KƏLLƏSİZLƏR YARIMTİPİ
Kəlləsizlərə başıxordalılar adlı bir sinif daxildir. Sinfin nümayəndələri dəniz dayazlıqlarında qum içərisində yaşayır. Bunların bədəni yanlardan yastılaşıb, ağzı bığcıqlarla əhatə olunub. Xorda bütün bədən boyu uzanır, hətta sinir borusundan qabağa çıxır. Ona görə də bunlara başıxordalılar deyilir. Nümayəndəsi neştərçədir.
NEŞTƏRÇƏ
Həyat tərzi. Neştərçə mötədil və tropik qurşaqda olan dənizlərin bir çoxunun, o cümlədən qara dənizin qumlu dayaz yerlərində yaşayır. O, qum içərisində olur, lakin başını və bədəninin qəlsəmə yarıqları olan ön hissəsini qumdan kənarda saxlayır.
Xarici görünüşü. Neştərçənin bədəni uzunsov olub, 8 sm-ə çatır. Onun yanlardan basıq və yarımşəffaf bədəninin hər iki ucu sivridir. Bədənini xüsusi pərdə əhatə edir.
Bel üzgəci, quyruq üzgəci və quyruqaltı üzgəc bu pərdədən əmələ gəlir. Quyruq üzgəci neştərə oxşadığı üçün bu heyvana neştərçə adı verilmişdir. Onun bədəninin yanları ilə bir cüt dəri qatı uzanır. Bu qatlar bədənin gerisində bir-birilə və quyruqaltı üzgəclə birləşir. Udlaq hissəsinin yanlarında, dəri altında qəlsəməətrafı boşluq əmələ gəlir. Bu boşluğun sonu xüsusi dəlikİə xaricə açılır. Həmin dəlik atrial dəlik və ya at-riopor adlanır. Qəlsəməətrafı boşluğun əmələ gəlməsi qəlsəmələrə yad cisimcikİərin keçməsinin qarşısını alır. Bu, quma girən heyvan üçün vacibdir. Atriopordan geridə anal dəlik yerləşir. Neştərçənin qıfşəkilli ağzını dəri çıxıntıları əhatə edir.
Dəri örtüyü. Sonrakı xordalılarda ol-duğu kimi neştərçənin dərisi üstdə olan
epidermis və altda yerləşən kutis (əsil dəri) qatlarından ibarətdir. Dərinin epidermis qatı onurğasızlarda olduğu kimi təkqatlıdır (onurğalılarda epidermis çoxqatlı olur), kutis qatı həlməşikİi toxumadan əmələ gəlmişdir.
Daxili quruluşu. Neştərçənin daxili quruluşu sadədir. Onun kəlləsi yoxdur. Xordası, əzələləri, həzm, tənffüs, qan-damar, sinir sistemləri və hiss orqanları var.
Xorda. Xorda bütün bədən boyu uzanır, elastikİidir. Xorda entoderma mənşəlidir. Xorda bir-birilə birləşmiş xüsusi hüceyrələrdən əmələ gəlmişdir. O, daxili skelet rolunu oynayır, yəni orqanlar üçün istinad vəzifəsini yerinə yetirir. Onun elastikİiyi neştərçənin hərəkətini, o cümlədən quma girməsini asanlaşdırır. Xordanı birləşdirici toxuma qatı əhatə edir. Əzələləri. Neştərçənin iki lentşəkilli əzələsi var. Bunlar xordanın yanları ilə uzanır. Onun bədəni buğumlu olduğundan əzələlər də buğumlar üzrə yerləşmişdir. Hər buğum bir əzələ miomeri adlanır. Miomerlər bir-birindən birləşdirici toxuma qatı ilə ayrılır. Miometrlərin bədəninin yanlarında yerləşməsi neştərçənin əyilərək hərəkət etməsinə imkan verir.
Həzm sistemi. Bu sistem ağızdan, udlaqdan və bağırsaqdan ibarətdir. Dəyirmi dəlikİə başlayan ağız qıfa oxşayır. Onun ətrafında hissedici çıxıntılar vardır. Ağız dəliyi geniş udlağa keçir. Udlağm dibində uzununa yerləşən çökəklik var. Bu çökəkliyin içərisi vəzili və kirpikİi epiteli qatı ilə örtülüdür. Burada selik ifraz olunur. Selik yapışqanlıdır. O, kirpikİərin hərəkəti nəticəsində əvvəlcə ağız dəliyinə tərəf, sonra isə bağırsağa doğru hərəkət edir. Bu zaman su ilə ağızdan daxil olan yemlər (ibtidailər, birhüceyrəli yosunlar və s.) yapışqanlı selik axını ilə | birlikdə bağırsağa aparılır. Bağırsaq anus dəliyi ilə xaricə açılır. Bağırsağın ön hissəsinin alt tərəfində qaraciyər çıxıntısı var.
Tənəffüsü. Neştərçənin tənəffüsü qidalanması ilə əlaqəlidir. Məlumdur ki, onun udlağının hər tərəfində 100-dən çox qəlsəmə yarıqları var. Bu yarıqlar bir-birindən arakəsmələrlə ayrılır. Arakəsmələrin üzəri kirpikİi epiteli hüceyrələri ilə örtülüdür. Ağız dəliyindən daxil olan su udlaqdan qəlsəmə aparatına keçir və onun səthi ilə axaraq xaricə çıxır. Bu zaman suda həll olmuş oksigen qana keçir və neştərçənin tənəffüsü təmin olunur.
Qan-damar sistemi. Bu sistem qapalıdır, yəni qan yalnız damarlarla kərəkət edir. Damarlar, əsasən, ikidir: bel qan damarı və qarın qan damarı. Neştərçənin ürəyi yoxdur. Ona görə də damarlarda qanın hərəkəti qarın qan damarının doyünən hissəsi və bir neçə xırda damarların yığılıb-açılması ilə təmin edilir. Bu cür hərəkətə gətirilən venoz qan (tərkibində karbon qazı çox olan "çirkİi" qan) qəlsəmələrə gəlir. O, qəlsəmələrdə suda həll olmuş oksigenlə zənginləşərək arterial qana (oksigenlə zəngin "təmiz" qana) çevrilir. Arterial qan qəlsəməüstü damarlara yığılır. Buradan başa tərəf bir cüt kiçicik yuxu arteriyası ayrılır. Qanın qalan hissəsi bel qan damarı ilə geriyə, bədənin sonuna qədər axır. Bel qan damarından daxili orqanlara müvafiq kiçik damarlar ayrılır, orqanizm qanla təmin olunur,
Venoz qan quyruq venasına yığılır. Bu vena arxa sağ və sol venalara ayrılır. Arxa venalar bədənin ortasında öndən gələn sağ və sol venalarla birləşib sağ və sol Küvye axarlarına, daha sonra vena sinusuna açılır, buradan isə qarın aortası başlayır. Neştərçənin dərisi çox nazikdir. Ona görə də qan dəri vasitəsilə də oksigenlə zənginləşə bilir.
İfrazatı. İfrazat orqanlarının quruluşu həlqəvi qurdların ifrazat orqanları kimidir.
Sinir sistemi. Bu sistem xordanın üst tərəfi ilə bədən boyu uzanan sinir borusundan ibarətdir. Rüşeymin sinir borusunun boşluğu xüsusi dəlik vasitəsilə xariclə əlaqələnir. Yaşlı fərdlərdə bu əlaqə kəsilir, əlaqə yerində qoxu çökəkİiyi əmələ gəlir.
Sinir borusunun yanlarından sinir telləri çıxır. Hər əzələ buğumuna bir cüt sinir gedir. Bunların biri bel, digəri qarın siniridir. Bədənin fəaliyyəti bu sinirlərlə idarə edilir.
Hiss orqanları. Buraya xüsusi gözcükİər, dərinin hissedici hüceyrələri və qoxu çökəkliyiİiyi aiddir. Xüsusi gözcükİər sinir borusu boşluğunun (nevrosölün) yanlarında yerləşir. Bunlar işıq hissedici törəmələrdir. Buradan məlum olur ki, neştərçənin beyni işığı hissetmə qabiliyyətinə malikdir. Dərinin hissedici hüceyrələri epidermis qatında yerləşir. Bunlar bədənin hər yerində olur. Qoxu çökəkİiyi sinir borusunun üst divarının ön hissəsində yerləşir. Güman edilir ki, suyun kimyəvi xüsusiyyəti bu çökəkİiyin vasitəsilə duyulur.
SURFƏSIXORDALILAR YARIMTIPI
Bu heyvanlarda xorda yalnız sürfə mərhələsində olur. Yarımtipin adı da buradan götürülmüşdür. Bunlar dənizdə oturaq həyat keçirir. Bəziləri zəif hərəkətlidir. Bədən pərdə və ya tunika adlanan xüsusi qatla örtülüdür. Suyu süzməkİə passiv qidalanır. Hermafroditdir, yəni bir fərddə həm dişi, həm də erkək cinsiyyət hüceyrələri inkişaf edə bilir. Tumurcuqlanma yolu ilə çoxalanları da var.
Sürfəsixordalılara assidilər, salplar və appendikularilər daxildir. Azərbaycanda yaşamır.
KƏLƏLİLƏR YARIMTİPİ
Kələlilərə dəyirmiağızlılar, qığırdaqlı balıqlar , sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər , quşlar və məməlilər daxildir.
______
DƏYİRMİAĞIZLILAR SİNFİ
Dəyirmiağızlılar onurğalı heyvanların qədim nümayəndələrindəndir. Onların dərisi çılpaq və selikİidir, bədəni ilanvarıdır. cüt üzgəcləri yoxdur, burun dəliyi təkdir. Ağzı sorucudur, çənələri yoxdur. Ox skeleti xordadandır.
MİNOQA (İLAN BALIQ)
Minoqaya ilanbalıq da deyilir. Lakin bu heyvanın balıqlar ilə heç bir qohumluğu yoxdur. O, dənizdə yaşayır. Keçicidir, kürü tökmək üçün çaylara keçir. Çaya qışda gedir. Bu zaman çox yağlı olur. Çayda qidalanmır. Bir ilə yaxın çay yuxarı yol gedir, qidalanmadığı üçün arıqlayır. Buna görə də kürü tökdükdən sonra ölür. Deməli, minoqa ömründə bircə dəfə nəsil verir .
Bədən forması. Minoqanın bədəni ilanvarıdır. Dərisi çılpaqdır, selikİidir. Onun bel və quyruq üzgəcləri var. Azğı ağızönü qıfın dibində yerləşir, dəyirmidir, onun yanlarında dişlər var.
Başın yanlarında sıra ilə yerləşmiş 7 dəlik görünür. Bunlar qəlsəmə dəlikİəridir.
Dəri örtüyü. Dərisi yumşaqdır, xarici skeleti yoxdur. Dərinin üst qatında selik ifraz edən birhüceyrəli vəzilər var. Onların ifraz etdiyi selik bədəni örtür, onu sürüşkənli edir. Seliyin qoruyucu xüsusiyyəti də məlumdur. Başının üstündə olan dəlikİər yan xətt orqanıdır. Bu orqanın hissetmədə əhəmiyyəti var.
Skeleti. Minoqa-
nın skeleti xorda-dan və qığırdaqdan ibarətdir. O, ox skeletə, kəllə skeletinə və tək üzgəc skeletinə ayrılır.
Ox skeleti xor-dadandır. Xordanı birləşdirici toxuma qatı əhatə etmişdir.
Kəllə skeleti qığırdaqdan olub çox sadə quruluşdadır. Bu skelet natamam beyin qutusundan,
ağız qıfı skeletindən və visseral skeletdən ibarətdir. Beyin qutusu beyni altdan və yanlardan əhatə edir, qutunun üstünü birləşdirici toxuma qatı örtür.
Ağız qıfı skeleti ağız qıfını üstdən və yanlardan, dili isə altdan saxlayan bir neçə qığırdaqdan ibarətdir. Bunların ən vaciblisi ağız boşluğu divarlarını və dili saxlayan qığırdaqlardır.
Visseral skelet uzununa, eninə yerləşən və kəsişmə yerlərində bir-biri ilə birləşən çərçivədən və gözaltı qövsdən əmələ gəlib.
Tək üzgəc skeleti uzun, nazik qığırdaq şüalardan ibarətdir. Bu şüalar üzgəc pərdəsini saxlayır.
Həzm orqanları. Bu orqanlar ağızönü qıfdan, ağız boşluğundan, udlaqdan, qida borusu və bağırsaqlardan ibarətdir. Bağırsaq xaricə anal dəlikİə açılır. Qara ciyər və mədəaltı vəzi də həzm orqanıdır.
Tənəffüs orqanları. Bu orqanlar tənəffüs borusundan və qəlsəmə aparatından ibarətdir. Tənəffüs borusu kor qurtarır. Bu boruya başın yanlarından hər tərəfdən 7 dəlik açılır. Bunlar həm də xariclə ələqələnir. Müqayisə üçün deyək ki, minoqaya ən
yaxın olan miksinin qəlsəmə dəlikİərinin ümumi boşluğu var. Bu boşluq xaricə yalnız bir dəlikİə açılır. Bu, miksinin parazitliyi ilə əlaqədardır. Qəlsəmə dəlikİərinin divarı əzəzləli olduğu üçün yığılıb açıla bilir. Bu zaman su tənəffüs borusuna, oradan qəlsəmə dəlikİərinə gəlir və xaricə çıxır. Su qəlsəmə dəlikİərində olduqda suda həll olmuş oksigen qana keçir və heyvan tənəffüs edir.
Qan-damar sistemi. Bu sistem ürəkdən, arteriya və vena damaralarından ibarətdir. Ürəkdə bir qulaqcıq və bir mədəcik var. Qarın qan damarının genişlənmiş hissəsi aorta soğanacağı adlanır. Arteriya ürəkdən gedən, vena ürəyə gələn damarlara deyilir. Arteriyalarla təmiz və ya arterial, venalarla oksigensiz və ya venoz qan axır. Minoqanın bir qan dövranı var, ürəkdə venoz qandır.
İfrazat orqanları. İfrazat orqanları bir cüt böyrəkdir. Minoqanın rüşeymində baş böyrək, yaşlısında bədən böyrəyi olur, Bu böyrək bədən boşluğunda yerləşir. Hər böyrəkdən bir sidik axarı çıxır. Sidik axarları sidik-cinsi dəlikİə xaricə açılır.
Cinsiyyət sistemi. Minoqanın erkəyi və dişisi var. Dişinin yumurtalığı, erkəyin toxumluğu olur. Yumurtalıq və toxumluq bədən boşluğunda yerləşir. Bunların axarları yoxdur. Yetişmiş cinsiyyət hüceyrəsi (kürü və ya toxum mayesi) bədən boşluğuna düşür. Oradan xüsusi dəlikİə xaricə çıxır, mayalanma suda gedir,
Sinir sistemi. Minoqanın sinir sistemi baş-beyindən və onurğa beynindən ibarətdir. Baş beyin kiçikdir. O, 5 hissədən ibarətdir: ön beyin, aralıq beyin, orta beyin, uzunsov beyin və beyincik. Baş beyinin ənsə hissəsi inkişaf etməyib.
Onurğa beyni lentvaridir. Ondan bel və qarın sinir telləri çıxır. Bu sinirlər sonrakı onurğalılardan fərqli olaraq bir-biri ilə birləşir.
Minoqanın hiss orqanları da var. Bunlara qoxu, görmə, eşitmə, yan xətt orqanları, dəridə olan sinir ucları daxildir.
Əhəmiyyəti. Minoqa elə yerlərdə yaşayır ki, orada digər balıqlar, demək olar ki, olmur. O, həm də xüsusi qida obyektlərini yeyir, onları insan üçün xeyirli məhsula çevirir. Minoqanın yüksək keyfiyyətli əti var. Əvvəllər Xəzər dənizində çox idi. Onun tutulması ilə məşğul olan xüsusi vətəgə var idi. Minoqa balıqlara yapışaraq onları sorur və zərər verir. Son vaxtlarda ehtiyatı azalmışdır. Ona görə də Azərbaycanın Qırmızı kitabına daxil edilib.
BALIQLAR
Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inıkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir.Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.
Qeyd: "Balıqlar" müasir təsnifatda sinifüstü adlanır.
SUDA-QURUDA YAŞAYANLAR SİNFİ
Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayır. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir. Sürfələr suda yaşayır və qəlsəmə ilə tənəffüs edir. Sürfənin yetkin qurbağaya çevrilməsi metamorfozla olur. Hava mühitinə keçməkİə əlaqədar olaraq qəlsəmələri əvəz edən ağ ciyərlər, üzgəcləri əvəz edən beşbarmaqlı ətraflar əmələ gəlmişdir.
Yetkin qurbağada ürək üç kameralıdır. Bədənə arterial qanla venoz qanm qarışığı gedir.
SÜRÜNƏNLƏR SİNFİ
Suda-quruda yaşayanlardan fərqli olaraq sürünənlər quru mühitində yaşadıqları üçün onların dərisi qurudur və üzəri pulcuqlarla örtülüdür. Əksəriyyəti xaricdən möhkəm təbəqə ilə örtülü və ehtiyyat qida maddəsi ilə zəngin olan yumurta qoyur. Tənəffüs yalnız ağ ciyərlər vasitəsilə gedir.
Skeletinin quruluşu və yerləşməsi, demək olar ki, suda-quruda yaşayanlarda olduğu kimidir. Baş beyində görmə payları daha yaxşı inkişaf etimişdir. Əksinə, beyincik bir çox nümayəndələrində o qədər də böyük deyil.
Suda-quruda yaşayanlarda olduğu kimi sürünənlərin də ürəyi üç kameralı olub, bədən temperaturu sabit deyildir. Sürünənlər qarnı üzərində sürünür (ilanlar və ayaqsız kərtənkəİələr) və yaxud öz gödək ayaqları ilə bədənini yerdən az qaldıra bilir.
QUŞLAR SİNFİ
Quşlar onurğalı heyvanların başqa siniflərindən bədənin lələklə örtülməsi, ön ətrafların qanadlara çevrilməsi, arxa ətraflarında pəncə lüləsinin əmələ gəlməsi və çənələrin dimdiyə çevrilməsi ilə kəskin fərqlənir. Müasir quşlarda dişlər reduksiya etmişdir, yəni lazım olmadığı üçün təkamül prosesində tədricən yox olmuşdur.
MƏMƏLİLƏR SİNFİ
Məməlilər onurğalı heyvanların ən ali sinfidir. Məməli heyvanlar üçün bədənin tükİə örtülü olması, onların bala doğub südlə bəsləməsi, dodaqların əmələ gəlməsi, qulaq seyvanı və ya xarici qulağın olması, alt çənədə əlavə oynağın əmələ gəlməsi və beyin yarımkürələrində yeni qabığın əmələ gəlməsi, ürəkdən təkcə sol aorta qövsünün çıxması, bədən boşluğunun diafraqma pərdəsi ilə qarın və köks (sinə) boşluqlarına ayrılması və s. səciyyəvi əlamətlərdir.
Məlumatlar http://zoologiya.iatp.az saytından.