Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: TELEFON SÖHBƏTİ

TELEFON SÖHBƏTİ

Sən məndən uzaqsan, mən səndən uzaq,

Uzaqdır sevimli gözlərin mənə.

Yaxındır telefon sayəsində bax,

Ürəkdən saçılan sözlərin mənə.

 

Neçin ruhlanmasın bu yeni şair,

Çapar gözləməyir canan elindən,

Çılğın arzuları eşqinə dair

Mərhəmət ummayır səba yelindən.

 

Əvət, böylə qalmaz yarın bu ölkə,

Telfonda fikrimi açarkən sənə,

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə.

 

Məhəbbətin dərin, xəyalın dərin,

Nə çıxar sözlərə könlümü versəm?!

Əslinə varmaqçın bu söhbətlərin,

Nolur gözlərini telfonda görsəm?!

 

Məni inandırmaz yoxsa bu sözlər,

Az iş gəlməmişdir qərib başıma.

İstərəm ürəyin aynası gözlər

Açıb həqiqəti qoysun qarşıma.

 

Əvət, böylə qalmaz yarın bu ölkə,

Telfonda fikrimi açarkən sənə,

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Mən, Sən, O və telefon
Telefon nömrələri Oxşamaz...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 236