Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Elm, tədris və Kariyera .: Elmlər .: Botanika .: Kök

Kök

KÖK SISTEMI VƏ KÖKÜN NÖVLƏRI
Bütün ot, KOI və ağac bitkiləri kök siəteminə malikdir. KÖK, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt KÖK, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Bitkinin bütün kökIəri onun kök sistemini təşkil edir. Quruluşuna və inkişaf xüsusiyyətlərinə görə iki cür kök sistemi müəyyən edilir: mil kök sistemi və saçaqlı kök sistemi. Mil kök əsas kökdən, yəni rüşeym kökcüyündən inkişaf edir. Əsas kök milə oxşayır. Buna görə də əsas kökü yaxşı inkişaf etmiş bitkilərin kök sisteminə mil köklər deyılır ( 15 ).
Mil kök sistemində əsas kök yaxşı inkişaf etməkIə sürətlə böyüyür, torpağın dərinliyinə doğru uzanır. Özündən yanlara çoxlu şaxələr verərək, geniş kök şəbəkəsi yaradır. Əsas kökdən yanlara inkişaf edən köklər yan köklər adlanır. Onlar da, öz növbəsində, xırda, nazik kökcüklərə şaxələnir. Beləlikləə, torpağın hər tərəfinə yayılan çoxlu nazik köklər əmələ gəlir. Üzüm bitkisinin (tənəyin) əsas kökü torpağın dərin qatlarına gedərək, oradaki rütubətdən istifadə edir, bərk süxur və nazik daşlarla qarşılaşdıqda isə, xüsusi turşu ifraz edir. 0, bərk süxuru dağıdır, daşı deşir, torpağm dərinliyinə gedir. Köklər şaxələnərək əsas kökdən bir neçə metr yanlara uzanan yan kökləri əmələ gətirir. Üzüm bitkisinin bu xüsusiyyətindən iətifadə olunaraq, respublikanın bəzi rayonlarında dəmyə şəraitində üzümçülüyü iıikişaf etdirmək mümkün olmuşdur.
Azərbaycanın düzən rayonlarında yayılmış dəvətikanı adlanan ot bitkisinin mil kökü hətta 15-20 m-ə qədər, pambığın kökü 1,5-2 m, qarayoncanın kökü 3,5 m, xiyarın kökü isə 0,4-0,6 m-ə qədər torpağın dərinliyinə keçir. Xüsusilə ağacların kökü daha yaxşı inkişaf edir. Məsələn, yaşlı alma ağacının kökü bitkinin gövdəsindən 15 m-ə qədər yanlara yayılır və 3-4 m dərinliyə gedir.
Kök uc hissəsi ilə böyüyür. Əgər kökün ucunu qırsaq, onun uzununa böyüməsi dayanar. Bu zaman yan və əlavə köklər daha yaxşı inkişaf edər və torpağın ən münbit olan yuxarı qatında yayılar. Buna görə də şitillər əkilən zaman onların uclarını vurmaq lazımdır.
Mil kök sistemi, adətən, toxumdan təzə çıxmış cavan İkiləpəli bitkilərdə yaxşı görünür. İkiləpəli bitkilərin çoxu mil kök sisteminə malikdir. Əvəlikdə, lobyada, günəbaxan, yerkökü və yoncada iıikişaf etmiş əsas kök yaxşı nəzərə çarpır.
Saçaqlı kök sistemi daha çox birləpəli bitkilərdə — taxılların hamısında, soğan, sarımsaq və dağ laləsində olur. Bu bitkilərdə əsas kök çox böyümür və gövdənin torpaqda olan hissəsindən topa ilə çıxan çoxlu əlavə köklər arasında nəzərə çarpır
Deməli, əgər kök rüşeym kökcüyündən inkişaf edirsə, bu əsas kökdür. Gövdədən çıxırsa, bu əlava kökdür. Əgər kök əsas və əlavə köklərdən inkişaf edirsə, bu yan köklərdir. Əlavə köklər gövdənin yerüstü hissəsində, hətta yarpaqlarda da əmələ gələ bilər.
Nar, üzüm, qızılgül, çinar, söyüd və qarağatın budaqlarını suya qoysaq və ya rütubətli torpağa basdırsaq, onlarda əlavə köklər əmələ gəlir. Buna görə də bu bitkilər, əsasən, çilik vasitəsilə çoxaldılır. Kələm, pomidor, xiyar, qarğıdalı bitkilərinin diblərini torpaqla doldurduqda gövdələrin torpaq altında qalan hissəsindən əlavə köklər əmələ gələcəkdir. Bu da bitkilərin yaxşı qidalanmasına və məhsuldarlığın artmasına səbəb olur.
Bitkilərin həyatında torpağın böyük əhəmiyyəti vardır. Cücərtilərdə kökİər inkişaf etdikcə onlar torpağın dərinliyinə doğru uzanır, yan tərəflərə şaxələnib torpağın müəyyən qatını tor kimi tutur, bitkini qida maddələri ilə təmin edir. Bəs torpaq nədir və onda nə kimi qida ınaddələri vardır? Yerin bitkilərlə örtülü olan münbit üst qatı torpaq adlanır.
Bitki örtüyü olan sahəni təxminən bir metr dərinlikdə qazsaq və onun divarlarını kəssək, bu kəsikdə torpağın qatlarla yerləşdiyini görərik ( 16 ).
Ən üst qatın rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin kökİərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdla-nna, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir. Bu qahqlar mikroorqanizmlərin təsirilə parçalanaraq çürüntü təşkil edən maddələri əmələ gətirir. Həmin çürüntü kökİərlə birlikdə torpağın rəngini tündləşdirir. Alt qatlarda çürüntü və bitkilərin kökİəri nisbətən azalır. Ona görə də alt qatlarda torpağın rəngi üst qatdan açıq olur. Torpağın alt qatlarında, adətən, qum, gil və daşlar olur. Hər bir torpaqda çürüntü vardır, bununla da o, dağ süxuru, qum və ya gildən fərqlənir.
Tərkibində çürüntü çox olan torpaqlarm rəngi qara olur. Belə torpaqlar qaratorpaq adlanır. Qaratorpaq rütubəti yaxşı saxlayır, tər Kök 25
kibində qida maddələri çox olur. Çürüntü maddələri ilə zəngin olan torpaq münbit sayılır. Münbit torpaqlardan həmişə yüksək və sabit məhsul əldə edilir.
Torpaq tərkibinə görə mürəkkəbdir. Bunu aşağıdakı təcrübələrlə sübut etmək olar. Əgər bir parça qaratorpağı alovda közərtsək, onun tərkibində olan bitki qalıqları, çürüntülər yanacaq, yerdə torpağın bir qədər açıq rəngli külü qalacaqdır. Deməli, torpağın qara olması onun tərkibindəki çürüntünün miqdarından asılıdır.
Təcrübəni davam etdirək. Közərdilmiş torpağın bir hissəsini stəkana töküb, üzərinə su əlavə edək. Bu suyun rəngi bulanacaqdır. Bulanmış suyu başqa stəkana süzüb kənara qoyaq. Əvvəlki stəkanın dibindəki çöküntünü bir neçə dəfə yusaq, onun dibində təmiz qum qaldığını görərik. Bulanıq su tökülmüş stəkanı bir neçə saatdan sonra nəzərdən keçirsək, suyun durulduğunu və gilin stəkanın dibinə çökdüyünü müşahidə edərik. Deməli, torpağın tərkibində çürüntüdən başqa qum və gil də vardır. Suyu bulandıran da gildir.
İndi yenə közərdilmiş torpağın qalan hissəsini stəkana töküb üzərinə su əlavə edək və su durulana qədər gözləyək. Durulmuş suyu başqa təmiz bankaya boşaldıb süzgəc kağızından süzək. Alınmış suyu çini qaba töküb buxarlandıraq. Su buxarlanıb qurtardıqdan sonra qabın dibində ağ rəngdə ərp qalacaqdır. Bu, torpaq suyunda həllolmuş və süzgəc kağızından süzülən duzlardır. Torpaqda həmçinin su və hava da vardır. Suyun olmasını əl ilə hiss etmək olar. Əgər suya bir parça quru torpaq atsaq, ondan hava qabarcıqları çıxmağa başlayacaqdır. Bu da torpağın içərisindəki havadır. Deməli, torpağın tərkibində çürüntü, qum, gil, mineral duzlar, su və hava vardır. Onların miqdarı ayrı-ayrı torpaqlarda müxtəlifdir.
Çürüntü çox olan torpaqlar münbit torpaqlardır'. Qum çox olan torpaqlar qumlu, qumsal, gil çox olan torpaqlar isə gilli torpaqlar adlanır.
Torpağın tərkibində su çox olduqda bataqlığa çevrilir, mineral duzlar çox olduqda şoranlaşır, əkin üçün yararsız olur. Respublikamızın bəzi düzənlik rayonlarında torpağın tərkibində xörək duzu və başqa dıızlar da həddindən çoxdur. Həmmin duzlar nıədəni bitkilər tərəfindən ınənimsənilir və bitkiyə mənfi təsir göstərir. Belə sahələr əkin üçün yararsızdır.
Şoran torpaqları yararlı hala salmaq üçün geniş meliorasiya işləri görülür. Bu məqsədlə şoranlaşmış torpaqlarda dərin kanallar çəklir, torpaqdakı artıq duzlar yuyularaq həmin kanallar vasitəsilə axıdılır.
Münbit torpaq qatı uzun illər ərzində ona, müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlir. Ona görə də torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Belə ki, meşələrin qırılması, çəmənlikİərin düzgün istifadə edilməməsi torpağın aşınmasma, yəni onun münbit qatının su və külək vasitəsilə yuyulub aparılmasına səbəb olur.
Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda törpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır.
Əsrlər və min illər ərzində yaranan torpaq bizim təbii sərvətimizdir, insanın ərzaq məhsullarının, heyvan qidasının, sənaye üçün alınan xammalın əsas mənbəyidir. Torpağı qorumaq və onun məhsuldarlığını artırmaq hamının borcudur.
 
KÖKÜN ZONALARI 
Bitkinin toxumu cücərdikdə əvvəlcə onda toxumdakı rüşeym kökcüyünün inkişafı nəticəsində kök əmələ gəlir. Bu kökcük bitkinin başqa orqanları kimi hüceyrəvi quruluşa malikdir. Rüşeym kökcüyünün hüceyrələri toxumun suda həll olmuş qida maddələrini soraraq bölünür və böyüyür. Beləlikİə dəkökcük böyüyür və tədricən iri kökə çevrilir.
Noxud, lobya və buğdanın cavan kökİərini işığa tutub diqqətlə baxsaq, onlarn uc hissələrinin bir qədər tünd rəngdə olmasını müşahidə edərik. Lobyanın cavan kökünü uzununa bölüb onun nazik kə siyinə mikroskopla baxsaq, kökün hissələrini aydın görərik.
Kökün bir qədər tünd rəngdə görünən zərif ucu üsküyəbənzər sıx hüceyrə qatı ilə örtülmüşdür. Həmin örtüyə kök üsküyü deyilir.
0, kökün ucunu zədələnməkdən qoruyur ( 17 )
KÖK böyüyüb torpağın dərinliyinə getdikcə daş, qum və torpaq dənəcikİəri ilə rastlaşır. Bu zaman kök üsküyünün hüceyrələri sərt torpaq hissəcikİərinə sürtüldükcə sovulub, dağılır. Onları kökün ucunda arasıkəsilmədən əmələ gələn yeni hüceyrə qatları əvəz edir. Beləlikİə, kök üsküyü kökün zərif ucunu dağılmaqdan qoru-yur. KÖK üsküyündən yuxarıda zərif qılaflı sıx yerləşmiş kiçik hüceyrələr vardır. Bu sahə törədici toxumanı təşkil edən bölünmə zonasıdır. Törədici toxumanın, yəni bölünmə zonasının üst hissəsində kökün böyümə zonası yerləşir. Böyümə zonasındakı hüceyrələr uzanır və nəticədə kök uzununa böyüyür. Kökün böyüyən uc hissəsindən yuxarıda sorucu zona adlanan hissə yerləşir. Sorucu zonada çoxlu əmici tellər olur. Onlar kökün səthindən yanlara uzanan hüceyrələrdir. Hər əmici tel kökün xarici hüceyrələrinin uzun çıxıntısıdır. Başqa hüceyrələr kimi əmici telin hüceyrəsi də qılafdan, sitoplazma, nüvə və vakuoldan ibarətdir. Əmici tellər mikroskopla aydın
( 18 ) görünür . Bəzi bitkilərin kökİərində əmici telləri adi gözlə də görmək mümkündür. Onların uzunluğu 10 mm-dən çox olmur, 10-15 gün yaşayır, sonra tələf olur. Əvəzində kökün səthində yerləşən hüceyrələrdən yeniləri əmələ gəlir. Əmici tellər kökün sorucu hissəsində çox sıx yerləşir. Məsələn, qarğıdalı kökünün 18 mm2 sahəsində 700-ə qədər əmici tel olur. Əmici tellər nə qədər çox olsa, bitki o qədər yaxşı qidalanar. Ona görə də bitkilərin şitillərini tarlaya, tingləri isə bağa köçürən zaman ehtiyatlı olmaq la-zımdır ki, əmici tellər zədələnməsin.
Kökün sorucu zonasından yuxarıda onun ötürücü zonası yerləşir. Ötürücü zonada əmici tellər olmur.
Torpaqda olan su və suda həllolmuş mineral maddələr əmici tellər vasitəsilə sorulub kökün ötürücü zonasına verılır. Oturücu zona torpaqdan alınan suyu və suda həllolmuş mineral maddələri bitkinin gövdəsi ilə yarpaqlara çatdırır. Deməli, kök aşağıdakı hissələrdən ibarətdir.
>>>1. KÖK üsküyü - kökün ucunu üskük şəklində örtür, onun ucunu zədələnməkdən qoruyur.
>>>2. Bölünmə zonası -kök üsküyündən yuxarıda yerləşir,kökün
böyüməsini təmin edir.Kök üsküyünün dağılmış qatlarını yeni
hüceyrə qatları ilə əvəz edir.
>>>3. Böyümə zonası —kök bu hüceyrələrin böyüməsi hesabına
boy atır.
>>>4. Sorucu zona - əmici tellər olan sahədir. Bitkini torpaqdan alınan su və suda həllolmuş mineral duzlarla təmin edir.
>>>5. Ötürücü zona - əmici tellərlə sorulmuş suyu və suda həllolmuş mineral maddələri ötürücü borular vasitəsilə gövdəyə ötürür.
Beləlikİə, kökün hər bir zonasının hüceyrələri eyni quruluşda olub, eyni funksiyanı yerinə yetirir. 
KÖKÜN TOXUMALARI 
Bitkilər müxtəlif hüceyrələrdən ibarətdir. Bu hüceyrələr bitkilərdə nizamsız sürətdə yerləşmir. Onlar qruplar halında yerləşərək, xüsusi funksiyanı yerinə yetirir. Həmin hüceyrə qrupları toxumanı təşkil edir. Quruluşu eyni olan və eyni funksiyanı yerinə yetirən hüceyrələr qrupuna toxuma deyilir.
Yerinə yetirdikİəri funksiyalardan asılı olaraq bitkilərdə aşağıdakı toxumaları fərqləndirmək olar: törədici toxuma, örtücü toxuma, ötürücü toxuma, mexaniki toxuma, ifrazat toxuması və əsas toxuma.
Törədici toxuma və ya meristema bitkinin boy atan hissələrində, məsələn, kökün ucunda yerləşir. Bu toxumanın hüceyrələri həmişə cavan olur, çünki bitki bütün ömrü boyu hüceyrələrə bölünür və yeni hüceyrələr əmələ gətirir. Deməli, törədici toxumanın əsas funksiyası hüceyrələrin fəal surətdə bölünməsidir. Bölünən hüceyrələrin bir hissəsindən bitki orqanizmini təşkil edən daimi toxumalar yaranır. Qalan hüceyrələr isə meristema (yunan sözü olan "meristos" -bölünən deməkdir) vəziyyətində qalır və inisial hüceyrələr adlanır. Bu hüceyrələr xırda, çoxbucaqlı formada olub bir-birinə sıx söy-kənmişdir. Onlarda hüceyrəarası məsamələr yoxdur, nüvə böyükdür, hüceyrə sitoplazma ilə tam doludur.
Bitkinin bütün orqanları, o cümlədən, kökləri xaricdən örtücü toxuma ilə əhatə olunmuşdur. Örtücü toxumalar xarici mühitlə - torpaq və hava ilə bitki arasında əlaqə yaradır. Örtücü toxuma bitkini xarici mühitin əlverişsiz şəraitindən qoruyur.Kökün
ötürücü toxumalarına kök borucuqları daxildir. Kök borucuqları vasitəsilə torpaqdan udulan su və suda həllolmuş qida maddələri gövdə vasitəsilə yarpaqlara qalxır.Kökün ötürücü toxumaları vasitəsilə həmçinin yarpaqlarda və gövdələrdə əmələ gəlmiş üzvi maddələr də kökİərə ötürülür.
Mexaniki toxuma — bitkidə dayaq funksiyasını yerinə yetirir. Mexaniki toxuma hüceyrələrinin divarı çox qalınlaşmışdır. Bu da həmin toxumalara möhkəmlik verir. Mexaniki toxumaların çoxu ölü hüceyrələrdən ibarət olur. Onlar dayaq və ya "skelet" rolunu oynayır. Buna görə də bunları çox zaman skelet toxumaları adlandırırlar. Mexaniki toxumalar ağaclarda yaxşı inkişaf etmişdir.
Bitkinin həyat fəaliyyəti zamanı onun bəzi hüceyrələrindən müxtəlif maddələr xaric olunur. Bu maddələr xüsusi hüceyrələrdə və toxumalarda toplanır. Həmin maddələrin toplandığı toxumalar ifrazat toxumaları adlanır. İfrazat toxumalarına xüsusi funksiyalı vəzi tükcüklərini, efir yağları ifraz edən kanalları göstərmək olar.
Əsas toxumanın və ya parenximanın çox hissəsi canlı hüceyrələrdən ibarətdir. Parenxima kökün, gövdənin və digər orqanların əsas hissəsini təşkill edir. Digər toxumalar isə əsas toxumanın arasında yerləşir. Kök və gövdənin qabıq hissəsi gövdənin özəyi, meyvəköklər, şirəli meyvələrin lətli hissəsi əsas toxumadan ibarətdir.
SUYUN VƏ MINERAL MADDƏLƏRIN UDULMASI. KÖKLƏRIN TƏNƏFFÜSÜ
Bitki, əsasən, kök vasitəsilə qidalanır. Kökün sorucu zonasındakı əmici tellər suyu və suda həllolmuş mineral duzları torpaqdan sorur və kökün ötürücü zonasına verir. Su və suda həllolmuş mineral nıaddələr kökün yaratdığı təzyiq altında ötürücü toxuma vasitəsilə gövdəyə qalxır. Bu təzyiq kök təzyiqi adlanır ( 19 ) .
 Əgər gövdəsi kəsilmiş bitkinin kökcüyünə 3 sm uzunluğunda rezin boru taxıb, içərisinə azca su töksək və onun yuxarı ucuna 20-25 sm uzunluğunda (şəkildə təsvir edildiyi kimi) əyilmiş şüşə boru taxsaq, bir müddətdən sonra şüşə borudakı su yuxarı qalxacaq və xaricə töküləcək. Buna səbəb kök təzyiqidir. Bitkilərin yaxşı qidalanması üçün əsas şərtlərdən biri torpağın əkinə hazırlanmasıdır. Bu, torpağın yumşaldılması deməkdir. Yəni torpağı yaxşı şumlayıb daşdan,kəsəkdən və başqa qalıqlardan təmizləmək lazımdır. Yumşaq torpaqda bitkinin kök sistemi yaxşı iıikişaf edir, qidalanma sahəsi geniş olur. Bunlardan əlavə, yumşaq torpaqlar rütubəti yaxşı saxlayır, havanın torpağa daxil olmasma imkan verir. Bu da köklərin tənəffüsü üçün əlverişlidir. Köklər tənəffüs prosesində oksigeni udur, karbon qazını buraxır. Buna görə də bitkiləri yetişdirərkən onun dibini tez-tez yumşaltmaq lazımdır ki, torpağa hava daxil olsun. Torpaq bərk olarsa, onun daxilində hava pis cərəyan edər, bitkinin kök sistemi tənəffüs etmədiyi üçün zəifləyər, nəticədə tələf olar. Bataqlıq, su dayanan və həddindən artıq suvarılan sahələrdə bitki zəif inıdşaf edir. Bu ona görədir ki, su, torpağın bütün məsamələrini doldurub havanı oradan çıxarır. Bitkinin kökİəri tənəffüs etmir, nəticədə bitki zəif olur, inkişaf etmir.
Bitkilərin torpaqdan qidalanmasmda suyun da əhəmiyyəti böyükdür. Torpağı yalnız yumşaltmaq və gübrələməklə yüksək məhsul əldə etmək mümkün deyil. Yumşaq və gübrələnmiş torpaqda KIfayət qədər rütubət olmalıdır. Rütubət çatışmadıqda torpaq bərkiyir, yararsız hala düşür.
KÖK, qida maddələrini suda həllolmuş halda udur. Susuz torpaqlarda isə bitkinin qidalanması dayanır və o, tələf olur. Buna görə də becərilən bitkilərdən aəılı olaraq əkin tarlalarını, bağları, tərəvəz sahələrini vaxtaşırı suvarmaq lazımdır. Adətən, bitkilər təbii halda yağmurun hesabına böyüyüb inkişaf edir. Lakin yağmur hər yerə bərabər düşmür. Bu da çox su tələb edən bitkilərin məhsuldarlığına pis təsir göstərir.
Respublikamızın düzən və dağətəyi zonasında becərilən pambıq, üzüm, meyvə və tərəvəz bitkilərinin məhsuldarlığı suvarmadan asılıdır.
Su və mineral maddələr torpaqdan əmici tellər vasitəsilə udulur. Kökün sorucu zonasındakı əmici tellər olan hüceyrə qatının altında qabıq hüceyrələri yerləşir. Bunu kökün sorucu zonasının eninə kəsiyini
mikroskop altında müşahidə etdikdə gormək olar ( 20 ) .
Qabıq hüceyrələrinin forması və ölçüsü nıüxtəlifdir. Kəsiyin mərkəzi hissəsində girdə deşiklər görünür. Bunlar qalın qılaflı, eninə kəsilmiş, uzun, boş
hüceyrələrdən ibarət borucuqlardır. Borucuqlar kök boyunca onun mərkəzi hissəsi ilə gövdəyə qədər davam edir. Bu borucuqlarla, əmici tellər vasitəsilə udulmuş su ilə birlikdə mineral maddələr hərəkət edir.
Hə i borucuqlar kökün uzunu boyu bir-birinin üzərində yerləşmiş bir ney hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin canlı tərkib hissələri dağılmış və yalnız qılafları qalmışdır. Belə hüceyrələrin arasındaçü
olan eninə arakəsmələr dağılır, uzununa yerləşmiş qılafları isə odunlaşır və borucuqlara çevrilir.
Su məhlulu əmici tellərdən kökün qabıq hüceyrələrinə sızıb keçir və hüceyrədən-hüceyrəyə keçərək borucuqlara çatır. Kökün borucuqları ilə gövdəyə, gövdənin borucuqları ilə bitkinin yarpaqlarına
qalxır.
Müxtəlif bitkilərdə borucuqlar müxtəlif ölçüdə olur. Ən iri borucuqlar boranı bitkisinin kökİərində olur, onları lupa ilə, hətta gözlə aydın görınək olar. 
GÜBRƏLƏR
Bitkilərin yaxşı böyüyüb inkişaf etməsi üçün mineral və üzvi maddələrin böyük əhəmiyyəti vardır. Çox hallarda torpaqda olan mineral duzlar bitkilər üçün azlıq edir. Bu zaman torpağa tərkibində mineral üzvi maddələr olan gübrələr verirlər. Torpağa verilən gübrələr iki cür olur: üzvi və mineral giibrələr. Üzvi gübrələrə peyin, torf, quş zılı, meyvə və bitki qalıqlarının çürüntüləri daxildir. Bunlara çox hallarda yerli gübrələr də deyilir. Üzvi gübrələrdən ən çox istifadə olunanı peyindir. Onun tərkibində bitkilərə lazım olan azot, fosfor və Kalium duzları vardır. Peyin torpağı azot, fosfor və Kalium kimi maddələr ilə zənginləşdirməklə yanaşı onun quruluşunu da yaxşılaşdırır. Peyinin tərkibində olan üzvi maddələr torpaq hissəciklərini bir-birinə yapışdıraraq onu dənəvərləşdirir. Belə dənəvər quruluşlu torpaq rütubəti yaxşı saxlayır, yumşaq olur və havanı yaxşı keçirir. Beləliklə, bitkilərin qidalanması və köklərin tənəffüsü üçün əlverişli şərait yaranır. Bitkı peyindən tədricən istifadə edir. Peyin çürüdükdən sonra bitki onun tərkibində olan mineral duzları mənimsəyir. Deməli, peyin gec, lıəm də uzun
müddət təsir göstərən gübrədir. Ona görə də peyin və torf kimi gübrələri payızda torpaq
şumlanan zaman vermək daha səmərəlidir. Onlar torpaqda tədricən çürüyür və sonraki illərdə də öz təsirini göstərir. Becərilən bitkidən və torpaqdan asılı olaraq bir hektara 40-60 t və daha çox peyin verilir. Quş zılı azot duzları ilə daha zəngin olub, qüvvətli gübrə hesab olunur.
olunur.Əkin sahələrinin gübrələnməsində üzvi gübrələrdən başqa azot, fosfor və kalium kimi mineral gübrələrindən də geniş istifadə olunur. Azotlu gübrələrdən ən çox ammonium-nitrat, fosforlu gübrəl ərdən - superfosfat, Kaliumlu gübrələrdən isə kalium-xlorid işlədilir.
Mineral gübrələr üzvi gübrələrə nisbətən bitkilərə daha tez təsir göstərir. Onlar suda tez həll olur. Buna görə də mineral gübrələri torpağa səpin qabağı, səpin dövründə və bitkilərin böyüyüb inkişaf etdiyi dövrlərdə, azot və kalium gübrələri isə yaz-yay dövründə verilir.
Mineral gübrələr torpağa toz şəklində və ya xırda dənəvər halda verilir. Dənəvər gübrə səpinlə birlikdə verildikdə nəticəsi daha səmərəli olur. Fosforlu gübrələr nisbətən gec həll olunduğu üçün onu torpağa, əsasən, payız dövründə verirlər, çünki dənəvər halda olan gübrə tədr
icən həll olur və bitkini uzun müddət qida maddələri ilə təmin edir. Bitkilərin inkişaf
dövründə onların müxtəlif gübrələrə olan tələbatı artır. Pomidorun gövdəsi və yarpaqları böyüdüyü dövrdə azotlu gübrələr daha çox tələb olunur. Çiçəkaçma və meyvə əmələgətirmə
dövründə fosforlu gübrələrə tələbat artır. Yerkökü, kartof bitkilərində meyvəköklərin və kartof yumrularının böyüdüyü dövrdə kalium dıızlarına olan tələbat çoxalır. Bitkilərin bu xüsusiyyətini nəzərə alaraq onlara, böyüyüb inkişaf etdikləri dövrdə də lazımi gübrələr verirlər. Bitkilərə böyümə dövründə gübrə verilməsinə əlavə gübrələmə və ya yemləmə deyilir. Əlavə yemləmədə gübrələr bitkiyə suda həllolunmuş şəkildə və ya quru halda verilir. Gübrələrdən necə gəldi istifadə etnıək olmaz. Sahələr gübrələnərkən torpağın tərkibi və orada əkiləCƏK bitkilərin tələbatı nəzərə alınmalıdır. Mineral gübrələrin normadan artıq verilməsi məhsulun keyfiyyətini azaldır. Onların tərkibində azot və digər maddələrin həddindən artıq toplanmasına səbəb olur. Bunun nəticəsində də həmin məhsullardan istifadə edən adamların zəhərlənməsi və bir çox xəstəliklərə tutulması halları baş verir Məhsullar tez xarab olur.
Ocaq də mineral gübrədir. Sahələrə peyin verərkən təcrübə li əkinçilər ona kül də qatırlar. Kül kalium və qismən fosfor duzları ilə zəngindir.
Əkin sahələrinin gübrələnməsində üzvi və mineral gübrələri qarışdırıb vermək daha yaxşı nəticə verir.
Kənd təsərrüfatının gübrəyə olan tələbatının ödənilməsi üçün gübrə istehsalı sənaye bazasında inkişaf etdirilir. Respublikamızda gübrələr istehsal edən müəssisələr tikilib istifadəyə verilmişdir. Onlardan biri respublikamızın Sumqayıt şəhərində fəaliyyət göstərən su perfosfat zavodudur. Həmin zavod nəinki bizim öİkəmizi, eləcə də digər ölkələri fosfor gübrəsi ilə təmin edir. 
KÖKLƏRIN ŞƏKILDƏYIŞMƏSI
Bəzi bitkilərdə əlavə vəzifələr yerinə yetirməklə əlaqədar köklərin quruluşu dəyişilir. Şəklini dəyişmiş köklərə ehtiyat qida maddələri toplayan köklər, hava kökləri, yeriyən köklər, tənəffüs kökləri, sorucu köklər və s. aiddir. Ehtiyat qida maddələri toplayan köklər meyvə köklərə (çuğundur, yerkökü, turp, şalğam) vəkök yumrularına (georgin, batat, jenşen) ayrılır.Köklərin şəkildəyişməsinə bir çox ikiillik və çoxillik bitkilərin köklərində təsadüf edilir. Bəzi ikiillik
və çoxillik bitkilərin köklərində ehtiyat qida maddələri toplanır. Köklərin ehtiyat qida maddələri toplanan hissələri şəklini dəyişir, yoğunlaşır və ya yumrular əmələ gətirir. Belə şəklini dəyişmiş şirəli köklər meyvəköklər adlanır. Məsələn, yerkökü, şəkərçuğunduru, turp və şalğamda üzvi qida maddələri meyvəköklərdə toplanır. Meyvəköklərin əmələ gəlməsində əsas kök və gövdənin aşağı hissəsi iştirak edir.
Yerkökü, çuğundur, turp, şalğamın şəklidəyişmiş kökləri qiy-mətli qida maddələri ilə zəngindir. Onlar insanlar tərəfindən yeyilir. Həmin bitkilər kökümeyvəlilər adlanır. Kökümeyvəli bitkilərin əksəriyyəti ikiillik bitkilərdir. Şəklidəyişmiş köklər bitkilərin qışlaması və sonraki illərdə inkişafı üçün çox əhəmiyyətlidir. İnkişafının birinci ilində yalnız, KÖK gövdə və yarpaq əmələ gəlir. Payıza qədər bu bitkilərin hər birinin əsas kökü və gövdəsinin aşağı hissələri yoğunlaşır, ehtiyat qida maddələri ilə dolur və müxtəlif şəkil alır. Bitki, inkişafının ikinci ilində şəklini dəyişmiş kökdə toplanan ehtiyat qida maddələrinin hesabna inkişaf
 


Məlumatlar http://botanika.iatp.az saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?