Antarktidada bir çox canlının yaşaya bilmədiyi buz kimi dəniz suyundakı bir balıq növü, sonsuz rəhmət və mərhəmət sahibi Yaradanımızın genlərinə yerləşdirdiyi bir proqram sayəsində donmadan yaşaya bilir.
Bu Antarktida balıqlarının qanındakı AFGP (Antarctic Fish Gliko-Protein) proteini bir növ təbii antifriz rolunu oynayaraq balığın buzlu sularda donmadan yaşamasına imkan meydana gətirir. Xüsusi proqramlanmış bu genlər yenə xüsusi proteinler istehsal edir ki, bu proteinlər buz kristallarına bağlanırlar və balığın vücudunda buz kristallarının çoxalaraq bir yerə toplanmalarına mane olurlar. AFGP adı verilən bu proteini kodlayan genlərdən üçünün, balığın həzm sistemindəki bir fermenti kodlayan genlərə bənzərliyi diqqət çəkir.
Tədqiqatçılar AFGP gliko-proteinini kodlayan 4-cü və 5-ci genləri də Notothenioidei alt sinifinə mənsub bir Antarktik balığında kəşf etmişlər. 5-ci gen mədəaltı vəzidə yaranan və bağırsaqda parçalanan bir proteini kodlayır. AFGP geninin, buz kristalları ilə birləşməsini təmin edən, proteni kodlayan hissəsində üçlü amin turşusundan ibarət olan təkrar ardıcılları olduğu məlum olmuşdur.
AFGP proteinini kodlayan genin tam tərifini vermək üçün tədqiqatçılar, çalışmalarını davam etdirirlər. Bəlkə də müəyyən müddətdən sonra, donmanın qarşısını alan genin tam bilinməsi ilə, bu genin kodladığı proteini də ucuz və bol miqdarda əldə edə bilsək, soyuqda donmamaq üçün qanımıza inyeksiya edilən bir miqdar xüsusi antifriz proteini ilə bir çox həyatı xilas etmək mümkün olacaq. Lakin bu genin tamamilə insan genomu içinə daxil edilmə ehtimalı çox uzaq görünür. Çünki, vücudumuzun bir bütünlüyü olduğu, hər şeyin hər şeylə əlaqəli olduğunu düşündükdə, donmağa qarşı qanımızın quruluşunu kökündən dəyişdirəcək bir proqramın başqa bir çox zərərli təsirləri ola bilər. Bununla birlikdə, kainatdakı hər şeyi yerli yerində yaradan Qüdrəti Sonsuzun, bu balıqlar vasitəsilə bizlərə yeni-yeni elmi kəşflərin qapısını açacağını ümid edirik.
ƏDƏBİYYYAT
-New Scientific, 2 October 1999.
Məlumatlar http://akademiya.net saytından.