Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: TORPAQ VƏ TRAKTOR

TORPAQ VƏ TRAKTOR

Qranit damarları ey çəlik qanlı torpaq,

Paltarı sərt dəmirdən əli qalxanlı torpaq,

Nə der sinəndə meydan sulayan, hayqıran div?

 

Der ki, mənim varlığım uyuşub yatan deyil,

Dişləri tez oynayan xış deyil, kotan deyil,

Köksünü bıçaqlayan, qollarını qıran div!

 

Gəl yeni cəlladını- bu nəri dinlə, torpaq,

Onun çıxardığı gur səsləri dinlə, torpaq.

Ayaq iti, baş yekə, saçlar buluddan siyah...

 

Möhtəşəm gövdəsilə keçərkən üzərindən,

Neçə neştər iz qaldı qartlaşan içərindən,

Bizim div çınlatarkən qulaqlarında qah-qah?...

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Azərbaycanın torpaq ehtiyatları və onlar haqqında
Ümumi anlayışTorpaq xarici...

  10-3-2007    Baxılıb: 393