Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Elm, tədris və Kariyera .: Elmlər .: Zoologiya .: Çoxhüceyrəli heyvanlar .: BAĞIRSAQBOŞLUQLULAR TİPI

BAĞIRSAQBOŞLUQLULAR TİPI

HİDROZOALAR SINFI 

MEDUZALAR VƏ POLİPLƏR
SİFOİD MEDUZALARI SİNFİ 
Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Sifoid meduzalarının əksəriyyəti dənizlərin su qatlarında, bəzi növləri isə suyun dibində yaşayır. Suyun dibində yaşayan meduzalara stavromeduzanı misal gətirmək olar. O, suda üzə bilmir və formaca qıfa oxşayır. Onların ən kiçik növləri yosunlar üzərində yaşayır.
Stavromeduza yırtıcı heyvandır, qidanı qolları nın üzərindəki çıxıntılar vasitəsilə ovlayır. Onlar hərəkətetmə və qidanı ovlama xüsusiyyətlərinə görə şirin su hidralarına çox oxşayır. Sifoid meduzalarının əksəriyyəti ayrıcinsiyyətlidir. Cinsiyyət vəziləri mədə ciblərinin alt səthində əmələ gəlir. Yetişmiş cinsiyyət hüceyrələri meduzanm ağzından xaricə tökülür. Yumurtadan planula adlanan sürfə çıxır. O, əvvəlcə üzür, sonra isə dənizin dibinə enir və əşyaya yapışır. Onun bədəninin ön qütbündə ağız əmələ gəlir. Sürfə bir qədər inkişaf edir və polipə çevrilir.
Sifoid meduzaları çətirin yığılıb-açılması sayəsində üzür. Onlardan aureliya növünün ölçüsü 20 sm-ə çatır. O, tropik və mülayim dənizlərdə geniş yayılmışdır, ona bəzən Arktika dənizlərində də rast gəlinir. Sianea meduzasının diametri 2 m, qollarının uzunluğu 10 m-ə çatır. Tropik sularda onları gəmidən aydın görmək olur. Hər iki növ yıptıcıdır, qidasını suda yaşayan onurğasız heyvanlar və körpə balıqlar təşkil edir. Sifoid meduzalarının bəzi növlərini (qulaqlı meduza, ropilema) insanlar ovlayır və yeyir. Çin və Yaponiyada meduzaların ovu yaxşı təşkil olunmuşdur və hər il minlərlə meduza ovlanır. 
MƏRCAN POÜPLƏRİ SİNFİ
Bağırsaqboşluqlular tipinin ən geniş yayılmış sinfidir. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir. Onların əksəriyyəti koloniya, bəzi növləri isə tək halda yaşayır. Mərcan polipləri yalnız polip formasında mövcuddur. Rusiya dənizlərində yaşayan aktiniyanın bədəni formaca dirəyə oxşayır. Bədən çox parlaq rəngdə olur və qəşəng çiçəyə bənzəyir. Bu xüsusiyyətlərinə görə onlar heyvanlara nisbətən bitkilərə daha çox oxşayır. Aktiniyalar yırtıcı heyvanlardır. Qidasını (xərçənglər, molyuskalar və b.) qolları vasitəsilə ovlayır. Aktiniyada qidanın həzmi hidralarda olduğu kimidir. Äktiniyalar döşənək vasitəsilə substratın üzərində yavaş-yavaş hərəkət edir. Onlar bəzən molyuskaların çanağı və xərçənglərin zirehi üzərində yaşayıb həmin heyvanlar ilə simbiotik həyat keçirir.
Mərcan rifləri qədim geoloji dövrlərdən başlayaraq mövcud olmuşdur, lakin rif əmələ gətirən heyvanların növ tərkibi dəyişmişdir.
 


Məlumatlar http://zoologiya.iatp.az saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?