Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Tərcümə .: V.Alazan "Bəyaz qərənfillər"

V.Alazan "Bəyaz qərənfillər"

Masamın üzərində nurlu bir ahəng

Kimi yüksələn bəyaz qərənfillər var.

Səhər-səhər mənimlə onlar gülərək

Nəğmələr oxuyurlar həpsi bəxtiyar.

Onların başları olduqca parlaq,

Gülümsəyir gözləri dərin sevincdən.

Bu günün nəğməsilə ruhları şaqraq,

Sanki doğmuşlar bizim aydın günəşdən.

 

Bizim şən cocuqların gülər gözləri,

Deyilmi bunlar- bu gül, o gülə bənzər-

Ki, alışıb yanarkən gözəl dan yeri

Pəncərəmin önündən keçib gedirlər.

 

Əcəba, onlar təmiz, gözəl qızların

Düşüncəli gözləri deyilmi? Söylə!

Ki, o gözlərdə oynar parlaq bir yarın,

Gələcəyin yavrusu öz nəşəsilə.

 

Ağ günün parıltısı varlı günəşin

Ahəngi deyilmidir, əcəba onlar?

Ürəyini, ruhunu verdiyin eşin,

Varlığılə bunların yaxınlığı var.

 

Siz ey qərənfillərin bəyaz qönçəsi,

Sizdən bu sətirlərim bir nişan olsun.

Təmiz, büllur gözlərə könlümün səsi,

Nəğməsi bir səmimi ərməğan olsun!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?