Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: DAŞ QARTAL

DAŞ QARTAL

İllərcə dayandın arrxan divarda,

Hər gələn yolçuya dəhşətlə baqdın,

Gözündə bir oldu qız da, bahar da,

Qəlblərdə bir acı uçuşla sarqdın.

 

Üfüqdən üfüqə çaldığın qanad

Hər yerə qaranlıq bir kölgə saldı,

Pəncəndə qızırldı bir yığın qanad,

Qorxundan, uçanlar sükuta daldı.

 

Nə ruzgar, nə boran, nə qar, nə tipi1

O sərt ürəyinə etmədi təsir.

Bir yüksək divarda durdun “dağ” kimi

Ömründə iztirab bilmədin nədir.

 

Çulğadı süzdüyün qaldırımları

Bir yığın səfalət, bir yığın acı.

Çaxarkən hirsinin ildırımları,

Dəydi umuzlara ölüm qırbacı.

 

Gözlərin sancılmış ellərə tək-tək,

Əlində ölkələr bir oyuncaqdı.

Kinli ürəklərdə bəslənən şimşək

Başında partladı, gözündə çaqdı.

 

Əvət, qaynağında aman bulmayan

Zavallı insanlar üzünə durdu.

Dərələr, təpələr eylədi üsyan,

Bağrına zəhərli bir güllə vurdu.

 

Bizim dünyamızın hakim işçisi

Daldı öküzlərin ahü zarına,

Dərdə düşənlərin olub bəkçisi,

Son verdi uğursuz uçuşlarına.

 

Dönüb bir tufana, tutdu yolunu,

Sarsıtdı aləmi onun buyruğu.

Qırdı şəhpərini, kəsdi qolunu

Sağlam bir işçinin iti yumruğu!

 ____________________

1tipi- boran

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Xoruzla Qartal
  İki Xoruz bir-biri ilə...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 100