Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: YADIMA DÜŞDÜ

YADIMA DÜŞDÜ

Keçən günlərimi vərəqləyirkən

Sevdalı dillərin yadıma düşdü.

Xəyalın qarşımda canlandı, birdən

Göyərçin əllərin yadıma düşdü.

 

Deyildir eşq odu məni yandıran.

Ruhumun şəhrini işıqlandıran,

Pozğun şəfəqləri mənə andıran

Ziyalı tellərin yadıma düşdü.

 

O gün də bir gündü, ey üzü dönmüş,

Sandım içində bir qaplan döyünmüş.

Bir anda köpürmüş, bir anda sönmüş

Xırçın əməllərin yadıma düşdü.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?