Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Tərcümə .: A.Viştuni "Şərq"

A.Viştuni "Şərq"

Sən Xorasan xalısından daha əlvan, daha şən,

Şafran kimi, narınc kimi, qızıl kimi, can Şərqim!

Xoşdur, qanlı, günəş canlı kitabımda görünsən.

Diləyimsən, nəfəsimsən, işığımsan, yan Şərqim!

Qızğın qəlbin atəşlərdən, lavalardan şanlıdır;

Gündən doğmuş, gün yavrusu, gün işıqlı, can Şərqim!

Dərdin böyük, sinən dəftər, hər yarpağı qanlıdır;

Yeni əsrin böyük şeiri, yaraşıqlı, can Şərqim!

 

Gecələrin məşəlisən, cansan, cahil-cavansan,

Altun yallı kişi doğan, ağrı çəkən, can Şərqim!

Dərdin böyük, nəğmən dərin, bir tükənməz dastansan,

Şölə çəkən bir şam kimi yaşlar tökən, can Şərqim!

 

Burax oğlu- öz şairin səni duysun, çağırsın,

Alov şanlı, qızıl ruhlu sərt uçuşlu, can Şərqim!

Burax oğlun- gurladıqca mübarizən, - bağırsın,

Şir ürəklə, ehtirasla, alış Şərqim! Yan Şərqim!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?