Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Hamiləliyə rezus-amilin təsiri

Hamiləliyə rezus-amilin təsiri

Hələ keçmiş zamanlarda müşahidə etmişlər ki, cavan və tam sağlam valideynlərdə də hərdən qeyri-adi avazımış, ya da saralmış uşaqlar ola bilər. Belə uşaqlar, adətən, anadan olandan bir az sonra ölürdü-lər. Sağ qalmış belə uşaqlar baş beynin ciddi zədə-lənməsi nəticəsində əlil olurdular. Sonradan aşkar oldu ki, uşağın ana bətnində belə ağır xəstələnməsinə səbəb, necə deyərlər, rezus-uyğunsuzluqdur.
1940-cı ildə müəyyən edildi ki, insanın eritrosit-lərinin tərkibində xüsusi zülali maddə vardır, sonralar bunu rezus-amil adlandırdılar. Tədqiqatların davamı göstərdi ki, bu maddə insanların hamısında
olmur. Yer kürəsinin əhalisinin 15%-də eritrositlərinin tərkibində rezus-amil yoxdur, bunlar rezus-mənfidir, eritrositlərində rezus-amil olan qalan 85%-isə rezus-müsbətdir. Beləliklə, eritrositlərində rezus-amilin olub-olmamasından asılı olaraq adamlar 2 qrupa bölünürlər.
Qanında olan rezus-amil adamların saqlamlığı na, onların səhhətinə, zehin qabiliyyətinə və s. heç bir təsir etmir. Bu əlamət insanın irsən ötürülən bioloji xüsusiyyətidir. Qan qrupu kimi, adamın rezus mənsubiyyəti də ömrü boyu dəyişmir.
Əgər rezus-mənfi adama rezus-amil olan qan köçü rülərsə.onda rezusa görə uyğun gəlməyən qan almış adamın orqanizmində spesifik maddələr əmələ gəlir Bu maddələr antitellər adlanır və onların rolu da adamı yad eritrositlərdən qorumaqdır. Bu maddələr həmin eritrositləri parçalayır.
._ Gələcək uşağın valideynlərinin qanı rezus-amilə görə uyğun gəlmədikdə də hamiləlik zamanı buna oxşar proses gedir. Əgər ananın qanında rezus-ami yoxdursa, atanın qanında isə varsa, onda uşaq da re zus-mənfi, ya da rezus-müsbət olacaqdır. Əgər dölün eritrositlərində anadan olduğu kimi rezus amil yox dursa, onda bətn daxilində böyüyən döl ilə ana orqa nizmi arasında münaqişə baş verməyəcəkdir, yəni hamilə qadında antitellər əmələ gəlməyəcək, uşaq normal inkişaf edəcək və sağlam doğulacaqdır.
Yox, əgər uşaq irsən ata tərəfə keçib rezus-amilli olarsa, onda döl ana orqanizmi ilə rezus-amilə görə uyğun gəlməyəcək. Buna cavab olaraq hamilə qadının orqanizmi qan köçürməsində olduğu kimi, rezusa qarşı xüsusi antitellər hasil etməyə başlayacaqdır. Antitellər ciftdən dölün qanına keçərək onun eritositlərini parçalayacaqdır. Nəticədə rüşeym zədələnə; bəzən hətta bətn daxilində öə də bilər. Bəzi qadınlarda uşaq diri doğulur, ancaq onlarda aydın görünən qanazlığı və sarılıq olur. Belə uşaqları xilas etmək üçün doğum evində anadan olan kimi onlara qan köçürülür və xüsusi müalicə aparılır. İlk günlər onu anaya əmizdirməyə vermirlər, çünki ananın orqanizmində Hamiləlik zamanı əmələ gəlmiş rezusa qarşı antitellər ana qanı ilə uşağa keçib onu eritrositlərini parçalaya bilzr.
Lakin rezus-müsbət döl ilə rezus-mənfi ana ara sındakı münaqişə heç də həmişə belə kəskin olmur. һәr şey һamilә qadının rezus-mәnfi orqanizminin
dölün rezus-müsbət olmasına һәssaslığından asılıdır. Әgәr rezus-amili olmayan qadına һeç vaxt rezus- amili olan yad qan vurulmayıbsa, onda birinci һamilәlik zamanı onun orqanizmi, bir qayda olaraq, dölün rezus-amilinә çox һәssas olmur, Onda һamilәlik
dövrü әrzindә antitellәr әmәlә gәlmir vә ana ilә döl arasında «münaqişә» baş vermir, uşaq sağlam doğulur Hәrdən һamilә qadııın orqanizminin rezus-amilә qarşı həssazlığı ilk һamilәlik dövründәn, əlәlxü-sus qadın azad olanda, yәni doğuşdan, ya da abortdan sonra artmağa başlayır. Bu da sonrakı һamilәliklәr üçün tәһlükә törәdir, çünki orqanizmin rezus-amilә qarşı һәssaslığı һeç vaxt itmir. Әgәr sonrakı һamilәlnk zamanı döl yenә dә rezus-müsbәt olursa, onda anada mütlәq antitellәr һasil olmağa başlayır ki bu da dölә tәsir göstәrir.
Hamilәlik zamanı rezus-münaqişәnin tәһlükәsini azaltmaq üçün rezus-mәnfi qadınlar ilk һamilәliyi kәsmәkdәn çəkinmәlidirlәr. Әgәr qadının һәr һansı sәbәbdən һamilә olmağa könlü yoxdursa, onda uşaqlıq-daxili kontraseptiv vasitzlәrdәn istifadə etmәk mәslәһәt görulür. Rezus-mәnfi qadınlarda rezus-müsbәt uşaq doğulan һallarda gәlәcәk һamilәliyi qorumaq üçün rezus-münaqişәyә qarşı profilaktika keçirilir. Bunup üçün doğuşdan sonra qadına xususi zülal prepa-aratı vurulur.
Hәr bir һamilә qadın məslәһәtxanada müayinә olunarkәn onun rezus-mәnsubiyyәti, әgər rezus-mənfidirsә, onda onun әrinin rezus mensubiyyәti yoxlanılır һamilә qadının qanında rezusa qarşı antitellәrin müәyyәn edilmәsi dә böyük әһәmiyyәt daşıyır. Belә һallarda һamilә qadınlara doğum evlәrinin doğuşa qәdәr şöbәlәrindә bir neçә dәfә müalicә aparılır, bәzәn isә uşağı xilas etmək üçün vaxtından əvvәl doğuş keçirilir.
Respublikamızın bir çox şәһәrlәrindә xüsusi doğum evlәri yaradılmışdır ki, buraya rezus-münaqişәli qadınlar daxil olurlar. Bu, qadınlara ixtisaslı yardım göstәrmәyә, gәlәcәk һamilәlik zamanı rezus-uyğunsuzluğun qarşısını almağa, uşaqların sonrakı inkişafına nәzarәt etmәyә şәrait yaradır.
Bütün dünyanın- alimlәri һamilәlik zamanı gәlәcәk uşağın sağlamlığı naminә rezus-uyğunsuzluğu tәdqiq edirlәr. Lakin bu problemin һәll edilmәsinin
Müvəffәqiyyәti qadınların özlәrindәn asılıdır qanı rezus-mәnfi olan qadınlar ilk һamilәliyi kəsmәmәlidirlәr.


Məlumatlar http://gelecek-analara.iatp.az saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qadın orqanizminə hamiləliyin təsiri
Qadın orqanizmi hamiləliyə...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 217   
article Valideynlərin sağlamlığının uşağa təsiri
Uşağın anadan olması,...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 144   
article Hamilə qadının davranışı
Hamiləliyin başlanması bir...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 244