Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1931-1935) .: ƏMƏK

ƏMƏK

Dönüb keçmişlərə bir fikrə getdim,

Öyrəndim insanın kim olduğunu.

Birdən gözlərimə göründü cəddim,

Baxıb seyr elədim köhnə meymunu.

 

Heyvanlar içində o da bir heyvan,

Sürülər içində o da bir sürü.

Yaylağı mağara, qışlağı orman,

Zillət torpağında yazığın ömrü.

 

Əlində daş, dəmir... mətin dağları

Sürünə-sürünə hirslənib deşir,

Təbiət dəyişir, özü dəyişir.

 

Əmək- insanlığın tükənməz varı...

Əmək sərf olunan yer cənnətimdir.

Hüsnümdür, eşqimdir, səadətimdir!

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?