Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: AY QIZ

AY QIZ

Sən də alıb ələ bir qızıl rübab,

İncə tellərini dinləndir, ay qız.

Döşündən ellərə bağla bir kitab,

Susqun dodaqları dilləndir, ay qız!

 

Qalmasın sözlərin qəlbində gizli,

Mən görmək istəməm çöhrəni sisli.

Ol arslan ürəkli, şəfəq bənizli,

Gülərək yurdunu şənləndir, ay qız!

 

O qara günlərin getsin gəlməsin,

Bir daha keçmişin üzü gülməsin.

Ümidi səndədir məncə hər kəsin,

İndidən ruhunu telləndir, ay qız!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?