Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: EŞQİM

EŞQİM

Anasız, babasız Ofelya kimi

Saçları pərişan bir qızdır eşqim.

Qəlbimin buludlu səmalarında

Titrəyən bir qərib ulduzdur eşqim!

 

Olmadan aşikar doğduğu yerdən,

Böyük tanrı kimi düşmüş nəzərdən,

Çöhrəsi gülməyən xarabalardan

Daha qəmli, daha issızdır eşqim!

 

Həyata baxmamış gülümsər kimi,

Hər bir hadisədən bixəbər kimi,

Yad əllərdə qalan yetimlər kimi

Başı bəlalıdır, yalnızdır eşqim!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?