Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: YENİ GƏNC

YENİ GƏNC

Mən çəlik ürəkli bir yeni gəncim,

Dildən-dilə düşmüş hekayətim var.

Həyat nəşəsilə titrəyir içim,

Parlaq gələcəyim, nəhayətim var.

 

Bir parça atəşim, bir parça yanğın,

Qəlbim örnəyidir yanar bir dağın.

Qarşımda duramaz nə sel, nə daşqın,

Təbiətlə mənim zərafətim var.

 

Sevgim mübarizə, sevgilim həyat,

Yəhərlənmiş mana qanadlı bir at.

Gör nə deyir sizə çaldığım qanat:

Hələ bundan sonra qiyamətim var.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?