KİRPİKLİ İNFUZORLAR SİNFİ
Bu sinfə daxil olan nümayəndələrin bədəni xaricdən çoxlu sayda kirpikİərlə örtülmüşdür. Bədəndə, 2 cür nüvə vardır. Çoxalma qeyri-cinsi və cinsi yolla baş verir. Tənəffüs bədən səthi ilə tənzim olunur. Həzm və ifrazat sistemi həzm qovuqcuqlarından,iki ədəd yığılıb-açılan qovuqcuqdan və tullantı dəliyindən ibarətdir. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
INFUZOR-TƏRLIK
Yaşayış mühiti. İnfuzor-tərlik su hövzələrində yaşayır ( şəkil 4 ).
Quruluşu. Tərliyin bədəni xaricdən qılafla örtülmüşdür. Bədən üzərində çoxlu miqdarda kirpikİər və qısa çöpcüklər vardır. Kirpikİər tərliyin üzməsində, qidalanmasında rol oynayır.
Nisbətən uzun kirpikİər olan yerdən nov-şəkilli yarıqda ağız dəliyi və onun qurtaracağında qısa udlaq yerləşir. Tərlik qıcıqlandırıldıqda qısa çöpcüklər iy şəkİində xaricə çıxır, düşmənin, yaxud ovun bədəninə sancılır və yəqin ki, dələnmiş orqanizmə zəhərli maddə daxil etməkİə onu iflic edir. Tərliyin iki nüvəsi vardır: böyük nüvə və kiçik nüvə. Bunlar sitoplazmadan məsaməli nazik qılafla ayrılmışdır. Bundan başqa tərliyin bədəninin ön və arxa hissəsində yığılıb-açılan ulduz şəkilli iki ədəd qovuqcuğu vardır.
Hərəkəti. Tərlik bütün bədəninin səthini örtən kirpiklərinköməyi ilə vintvari üzür.
Qidalanması. Bədənin ortasında olan novçada ağız yerləşir. Kirpikİərin köməyi ilə yosun və bakteriyalar ağızətrafı çökəyə yönəldilir. Ağıza düşmüş qida udlağa, buradan da sitoplazmaya daxil olur və ətrafında həzm qovuqcuğu əmələ gəlir. Həzm qovuqcuğu udlaqdan ayrılıb sitoplazmada tədricən hərəkət edir. Beləlikİə, qida həzm olunur və bütün bədənə yayılır.
Həzm olunmayan qida qalıqları isə tullantı dəliyindən xaric edilir ( şəkil5 ).
Tənəffüsü. Xüsusi tənəffüs orqanı yoxdur, tənəffüs bütün bədən səthi ilə gedir.
İfrazatı. Sitoplazmada toplanan su və onda həll olmuş zərərli maddələr gətirici kanalcıqlar vasitəsilə yığılıb-açılan qovuqcuğa toplanır, oradan isə xaric edilir. Qida qalıqları isə tullantı dəliyindən xaric edilir.
Qıcıqlanma qabiliyyəti. İçərisində tərlikİər olan su damlasının bir tərəfinə duz kristalları əlavə etsək, tərlikİərin damlanın duzlu hissəsindən uzaqlaşdığını görərik. Başqa bir təcrübə: həmin duzlu damlanın yanına başqa bir damla qoyub, hər iki damlanın arasını ensiz axınla birləşdirək. Bir müddətdən sonra tərlikİər duzsuz damlaya keçəcəkdir. Bu təcrübələr göstərir ki , tərlikdə də qıcıqlanma qabiliyyəti vardır.
Çoxalması. Tərlik iki yolla - qeyri-cinsi və cinsi yolla çoxalır.
Qeyri-cinsiyyətli çoxalma zamanı tərliyin hər iki nüvəsi iki yerə bolünür, bədənin üzərində isə eninə araıcəsmə əmələ gəlir. Bu arakəsmə get-gedə dərinləşir və tərlik bərabər hissəyə bölünür, nəticədə iki cavan tərlik əmələ gəlir. Təxminən bir sutsutkadan sonra onlardan hər biri yenidən bölünür. Tərliyin cinsiyyətli çoxal-ması konyuqasiya adlanır.
Cinsiyətli proses sayəsində əmələ gələn infuzorların həyati-liyi yüksəkdir. Onlar yaşama şəraitinə daha yaxşı uyğunlaşır. Bu haqda daha ətraflı məlumat 3 ali məktəb dərslikİərində verilir.
Sistalaşması. Yaşayış şəraiti əlverişli olmadıqda amöblərdə olduğu kimi, infuzor da sista halına keçir. Bu vəziyyətdə onlar nə qidalanırlar, nə də hərəkət edir.
Yalnız əlverişli şərait olduq da bu sistalar dağılır və tərlik fəaliyyətini davam etdirməyə başlayır. İnfuzorların əksəriyyəti sərbəst yaşayır. Hazırda Azərbaycan faunasında (Xəzər dənizi də daxil olmaqla) infuzorların 800-ə qədər növü məlumdur.
Məlumatlar http://zoologiya.iatp.az saytından.