Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Xaqani Şirvani .: Müxtəlif şerlər .: Həbs edildiyi barədə vəzirə məktub

Həbs edildiyi barədə vəzirə məktub

Nə qədər ki, dövlət sənin qapındadır pasiban,
Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin səfərbər oldu,
Yəmanilər xəncərinlə sənin müzəffər oldu.

İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,
Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,
Ona görə fanilikdən azad oldu əbədi

Öz qələmin rəng vermişdir məharətlə ruzgara,
Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri saflığına hər zaman
Nuş eyləyir mənaların badəsini durmadan.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,
Razılığın olmayınca, bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,
Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,
Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər
Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,
Sonra gedib hazırladı mənə min cür fəlakət.

Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,
Hünər ona deyərəm ki, almas polad sındıra.

Gedən zaman bu dünyadan Sənai tək bir ustad,
Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,
Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,
Gedib hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından boldu xurma dərərsən,
Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? –
Mədhin ilə bu dünyanı təzələrəm aşikar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,
Çünki xəznə olar ancaq xarabazar məkanda.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Məktub yetişmədi
  Qışın dondurucu bir...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 170   
article Məktub - Aygün Kazımova
Bu gün məktubunu tapdım,...

  10-7-2007    Baxılıb: 190   
article URMİYƏDƏN MƏKTUB (“Şərqi-Rus” qəzeti, ¹ 20, 1904-cü il)
M.T. Sidqinin vəfatı...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 153