Qadın, gözlərinin oynaq xəyalı
Dönüyor qarşımda yenə cin kimi,
Baxdıqca ruhumun qaynar məlalı
Sənin qəhqəhəli sevincin kimi.
Səndən əsrin kimi şəfqət uzaqmış
Ruhuna zülmətli selləri axmış.
Laçın gözlərindən odur ki, sarqmış
Ürəyim bir yavru göyərçin kimi.
Ovçuluq əsrimi əsrin, ey qadın?!
Söylə övladısan hanki səyyadın?!
Sən gözlərinləmi yoxsa ovladın
Göyərçin qəlbimi bir laçın kimi.
Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.