SARKODİNLƏR SİNFİ
Bu sinfin əsas əlanıəti bədənin çilpaq olnıası, sabit bədən fornıasının olnıanıası və yalançı ayaqlar ənıələ gətirnıəsidir. Yalançı ayaqlar hərəkət etnıəyə və qidanın tutulmasına xidmət edir. Qidanın qəbul edilməsi və həzm olunmamış qida qaliqlarının xaric olunması bədən səthinin istənilən yerində baş verir. Maddələr nıübadiləsinin nıaye nıəhsulları isə yığılıb-açılan qovuqcuqdan xaric olur.
QAMÇILILAR SİNFİ
Bu sinfin əsas əlaməti bədəndə bir və ya bir neçə qamçının olmasıdır. Qamçılar hərəkətə xidmət edir. Bədən örtüyü vardır və buna görə də əksəriyyəti sabit bədan formasına malikdir. Avtotrof və heterotrof yolla qidalanırlar. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
__________________________________
SARKODİNLƏR SİNFİ
ADİ AMÖB
Amöbün quruluşu. Adi amöb durğun şirin su hovzələrində yaşayan nıikroskopik (0,3 mm) heyvandır. Onun bədəni yarımşəffaf sitoplazma və nüvədən ibarətdir (şəkil1).
Nüvənin yaxınlığında şəffaf yığılıb-açılan qovuqcuq gözə çarpır. Bu gah itir, gah da görünür. Hərəkəti. Anıöbün sitoplazmasında tədricən kiçik çıxıntıi əmələ gəlir. Çıxıntı getdikcə böyüyür, uzanır və beləliklə, sitoplazma bir tərəfə doğru axır. Nüvə və yığılıb-açılan qovuqcuq da bu axınla gedir. Az bir vaxtdan sonra amöb əvvəlki yerini dayişmiş olur. Bəzən amöb bir deyil bir neçə çıxıntı əmələ gatirir, lakin çıxıntılar şaxələnmir. Bu çıxıntılara yalançı ayaqlar deyilir. Hərəkət edən amöbün bədən forması daim dəyişilir.
Qidalanması. Amöb, əsasən, bakteriyalar, yosunlar və üzvi maddələrlə qidalanır. Yalançı ayaqaları ilə qidasını əhatə ,edir və sitoplazmaya daxil olmuş qida hissəcikləri həzm sirəsi ilə örtülür, həzm qovuqcuğu əmələ gətirir. Qida burada həll olur və amöbün bədəninin qurulmasına sərf olunur.
Tənəffüsü. Xüsusi tənəffüs orqanı yoxdur, tənəffüs bütün bədən səthilə gedir.
Ifrazatı. Amöbün həzm qovuqcuğundan basqa daha bir yığılıb-açılan qovuqcuğu (ifrazat qovuqcuğu) vardır: bu qovuqcuq maye ilə dolur və vaxtaşırı partlayaraq daxilində olan mayeni xaric edir. Bu qovuqcuğun asas funnsiyasi bədəndə osmotik təzyiqi tənzimləmək və qismən maddələr mübadiləsi məhsullarını su ilə birlikdə ətraf mühitə çixararaq - ifrazat funksiyasını yerinə yetirməkdir. Bununla yanaşı ifrazat funksiyası, həmçinin, bilavasitə xarici membran vasitəsilə yerinə yetirilir.
Qiciqlanma va oyanma. Xarici qıcıqların (duzlu su, işıq, istilik və s.) təsirilə amöbün sitoplazmasında oyanma əmələ gəlir. Amöb olan su damlasının kanarlarına duz kristalları qoyaq. Az vaxtdan sonra duzun təsirindən amöbün yalancı ayaqlarını çəkdiyini və kürə şəkli aldığını görəcəyik. Başqa bir təcrübə: içərisində amöblar olan su damlasının bir hissasini isiqlandir-saq, amoblar damlamn isiqlanmi§ hissəsinə toplaşacaqdır. Amöblar olan su damlasını tədricən qızdırdıqda, temperatur 30°C-yə qədər artdıqca amöbün hərəkəti sürətlənir, daha yüksək temperaturda isə amöbün hərəkəti dayanır və o, kürə şəklini alır.
Çoxalması. Amöb qeyri-cinsiyyətli yolla, yəni sadə bolünmə ilə çoxalir. Amöbün nüvəsi və sitoplazması tədricən ortadan ikiyerə bölünür, nəticədə bir amöbdan özünəbənzər iki amöb əmələ gəlir.
Sistalaşması. Xarici sərait əlverişsiz olduqda, yəni temperatur kəskin dəyisdikdə, su hövzasi quruduqda və s. amöblar əvvəlcə yığılıb yumrulaşır və sonra sitoplazmasından selikli maddə ifraz olunub onun bədənini örtür. Bir müddətdən sonra o bərkiyir və möhkəm örtüyə çevrilir. Buna sista deyilir. Sista kürəşəkilli olur. Belə "gizli" həyat halında amöb uzun müddət yaşaya bilər. Sistalaşmış amöb külək vasitəsilə müxtəlif yerlərə yayilir. Olverisli §arait olduqda sista hall olur va amob yenidən öz fəal həyatını davam etdirir.
DİZENTERİYA AMÖBÜ
Dizenteriya amöbü insanın yoğun bagırsağında yaşayır. Onun coğrafi yayılması çox genişdir. Isti iqlimi olan rayonlarda parazitin törətdiyi xəstəliyə daha tez-tez rast gəlinir. Dizenteriya amöbü 20-30 mkm ölçüdə olub, hərəkətlidir. Insan amöbün sista mərhələsi ilə yoluxur. Bu mərhələdə parazit 4 nüvəli olur. Udulmuş sistanın qabığı insanın bağırsağında həll olur və 4 ədəd kiçik amöba bölünür. Kiçik amöblar yoğun bağırsağın boşluğunda olan bağırsaq möhtəviyyatı, xüsusilə bakteriyalarla qidalanır və çoxalır. Bağırsağın aşağı şöbələrinə düşdükdə isə sistalar, əvvəllcə birnüvəli olur, sonra isə yetişmə mərhələsi ke-çirir vç 4 nüvəli sistaya çevrilir.
Parazit bağırsağın divar toxumasına daxil olduqda orada intensiv çoxalır, selikli qişanı zədələyir. Bununla bağırsağın divarlarında yerləşən qan kapillyarlarının divarı zədələnir və qanaxma baş verir.
Ətraf mühitə yayılan sista çox müxtəlif yollarla, xüsusən su, müxtəlif meyvə-tərəvəz və s. vasitəsilə insan tərəfindən udulur.
Profilaktik tədbir olaraq meyvə və tərəvəzin təmiz yuyulması, gölməçələrdən su içməmək, qaynadilmiş sudan istifadə edilməsi və şəxsi gigiyena qaydalarına əməl edilməsi məsləhət görülür.
____________________________________
QAMÇILILAR SİNFİ
YAŞIL EVQLENA
Yaşayış mühiti və quruluşu. Yaşıl evqlena durğun su hövzələrində yasayır və hovzənin daha yaxşı isıqlanan sahəsinə toplanır, çünki belə mühit fotosintez üçün əlverışlidir. Evqlenanın bədən uzunluğu 0,05 mm olub, öndən küt, arxadan ısə sivridir. Bədən xarıcdən qılaf örtüyə malikdir. Bədənin önündə bır yığılıb-açılan qovuqcuq, bır qırmızı gözcük, hərəkətə xıdmət edən bir qamçı, arxa hissədə isə bır ədəd böyük nüvə vardır.
Qidalanması. Evqlena işıqda yaşıl bitkilər kimi əvtotrof qidalanır, çünki onun sıtoplazmasında 20-25 ədəd yaşıl xloroplast yerləşır. Xloroplastda xlorofil dənələri vardır ki, bunlarda fotosintez prosesi gedir. Lakin uzun müddət qaranlıqda saxlandıqda yaşıl evqlena tədrıcən rəngsizləşir (xlorofil tədricən itib gedir), fotosintez dayanır və evqlena hazır üzvi maddələrlə qıdalanmağa başlayır.
Tənəffüs və ifrazatı. Suda həll olmuş oksıgenin qəbulu və sıtoplazmada əmələ gələn karbon qazının xaric olunması bütün bədən səthi ilə aparılır. Lazımsız maddələr yığılıb-açılan qovuqcuğa toplanır və vaxtaşırı xaric edilir.
Çoxalması. Uzununa bölünməklə çoxalır.Əvvəlcə nüvə iki hissəyə bölünür və yanlara doğru çəkilir. Sonra isə evqlenanın bədəni uzununa iki yerə bölünür. Hər bır qız fərddə qamçı yenidən əmələ gəlir.
Sıstalaşması.
Xarici şərait əlverişsiz olduqda evqlena qamçısını itirir, bədəni girdələşir və xarıcdən qoruyucu örtüklə örtülür -sıstalaşır. Sısta əlveverişli şəraitə düşdükdə dağılır, evqlena fəal həyatını davam etdirir.
VOLVOKS
Qamcılılar sinfinin koloniya halında yaşayan tipik nümayəndəsi volvoksdur. Koloniya tamamlanmamış bölünmə nəticəsində əmələ gəlir və fərdlər bir-birilə əlaqəli qalır. Əmələ gələn qız koloniyalar əvvəlcə ana koloniyanın daxilində yerləşir, müəyyən vaxtdan sonra köhnə koloniya dağılır və onun daxilində yerləşən cavan koloniyalar azad olur.
Volvoks koloniyası 1000-ə qədər hüceyrə-dən təşkil olunmuş-dur. Hər hüceyrə ar-mudşəkilli olub, iki-qamçılıdır. Kürəciyin əsas kütləsi həlməşik maddədən ibarətdir. Hüceyrələr bu kütlə-nin üzərində yerləşir və qamçıları xaricə doğru yönəlir. Kolo-
niyanın üzvləri bir-biri ilə sitoplazmatik korpücüklərlə birləşir. Buna görə də voIvoksun hərəkəti bütün hüceyrələrin qamcılarının birgə fəaliyyəti sayəsində mümkün olur. Koloniyanın içərisinə çökmüş nisbətən iri hüceyrələr çoxalmada iştirak edir.
Qamçılılar sinfinin parazit nümayəndələrinə misal olaraq tripanosomu və leyşmaniyanı göstərmək olar. Tripanosomanın bir növü insanda "yuxu xastaliyi" törədir. Paraziti insana "se-se" milçəyi kecirir. Leyşmaniyaların bir növü insanda "şərq yarası" (il yarası) adlanan xəstəliyi törədir. Paraziti insana mığmığalar keçirir.
Məlumatlar http://zoologiya.iatp.az saytından.