Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Xalq nəğmələri .: Əmək nəğmələri .: Heyvanların bəhsi

Heyvanların bəhsi

Qoyun deyir: Mən heç otdan doymaram,
Payız oldu çörün-çöpün qoymaram.
Hər evi mən yunum ilə bəzərəm,
Allı-güllü xalçalarım var mənim!

Keçi deyir: Adım Əbdülkərimdi,
Qavala çəkilən mənim dərimdi.
Üç ay qışı ölməm allahkərimdi,
Şeytan-şeytan balalarım var mənim,
Qəlbi-qəlbi qayalarım var mənim!

Camış deyir: Payız olcaq samanlığı doldurun,
Yaz olanda boyunduruğu yondurun,
Cütə getməsəm, vurun məni öldurün.
Dolu-dolu mərəklərim* var mənim,
Buz qatığım, ağ-ağ kərəm var mənim!

Öküz deyir: Mən yiyəmə nökərəm,
Üç ay qışı tövləsində bekaram,
Yaz olanda çayır-çəmən sökərəm,
Ağlı-qırmızılı buğda əkərəm.
Dolu-dolu xırmanlarım var mənim,
Uca-uca tayalarım var mənim!

Inək deyir: Mən doğanda mələrəm,
Ahım ilə dağı-daşı dələrəm,
Qurudumu gündən-günə sərərəm.
Dadlı-dadlı kərələrim var mənim,
Gözəl-gözəl balalarım var mənim!

At deyir: Yel kimi göydə uçaram,
Yollar keçib dağdan-dağa aşaram.
Igidlərlə bir məqamda yaşaram.
Pəhləvanlar kimi yiyəm var mənim,
Saraylara oxşar dəyəm var mənim!

Eşşək deyir: Mən hamıdan fağıram,
Palçığa düşəndə dağdan ağıram,
Çöldə qalsam mən yiyəmi çağırram.
Kərənaydan yoğun səsim var mənim,
Atlarınan böyük bəhsim var mənim!

Dəvə deyir: Heç heyvan götürməz mənim yükümü,
İgid oğlan gərək çəkə ipimi.
Ərəbistan içər mənim südümü,
Uzaq-uzaq mənzillərim var mənim,
Dizləri bərk nəsillərim var mənim! 
 
 
Qoyun deyər: Qarnımı doydur, qara quyla məni,
Keçi deyər: Qarnımı doydur, qora quyla məni. 
 

--------------------------------------------------------------------------------
 
*Samanlıq


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Heyvanlar aləminin təkamülü

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 213   
article ÇOXHÜCEYRƏLİ HEYVANLAR
Bilirsiniz ki, ibtidailərin...

  10-21-2007    Baxılıb: 247   
article Heyvanlar aləminin müxtəlifliyi
Heyvanlar aləmi çox...

  10-21-2007    Baxılıb: 213