almalıdır. Bu, ananın qanının oksigenlә yaxşı tәmin olunmasına vә dölün doğuşu sağ-salamat keçirmәsinә kömәk edir.
Doğum prosesindә qadın çoxlu mәnәvi vә fiziki qüvvә sәrf edir, әlәlxüsus bu, әn çox gücәnmә baş-layan axırıncı mәrһәlәdә baş verir. Әgәr uşaqlığın yığılma gücü qadının iradə vә şüurundan
asılı deyilsә, gücәnmә onun aktiv iştirakından çox asılıdır. Gücәnmәdә qadının qüvvәsi boş yerә sәrf olunmasın deyә, o düzgün gücәnmәyi vә son mәrһәləyә lazımi qәdәr qüvvә saxlamağı bacarmalıdır. Qadın mәslәһәtxanasında vә doğuş prosesi zamanı doğum zalında һamilә qadına gücәnmәdə qüvvәdәn düzgün istifadә etmәyi, gücәnmә qaydasını, kücәnmәlәrarası fasilәdә özünü boş tutmağı vә istiraһәt etmәyi öyrədirlәr. Qadın nә qәdәr güclü vә sәmәrәli gücәnirsə, uşaq bir o qәdәr tez olur.
Sağlam qadın üçün doğum xüsusilә son mәrһәlәdə müәyyәn gәrginlik tәləb edәn, normal fizioloji pro-sesdir. Hәr bir qadın bilmәlidir ki, әgәr doğum vaxtı o uzun müddәt yemәsә, sonra gücәnmә başlayanda gücü çatmaz. Nәticәdә doğum uzanar vә onun sağ-salamat qurtarması tәһlükә altına düşәr. Bu baş vermәsin deyә, düzgün nәfәs almaq, gücü qorumaq vә sancılararası fasilәdә özünü boş buraxıb, bir az yemәk lazımdır. Doğum şöbәsinә adına şokolad, qüvvәtli yemәklәr, meyvә aparmağa icazə verilir.
Qadının bәzi xәstәliklәrindә, ya da һamiləlik ağırlaşma verdikdә һәkim һәr һansı mamalıq əmə-liyyatına әl atmalı olur. Bu әmәliyyatlar ciddi nәzarәt altındadır. Çox-çox qadınlar vә uşaqlar bu əmәliyyatlar nәticәsindә xilas edilmişlәr. Lakin eyni bir әmәliyyatı һәr uşaq başqa cür keçirir, bu„ bir çox sәbәblәrdәn, o cümlәdәn uşağın bәtndaxili inkişafının bütün mәrһәlәlәrinin nә qәdәr salamat keçmәsindәn asılı olur. Әgәr döl qәnaәtbәxş inkişaf etmişsә, o һәr bir mamalıq zmәliyyatını yaxşı keçirir, bu әmәliyyat uşağın sonrakı inkişafına təsir göstәrmir. Salamat keçmәmiş şәraitdә isә
һәtta normal doğum belә uşaq üçün ağır sınağa çev-
rilir.
һәr bir saһә ginekoloqu һamilәliyin gedişini diqqətlә müşaһidә edir vә һamilә qadınlardan onun mәslәһət və tövsiyәlərini yerinә yetirmәyi tәlәb edir.
Məlumatlar http://gelecek-analara.iatp.az saytından.